19 Oktyabr 2019, Şənbə

Muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin olunmasında mühüm sahələrdən biri də sənayedir. Son illər bu sahədə həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır.
Yeni məhsul növlərinin istehsalının təmin olunması daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, məşğulluq səviyyəsinin yüksəldilməsinə yeni imkanlar yaratmaqla bərabər, ümumilikdə, iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün əsas stimullaşdırıcı amilə çevrilmişdir.
Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada çörək və çörək­-bulka məmulatları, ət və süd məhsulları, makaron, qənd, duz, şirniyyat, meyvə şirəsi, spirtli içkilər, mineral sular, dekorativ daşlar, travertin, gips, gips lövhələr, sement, əhəng, məsaməli beton, plastik materiallar, karbon qazı, metal­əritmə, müxtəlif çeşidli mebellər, dam örtüyü, istilik panelləri, avtomobil və onlarla digər məhsullar istehsal olunur.
Sənaye sahəsində atılan mühüm addımlar məhsul istehsalının artımına müsbət təsir göstərmiş, 2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada 550 milyon 110 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricidən 5,2 dəfə çoxdur.
Sənaye məhsulu, min manat

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ardıcıl davam edən islahatlar sosial və iqtisadi sahələrdə səmərəli nəticələrin əldə olunmasına, o cümlədən yeni iş yerlərinin yaradılmasına, kiçik və orta sahibkarlığın genişləndirilməsinə, özünüməşğulluğun təmin olunmasına səbəb olub, bu istiqamətdə çoxsaylı layihələr həyata keçirilib. Nəticə etibarilə, muxtar respublikamızda dayanıqlı və sabit iqtisadi sistem formalaşıb.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı kompleks məşğulluq tədbirləri davam etdirilib. Əmək bazarı təhlil olunub, ilin birinci yarısında muxtar respublikada 2293 yeni iş yeri açılıb ki, bunun da 99 faizi daimi iş yerləridir. 1329 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə göndərilib, 80 nəfər ictimai işlərə cəlb edilib, kənd xidmət mərkəzlərində mövcud olan vakant yerlər üzrə 28 nəfər işlə təmin olunub. Əmək bazarının tələbinə uyğun olaraq təşkil olunan peşə kurslarına 178 nəfər cəlb edilib.

Ardını oxu...

Yüngül sənaye müxtəlif növ bitki və heyvan mənşəli xammaldan və bunların süni əvəzedicilərindən istehlak malları (paltar, ayaqqabı, çanta və sair) istehsal sahələrində istifadə olunan parça, xəz, dəri və digər məhsulları istehsal edən sənaye sahəsidir. Bu sənaye sahəsinin muxtar respublikada inkişaf etdirilməsi idxalın azalması ilə yanaşı, ixrac potensialının da güclənməsinə səbəb olacaqdır.
Muxtar respublikada tarixən yüngül sənaye müəssisələri olub və bu ənənəvi sahəyə çevrilib. SSRİ dövründə Ordubad rayonunda İpəkçilik fabriki və Naxçıvan şəhərində pambıq zavodu tikilib, Şərur rayonundakı isə bərpa olunub. 1933-1937-ci illərdə Ordubad baramaaçan (ipək) fabriki yenidən qurulub, 1956-1965-ci illərdə xam ipək istehsalı 40 tona çatdırılıb. XX əsrin 70-80-ci illərində muxtar respublikada digər sahələr kimi, yüngül sənayenin də inkişafında mühüm nailiyyətlər əldə edilib, xalq təsərrüfatının mövcud sahələri daha da yüksəldilib.
Yüngül sənayenin yeni sahələrin yaradılmasında və inkişafında da özünəməxsus rolu vardır. Çünki bu sənaye növü üzrə istehsal edilən məhsullara bütün müəssisə və təşkilatlarda tələbat yüksəkdir. Naxçıvanın sənaye sahələri içərisində ümumi məhsul istehsalının həcminə görə yüngül sənaye mühüm rol oynayırdı. Bu sənaye sahəsi muxtar respublikada istehsal edilən ümumi sənaye məhsulunun 15,6 faizini təşkil edirdi və daha çox əməktutumlu sahələrdən biri kimi, həm də yerli xammalın ilkin emalı prosesini başa çatdırmaqla məhdudlaşırdı. Yüngül sənaye mühüm sahələri əhatə edir: toxuculuq, tikiş, trikotaj, xalçaçılıq, gön-dəri, ayaqqabı sənayesi və ­digərləri.

Ardını oxu...

Naxçıvandan Sədərəyə uzanan magistral yolun sakitliyi, rahatlığı yolboyu seyr etdiyim gözəl evlər, abad küçələr, axarlı-baxarlı həyətlər, bağ-bağçalar, bol məhsullu əkin sahələri insanların yaşayışından, xoş güzəranından soraq verir. Hər il olduğu kimi, bu il də yay girər-girməz dağ kəndlərinə yol alan elat, istirahətə çıxan insanlar buz bulaqların, kəklik­otulu dağların mehmanı olublar. Mal-qarası olanlar dağlara köç edib, əkin-biçinlə məşğul olanlar isə aranda qalıb. Bir sözlə, Sədərək rayonunda hansı təsərrüfata getsən, orada zəhmətkeş insanları görmək mümkündür. Ötən günlərdə Sədərəkdə olarkən rayon sakini Nürəddin Əliyev ilə söhbətimiz zəhmətlə əkib-becərdiyi əkin sahəsinin kənarında baş tutdu:
– Bu gün muxtar respublikamızda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Kəndlərdə yaşayan əhaliyə qayğı ilə yanaşılır, qarşılaşdıqları problem və çatışmazlıqlar yerindəcə həll edilir. Bu diqqət və qayğının nəticəsidir ki, sakinlərdə yurda, torpağa bağlılıq yaranıb. Onlar da bu qiymətli sərvətdən lazımınca bəhrələnir, torpağı özlərinə iş yeri hesab edirlər. Ruzi-bərəkətlərini oradan götürür, sağlam həyat tərzi keçirirlər. Çalışsan, əziyyət çəksən, bəhrəsini də görərsən. Bir sözlə, bu münbit torpağın, bərəkətli yurdun övladlarının bolluq həvəsi ilə çalışıb halal zəhmətləri ilə firavan həyatlarını, xoş güzəranlarını təmin edə bilmələri üçün hər cür şərait mövcuddur. Aqrar sahədə çalışan insanlara göstərilən dövlət dəstəyi nəticəsində indi yüzlərlə sakin ailə təsərrüfatı yaradıb.

Ardını oxu...

Naxçıvan şəhərinin Tumbul kəndində “Təkrar əkinlərin aparılması və bu sahədə həyata keçirilən aqro­texniki tədbirlər” mövzusunda tarla­-seminar müşavirəsi olub.
Tədbirdə yay şumunun aqrotexniki qaydalar əsasında qaldırılması, təkrar əkinlərin keçirilməsi və texnikadan səmərəli istifadənin əhəmiyyətindən söhbət açılıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov taxıl əkib-becərən sahibkarlara, eləcə də torpaq mülkiyyətçisi və ailə təsərrüfatlarına göstərilən dövlət dəstəyindən danışıb, onların istehsal etdikləri məhsulların bazar və yarmarkalarda rahat satışının təşkil olunduğunu bildirib.

Ardını oxu...

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR