19 Oktyabr 2019, Şənbə

Şahbuz rayonu muxtar respublikamızın qədim yurd yerlərindən biridir. 836,6 kvadratkilometr ərazini əhatə edən bölgənin əhalisi 24 mindən çoxdur. Rayonda 1 şəhər, 1 qəsəbə, 22 kənd  vardır.
Kiçik Qafqazın Dərələyəz silsiləsinin cənubuna, Zəngəzur silsiləsinin qərb yamaclarına sığınan Şahbuz rayonu təbii gözəlliklər diyarı, yurdumuzun dilbər guşələrindən biridir. Rayon ərazisindəki təbiət abidələri bu qədim yurd yerinə bir məğrurluq və əzəmət bəxş edib. Şəninə nəğmələr qoşulan Salvartı dağı, Şapur qalası, Üçqardaş, Qonaqgörməz, Ağdaban dağları min illərdir, bu diyarı dövrəsinə alıb. Batabat yaylağındakı “Üzən ada” təbiətin ən böyük möcüzələrindən biridir. Sovet dönəmində “Üzən ada”nı ləğv etmək üçün buraya texnikalar gətirilsə də, rayonun yurd təəssüblü insanları bu təbiət möcüzəsini qoruyub saxlaya biliblər.

Ardını oxu...

Muxtar respublikamızın davamlı sosial-iqtisadi inkişafı paytaxt Naxçıvan şəhəri də daxil olmaqla bütün bölgələrin simasını dəyişib. Regionun quruculuq salnaməsinin səhifələrində on yaşına doğru addımlayan Kəngərli rayonunun da öz yeri var. Bir zamanlar çöllük ərazilərdən ibarət olan indiki rayon mərkəzi çox qısa zamanda müasir mərkəzə çevrilib.

Naxçıvan-Sədərək magistral yolunun üzərində yerləşən rayon mərkəzində bir-birindən gözəl inzibati binalar, rahat yollar, mədəniyyət və istirahət parkı, mədəniyyət evi və digər ünvanlar bu əraziyə möhtəşəm bir gözəllik bəxş edir. Son illərdə rayon mərkəzi olan Qıvraq qəsəbəsində müxtəlif infrastruktur layihələrin həyata keçirilməsi, rayondaxili və kəndarası avtomobil yollarının yenidən qurulması, yaşıllıq zolaqlarının yaradılması Kəngərli rayonunda həyata keçirilən mühüm tədbirlərdəndir. Qeyd edək ki, muxtar respublikanın digər bölgələrində olduğu kimi, Kəngərli rayonunda da görülən işlər kompleks xarakter daşıyır. Rayonun əksər kəndlərində kompleks quruculuq işləri aparılıb.

Ardını oxu...

Şahbuz Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, rayon ərazisinin 2765 hektar sahəsi əkin altındadır. Dağlıq zona olmasına baxmayaraq, burada taxılçılığa maraq ildən-ilə artır. Başa vurduğumuz təsərrüfat ilində Şahbuzun torpaq mülkiyyətçiləri 1009 hektarı buğda, 319 hektarı arpa olmaqla, 1328 hektar sahədən 3703 ton taxıl tədarük ediblər. Hektarın orta məhsuldarlığı 27,9 sentnerə çatdırılıb ki, bu da dağlıq zona üçün yüksək nəticə hesab oluna bilər. Rayonun Türkeş, Badamlı, Nursu, Mahmudoba, Sələsüz kəndlərində məhsuldarlıq daha yüksək olub.

Ardını oxu...

Kənd yaşayış məntəqələrinin böyük əksəriyyəti dağlıq zonada yerləşən Ordubad rayonuna da son illər muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən xeyli pay düşmüş, belə tədbirlər hesabına bölgənin siması əsaslı surətdə dəyişilmişdir. Sevindirici haldır ki, inşaat işləri ucqar dağ kəndlərini də əhatə edir. Cari ildə də belə tədbirlər davam etdirilir. Bir neçə gün əvvəl rayonun Ələhi, Xurs və Nürgüt kəndlərində yeni sosial obyektlərin açılışı olmuşdur. Hazırda Bist kəndində yeni obyektlər təhvilə hazırlanır.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları bir neçə aydır ki,  Bist kəndində quruculuq tədbirləri həyata keçirirlər. Yeni obyektlərdən biri xidmət mərkəzidir. Burada gözəllik salonu, bərbərxana, ət satışı yeri və mağaza fəaliyyət göstərəcək. İnşaatçılar həyata keçirdikləri quruculuq tədbirində keyfiyyət amilinə ciddi diqqət yetirirlər. Onlara yaradılan şərait isə imkan verib ki, yeni obyekt vaxtında kənd camaatının istifadəsinə verilsin. Digər bir yeni tikilidə həkim ambulatoriyası fəaliyyət göstərəcək. Ambulatoriya binasında kənd sakinlərinə tibbi xidmət göstərmək üçün hərtərəfli şərait yaradılacaq.  
Hər iki obyektdə son tamamlama işləri həyata keçirilir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası iqtisadiyyatın inkişafına görə yeni keyfiyyət mərhələsindədir. Yeni mərhələnin əsas hədəfi iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olmaqla muxtar respublikanın dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdən ibarətdir. Bu hədəfin reallaşması istiqamətində icrası vacib vəzifələr müəyyənləşdirilmişdir. Artıq regionda hədəflənən məqsədlərə nail olunmaqdadır.

Ardını oxu...

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR