18 İyul 2019, Cümə axşamı

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızın sürətli sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Bunun başlıca səbəblərindən biri də bütün sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafına yaradılan münbit şərait, torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına göstərilən dəstəkdir. Bu gün“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələr muxtar respublikamızda uğurla icra olunur.

Mərkəzi bazarda təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarındakı məhsul bolluğu deməyə əsas verir ki, adıçəkilən proqram muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir.
Ötən şənbə günü Naxçıvan şəhərində təşkil edilən yarmarkaya gələnlərin ardı-arası kəsilmirdi. Hiss olunurdu ki, sakinlər mütəmadi olaraq keçirilən belə tədbirlərdən xeyli razıdırlar. Bunu yarmarkaya üz tutanların çöhrələrindən də duymaq çətin deyildi. Çünki insanlar keyfiyyəti ilə seçilən yerli məhsulları buradan ucuz qiymətə ala bilirdilər. Yarmarkaya gəlişimiz səhər saatlarına təsadüf etsə də, burada sıxlıq müşahidə edirdik. Biz də həm ziyarət, həm ticarət, – deyib satıcı və alıcılarla həmsöhbət olduq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaş­larının iştirakı ilə may ayında muxtar respublikanın şəhər və rayonlarında ayrı-ayrı ailə təsərrüfatı üzvləri, torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə tarla-seminar müşavirələri keçirilib. Müşavirələrdə kartof, soğan, qarğıdalı əkinlərində yeni texnoloji avadanlıq və aqreqatlardan istifadənin üstünlüklərindən danışılıb, meyvə-tərəvəz və bostançılıqla məşğul olan torpaq sahibkarlarına əkinlərə aqrotexniki qaydalara uyğun qulluq edilməsi haqqında məlumatlar verilib. Nazirliyin mütəxəssisləri tərəfindən hazırlanan buklet informasiya kitabçaları tədbir iştirakçılarına paylanılıb. Taxıl biçininin mütəşəkkil keçirilməsi ilə əlaqədar biçində iştirak edən kombayn sahibləri ilə söhbətlər aparılıb, müvafiq köməkliklər göstərilib.

Ardını oxu...

May ayında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələri əhatə edən 19 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
Belə ki, 1 vergiödəyicisi tərəfindən xarici valyuta məbləğinin ödəniş vasitəsi kimi qəbul edilməsi, 11 vergi­ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 1 işçinin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi, 2 vergi­ödəyicisində “Sadələşdirilmiş vergi üzrə sabit vergi məbləğinin ödənilməsi haqqında qəbz”in və 2 vergiödəyicisində isə malların Vergi Məcəlləsi ilə tənzimlənən elektron qaimə-faktura əsasında alınmaması müəyyən edilərək müvafiq tədbirlər görülüb.
Qeyd olunan dövrdə Vergilər Nazirliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədbirlər planına əsasən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməsi, əməkhaqlarının real göstərilməsi ilə bağlı tikinti, ticarət, iaşə və digər xidmət obyektlərində araşdırmaların aparılması mütəmadi olaraq davam ­etdirilib.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızın sürətli sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Bunun başlıca səbəblərindən biri də bütün sahələrlə yanaşı, kənd təsərüfatının inkişafına yaradılan münbit şərait, torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına göstərilən dəstəkdir. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”ndan irəli gələn vəzifələr muxtar respublikamızda uğurla icra olunur. Bütün bunlar daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına, eləcə də istehsal olunan məhsulların satışına hərtərəfli şərait yaradıb. Son illərdə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi də bu məqsədə xidmət edir.

Ardını oxu...

Muxtar respublikada torpaq mülkiyyətçilərinin müasir texnikalar, mineral gübrələr və suvarma suyu ilə təmin edilməsi, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, eyni zamanda dövlət tərəfindən ayrılmış yardımlar aqrar sektorun kompleks inkişafına səbəb olub. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklər baş verib, istehsal həcmi artıb, məhsuldarlıq yüksəlib. Artıq əhalinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatını yerli istehsal hesabına ödəmək mümkündür.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılıq müstəsna əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, Naxçıvanda əkinçiliyin vacib sahəsi olan dənli bitkilərin, xüsusilə taxıl və qarğıdalının istehsal həcminin intensiv metodlarla artırılmasına mühüm əhəmiyyət verilir. Əkin sahələrində aparılmış müşahidələr göstərir ki, bu il taxıl zəmilərində bol məhsul yetişdirilib. Əvvəlki illərdən fərqli olaraq taxıl biçininə daha tez başlanılıb. Eyni zamanda məhsulun vaxtında və itkisiz yığılması məqsədilə taxıl biçini kampaniyasına hazırlıq işləri yüksək səviyyədə başa çatdırılıb, sahələrə kifayət qədər texnikalar cəlb olunub.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4270823
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5422
6483
23988
102181
4270823

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter