19 Yanvar 2020, Bazar

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 2019-cu ildə daxili bazarda aparılan monitorinq­lər üzrə iqtisadi aktiv ailə təsərrüfatı nümayəndələri və ailə təsərrüfatı məhsullarının satışını həyata keçirən təsərrüfat subyektləri  müəyyənləşdirilib. Naxçıvan Biznes Mərkəzində onların ­mükafatlandırılması münasibətlə keçirilən tədbiri giriş sözü ilə agentliyin direktoru Bəxtiyar İsmayılov açıb.

Ardını oxu...

Ölkəmizin müasirliyə doğru sürətli inkişafı insanların artan tələbatlarını ödəyə bilmək, mövcud resurslardan səmərəli istifadə etməklə əhalinin yaşayış səviyyəsini yüksəltmək vəzifəsini qarşıya qoyur. Bu mənada, Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın əsas amillərindən biri olan sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər regionun investisiya cazibədarlığının və ölkəmizin iqtisadi gücünün artırılmasında mühüm əhəmiyyətə malikdir. Bütün bunlar iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektoru üzrə ixrac potensialının artırılmasına muxtar respublikamızın verdiyi töhfələrdəndir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən müasir suvarma sistemlərinin quraşdırılması, su itkisinin qarşısının alınması istiqamətində işlər noyabr ayında da davam etdirilmişdir. Belə ki, ötən ay muxtar respublikada su istifadəçilərinə 23 milyon kubmetr su verilmiş, bunun müqabilində 18 min 781 hektar torpaq sahəsi suvarılmışdır. 4,5 kilometr beton və torpaq kanal, 27 kilometr ara arxlar və 2 kilometr kollektor lildən təmizlənmiş, 1,2 kilometrlik açıq drenaj kanalı qazılmışdır. Həmçinin 1,5 hektar sahə hamarlanaraq əkinəyararlı hala salınmış, 40 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi azaldılaraq şoranlaşmanın qarşısı alınmışdır.

Ardını oxu...

Son illər ərzində muxtar diyarımızda yüzlərlə yeni ailə təsərrüfatları formalaşıb, bu təsərrüfatların hərtərəfli fəaliyyəti üçün məqsədyönlü tədbirlər həyata keçirilib və keçirilməkdədir.
Bəhs olunan dövrdə həm də ailə təsərrüfatlarının biznes planları tərtib edilib, təsərrüfat sahiblərinə güzəştli şərtlərlə kreditlər verilib, istehsal olunan məhsulların satışı üçün əlverişli şərait yaradılıb. Dövlət dəstəyi nəticəsində ailə təsərrüfatları məhsullarının qablaşdırma və dizaynlarının tərtib edilməsi, onların taralarla təchizatı məhsulun bazara və istehlakçılara marketinq qaydalarına uyğun olaraq çatdırılmasına imkan verir.

Ardını oxu...

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR