21 İyun 2019, Cümə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikamızda həyata keçirilən real sektorun dəstəklənməsində mühüm rol oynayır. Fəaliyyət göstərdiyi ötən dövrdə bank əhaliyə nümunəvi xidmət göstərməklə böyük müştəri məmnuniyyəti qazanıb. Təsadüfi deyil ki, əhalinin əlverişli bank xidmətlərindən yararlanması üçün ötən dövrdə bankın paytaxt Bakı və Naxçıvan şəhərlərində, o cümlədən Şərur, Culfa və Ordubad rayonlarında filialları istifadəyə verilib. Bu yaxınlarda isə Kəngərli rayonunun Qıvraq qəsəbəsində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin yeni filialı üçün binanın tikintisinə başlanılıb.
Yeni inzibati bina iki mərtəbədən ibarət olacaq. Binanın birinci mərtəbəsində əməliyyat, xəzinə, server, gözətçi otaqları, müştəri zalı, qazanxana və foye yerləşəcək. İkinci mərtəbədə isə direktor otağı, əlavə iş otaqları və foye nəzərdə tutulub. Artıq hər iki mərtəbədə beton işləri başa çatıb, birinci mərtəbədə hörgü işləri aparılır. Yaxın günlərdə isə binanın dam örtüyünün vurulmasına başlanılacaq.
Obyektdə kifayət qədər işçi qüvvəsi çalışır. Onlar inşaat sektoru üçün nəzərdə tutulmuş geyim formaları, lazımi avadanlıqlarla təmin olunublar. İnşaat işlərində keyfiyyət amilinə ciddi önəm verilir, əsasən, yerli materiallardan istifadə olunur, texniki təhlükəsizlik diqqət mərkəzində saxlanılır.
Yeni filial əhalinin, o cümlədən sahibkarların, torpaq mülkiyyətçilərinin maliyyə resurslarına olan tələbatlarının yüksək səviyyədə ödənilməsinə şərait yaradacaq.

Babək İSMAYILOV

Muxtar respublikamızda təbii ehtiyatlardan və əmək potensialından istifadə olunmaqla aqrar sahə son dövrlərdə daha intensiv şəkildə inkişaf etdirilir. Belə ki, ailə və fərdi təsərrüfatları yaratmaqla özünüməşğulluğun təmin olunması sadə idarə­etmə yolu ilə konkret bir məhsul və ya xidmətin istehsalı üzrə bazar tələbatının ödənilməsi və şübhəsiz, təsərrüfat sahiblərinin gəlirlərinin artırılması deməkdir.
Bu baxımdan muxtar respublikada təşkil edilən festivalları da vurğulamaq yerinə düşər. Festivalın keçirilməsi Naxçıvana aid bir çox mətbəx nümunələrinin, yerli məhsulların, yurdumuzda adı ilə tanınan meyvələrin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Torpaq mülkiyyətçisi istehsal etdiyi məhsulları burada nümayiş etdirir, rahat şəkildə sata bilir. Artıq ənənə halını alan festivallardan biri bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən dördüncü “Göycə” festivalıdır. Festival ərəfəsində biz də bir neçə təsərrüfatçı ilə görüşüb həmsöhbət olduq.

Ardını oxu...

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təminatında mühüm sahə olan heyvandarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Son dövrlər yeni heyvandarlıq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, süni mayalanma yolu ilə doğulmuş hər baş buzova görə 100 manat həcmində subsidiyanın müəyyən olunması, yüksək məhsuldarlığı olan heyvanların baş sayının artırılmasına şəraitin yaradılması bu sahənin dinamik inkişafını təmin etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin laboratoriyasının maddi-texniki bazasının gücləndirilməsi və süni mayalanma tədbirlərinin genişləndirilməsi məqsədilə alınmış avadanlıqlar və ləvazimatlar bu sahədə görülən işlərin davamlılığını daha da artırmışdır. Həmçinin muxtar respublikada istifadəyə verilən qəsəbə və kənd mərkəzlərində baytar sahə məntəqələrinin fəaliyyətinin təşkili ümumi inkişafa mühüm töhfə olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası tarixən əkinçiliyin inkişaf etdiyi özünəməxsus bağçılıq ənənəsi və iqlim müxtəlifliyi ilə seçilən bir diyardır. Mənbələrdə bu unikal diyarda bağçılığın üç min beş yüz ildən çox tarixə malik olduğu qeyd edilir. Muxtar respublikanın əlverişli torpaq-iqlim şəraiti burada gözəl ətrə və ləziz tama malik olan yüksəkkeyfiyyətli meyvələr yetişdirilməsinə imkan verir.
Hələ XV əsrdə yaşamış tarixçi səyyahların yazılarında qeyd olunur ki, Naxçıvandakı faydalı meyvələrdən dünyanın heç bir yerində yoxdur. Burada yetişdirilən meyvələr təzə halda və qurudularaq daxili bazarlarda, eləcə də xarici ölkələrdə satılırdı. Meyvəçilik uzun illərin təcrübəsində bu regionun ənənəvi təsərrüfatçılıq sahələrindən biri hesab edilir. Naxçıvanın xalq seleksiyaçıları bir çox əsrlər ərzində özlərinə məxsus üsullarla tumlu, çəyirdəkli və qərzəkli meyvələrin 500-dən artıq nadir sortlarını yetişdiriblər.
Naxçıvan Muxtar Respublikasında meyvəçilik XIX əsrin əvvəllərindən başlayaraq daha geniş miqyasda inkişaf edib. Bu prosesdə ötən əsrin 70-80-ci illərində meyvə-tərəvəz məhsullarının emalı üçün yaradılmış konserv zavodlarının da böyük rolu olub. Muxtar respublikada meyvəçiliyin tarixinə və növ müxtəlifliyinə görə Ordubad, Naxçıvan şəhəri, Şərur, Şahbuz, Babək və Culfa rayonları bir ardıcıllıq təşkil edir.

Ardını oxu...

Ordubad rayonunda fəaliyyət göstərən ailə təsərrüfatlarının iş təcrübələrinin muxtar respublikada geniş tətbiq edilməsi ilə əlaqədar rayon mərkəzinin tədbirlər meydanında tədbir keçirilib.
Tədbirdə muxtar respublikanın şəhər və rayon İcra hakimiyyətləri başçıları, aidiyyəti nazirlik və komitə təmsilçiləri və rayonların 167 qabaqcıl ailə təsərrüfatı başçısı iştirak edib. Ordubad rayonunun nümunəvi ailə təsərrüfatı başçıları – Ələhi kənd sakini Yaşar Həbibov 33, Dırnıs kənd sakini Sadiq Möhsümov 25, Vənənd kənd sakini Xalid Mayılov 31, Yuxarı Əndəmic kənd sakini Aslan Rüstəmov 20, Tivi kənd sakini Xəqani Cəfərov 18 adda və başqaları müxtəlif çeşidli mürəbbələr, turşular, şirniyyatlar, qurudulmuş meyvələr, dərman bitkilərindən istehsal edilmiş müalicəvi araqlar, keçi pendiri, şor-kərə, süzmə qatıq, doşablar və digər yüksəkkeyfiyyətli məhsullarla tədbirdə iştirak ediblər.
Əvvəlcə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək ailə təsərrüfatlarının fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilib, Ali Məclis Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı” təsdiq olunub.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4105543
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
838
8710
28440
69143
4105543

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter