19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Regionların sosial-iqtisadi inkişafına nail olmağın əsas yollarından biri də əhalinin rifah halının yüksəldilməsi, daimi məşğulluğun təmin edilməsi və orta təbəqəyə məxsus olan kiçik sahibkarlıq subyektlərinin yaradılmasına şərait yaradan iqtisadi stimullardan səmərəli istifadədir. Sabit gəlirlərə malik olan hər bir kiçik sahibkardan indi onun güzəranını soruşduqda o artıq kasıblığın daşını çoxdan atdığını bildirir və biznesə başlayanda ona göstərilən mikrokredit dəstəyini xatırladır.

Çox vaxt kəndə gələn qonaqlarımız burada yaradılmış müasir infrastrukturla bərabər, hər qarış torpağın bərəkətinə də heyranlıqlarını gizlətmirlər. Bir vaxtlar kəndi bəyənməyib yar-yarımçıq şəhərə köçən, sonra da şəhərdə özünəlayiq yer tapa bilməyənlərə camaatın reaksiyası çoxumuza tanışdır. Belələrini “sən də gəl, ək, biç, bəslə və qazan”, – deyə məzəmmət edirlər. Doğrudan da, Yaradan bu torpaqdan heç nəyi əsirgəməyib, təpərin varsa əgər. Üstəgəl, bir zamanların çətinliyindən fərqli olaraq, indi hər cür şərait də yaradılıb: kəndliyə məxsus hektarlarla torpaq sahəsi, dövlətin texnika, gübrə, yem və sair almaq üçün dəstəyi, istehsal olunmuş məhsulu saxlamaq məqsədilə yaradılan soyuducu anbarlar, onu sərfəli qiymətə sata bilmək üçün qorunan daxili bazar. Bundan sonrası qalır kəndlinin işləmək arzusuna. Bu məqamda işgüzar kənd­linin köməyinə bir də muxtar respublikada fəaliyyət göstərən bank və digər kredit təşkilatları tərəfindən göstərilən kredit yardımı çatır. Məhz mikrokreditlər hesabına minlərlə region sakini qısa müddət ərzində öz güzəranını yaxşılaşdıraraq əməlli-başlı iş-güc sahibinə çevrilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında əhaliyə yüksək keyfiyyətli məhsullar təklif olunmaqla nümunəvi xidmət etmək imkanlarına malik müasir ticarət mərkəzləri tikilib istifadəyə verilir. Belə müəssisələrdən biri də “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhərindəki Ə.Əliyev küçəsində fəaliyyət göstərən “Cahan” Ticarət Mərkəzidir.

Ticarət kompleksinin ikimərtəbəli əsas binasında və kompleksə daxil olan tikililərdə 228 standart ölçüyə malik ticarət obyekti fəaliyyət göstərir. Hazırda burada 1500 nəfərdən çox işçi çalışır. Kənd təsərrüfatı məhsulları bazarı isə 2000 satıcı üçün nəzərdə tutulub. Ümumilikdə, kompleksdə çalışan texniki personal ilə birlikdə işçilərin sayı 4000 nəfərdən çoxdur.

Ardını oxu...

2013-cü ilin 6 ayı ərzində muxtar respublikanın müəssisə və təşkilatları tərəfindən dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satın alınması zamanı qanunverici­liyin tələblərinin gözlənilməsi istiqamətində bir sıra tədbirlər görülmüş, işdə şəffaflıq prinsipi qorunmuş, müsabiqələrin qanunvericiliyə uyğun olaraq, ədalətli rəqabət şəraitində keçirilməsinə nəzarət gücləndirilmişdir.
Muxtar respublikada sosial-iqtisadi sahədə davamlı inkişafın təmin olunması Ümumi Daxili Məhsulun həcminin də artmasına səbəb olmuşdur. Həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir ki, özəl sektorun Ümumi Daxili Məhsuldakı payı ildən-ilə artır. Muxtar respublikada sahibkarlığa göstərilən diqqət və qayğı dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiaçılar arasında yerli məhsul istehsalçılarının daha fəal iştirakını təmin etmişdir. Belə ki, satın alınan ərzaq, bərk və yumşaq inventarların və sair məhsulların böyük hissəsi yerli istehsal hesabına ödənilir, aparılan tikinti, təmir-bərpa işlərinin əksər hissəsi yerli şirkətlər tərəfindən icra olunur.
2013-cü ilin 6 ayı ərzində muxtar respublikada keçirilmiş 109 satınalma müsabiqəsi nəticəsində 1 milyon 384 min 410 manat dövlət vəsaitinə qənaət olunmuşdur.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də regionda ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının, təbiətin zənginləşdirilməsinin diqqət mərkəzində saxlanılmasıdır. Son 18 ildə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində görülən tədbirlər davamlı xarakter almış, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınmış, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan belə tədbirlərin həyata keçirilməsi prioritet vəzifəyə çevrilmişdir.

Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilməkdə, meyvə bağlarının, yaşıllıq zolaqlarının, gülkarlıq sahələrinin həcmi genişləndirilməkdədir.
İyulun 20-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Naxçıvan şəhərinin sakinləri Naxçıvan-Sədərək magistral yolunun “Şorsu” adlanan hissəsindəki 2 hektarlıq meyvə bağına və şəhərin müxtəlif ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, həmin ərazilər suvarılmış və alaq otlarından təmizlənmişdir.

Ardını oxu...

Üçrəngli, aylı-ulduzlu Azərbaycan bayrağı! Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin simvolu. Azərbaycan dövlətinin hörmət və ehtiramının tək ünvanı. Hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcək milli dəyərimiz. Azərbaycan əsgəri vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən Dövlət bayrağına and içir. Dövlət bayrağı dövlət qurumlarının və diplomatik nümayəndəliklərin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir, hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. Üçrəngli bayrağımızı sevmək, onu qorumaq şərəf məsələsidir.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4274153
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2974
5778
27318
105511
4274153

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter