16 Sentyabr 2019, Bazar ertəsi

Naxçıvandan Sədərəyə uzanan magistral yolun sakitliyi, rahatlığı yolboyu seyr etdiyim gözəl evlər, abad küçələr, axarlı-baxarlı həyətlər, bağ-bağçalar, bol məhsullu əkin sahələri insanların yaşayışından, xoş güzəranından soraq verir. Hər il olduğu kimi, bu il də yay girər-girməz dağ kəndlərinə yol alan elat, istirahətə çıxan insanlar buz bulaqların, kəklik­otulu dağların mehmanı olublar. Mal-qarası olanlar dağlara köç edib, əkin-biçinlə məşğul olanlar isə aranda qalıb. Bir sözlə, Sədərək rayonunda hansı təsərrüfata getsən, orada zəhmətkeş insanları görmək mümkündür. Ötən günlərdə Sədərəkdə olarkən rayon sakini Nürəddin Əliyev ilə söhbətimiz zəhmətlə əkib-becərdiyi əkin sahəsinin kənarında baş tutdu:
– Bu gün muxtar respublikamızda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Kəndlərdə yaşayan əhaliyə qayğı ilə yanaşılır, qarşılaşdıqları problem və çatışmazlıqlar yerindəcə həll edilir. Bu diqqət və qayğının nəticəsidir ki, sakinlərdə yurda, torpağa bağlılıq yaranıb. Onlar da bu qiymətli sərvətdən lazımınca bəhrələnir, torpağı özlərinə iş yeri hesab edirlər. Ruzi-bərəkətlərini oradan götürür, sağlam həyat tərzi keçirirlər. Çalışsan, əziyyət çəksən, bəhrəsini də görərsən. Bir sözlə, bu münbit torpağın, bərəkətli yurdun övladlarının bolluq həvəsi ilə çalışıb halal zəhmətləri ilə firavan həyatlarını, xoş güzəranlarını təmin edə bilmələri üçün hər cür şərait mövcuddur. Aqrar sahədə çalışan insanlara göstərilən dövlət dəstəyi nəticəsində indi yüzlərlə sakin ailə təsərrüfatı yaradıb.

Ardını oxu...

Naxçıvan şəhərinin Tumbul kəndində “Təkrar əkinlərin aparılması və bu sahədə həyata keçirilən aqro­texniki tədbirlər” mövzusunda tarla­-seminar müşavirəsi olub.
Tədbirdə yay şumunun aqrotexniki qaydalar əsasında qaldırılması, təkrar əkinlərin keçirilməsi və texnikadan səmərəli istifadənin əhəmiyyətindən söhbət açılıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov taxıl əkib-becərən sahibkarlara, eləcə də torpaq mülkiyyətçisi və ailə təsərrüfatlarına göstərilən dövlət dəstəyindən danışıb, onların istehsal etdikləri məhsulların bazar və yarmarkalarda rahat satışının təşkil olunduğunu bildirib.

Ardını oxu...

İqtisadiyyatın mühüm inkişaf göstəricilərindən biri olan xarici ticarət əlaqələri Naxçıvan Muxtar Respublikasının müasir inkişaf mərhələsində diqqət mərkəzində saxlanılır. Xüsusən son dövrlər “Made in Azerbaijan” brendinin formalaşdırılması və onun dünyaya tanıdılması istiqamətində Naxçıvandan dünya ölkələrinə ixrac olunan mal və xidmətlərin həcminin artırılmasına da ciddi fikir verilir. Buna görədir ki, muxtar respublikada ixracyönümlü məhsul istehsal edən müəssisələrin sayı ildən-ilə artır. Hazırda muxtar respublikadan ixrac olunan məhsullar, əsasən, yerli xammala əsaslanır. Bunlar arasında mineral sular, təbii duz, emal olunmuş ət və meyvə məhsulları, qazlı aromatlaşdırılmış və spirtli içkilər, meyvə şirələri, sement, gips, gips lövhələr, məsaməli beton məmulatları, metal, mərmər və travertin daş məmulatları, xam dəri, mebel və sair məhsullar vardır. İxrac olunan məhsullar, əsasən, Türkiyə, İran, Rusiya, Gürcüstan, Ukrayna, Litva, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə göndərilir.

Ardını oxu...

Azərbaycan Respublikasının bugünkü dayanıqlı iqtisadiyyatı və inkişafı beynəlxalq institutların ölkəmizə marağını daha da artırıb. Digər inkişaf etmiş ölkələr kimi, Çin Xalq Respublikası ilə Azərbaycan Respublikasının da qarşılıqlı, faydalı əməkdaşlıq və dostluq münasibətləri formalaşıb. Nəticədə, 2016-cı ildə iki ölkə arasında texniki-iqtisadi əməkdaşlıq barədə razılıq əldə edilib. Bu razılaşmanın bir bəndində Çin Xalq Respublikası öz üzərinə belə bir öhdəlik götürüb ki, Azərbaycan Respublikasına əvəzsiz olaraq su təsərrüfatı üçün avadanlıq və texnikalar göndərsin. Bununla əlaqədar Çin Xalq Respublikasının Kommersiya Nazirliyi Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə danışıqlar aparıb və bu müqavilə razılaşdırılıb. Həmin müqavilənin Naxçıvan Muxtar Respublikasında imzalanmasının təşəbbüskarı Çin Xalq Respublikasının ölkəmizdəki keçmiş səfiri olub.
Müqaviləyə əsasən avadanlıqların daşınması, onların sığortalanması, quraşdırılması və zəmanət müddətində texniki xidmətin göstərilməsi xərclərini Çin dövləti ödəyəcəkdir. Bu işlərlə Çinin Çindau şəhərində fəaliyyət göstərən “AUCMA” import-eksport şirkəti məşğul olacaqdır. Avadanlıq və texnikalar Naxçıvan Muxtar Respublikası gömrüyündə Azərbaycan tərəfinə təhvil veriləcəkdir.

Ardını oxu...

Bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 64 milyon 357 min manatlıq inşaat işləri yerinə yetirilib. Bunun 60 milyon 751 min manatını və ya 94,4 faizini tikinti-­quraşdırma işləri təşkil edib.
Təhsil sahəsində həyata keçirilmiş quruculuq tədbirlərinə uyğun olaraq cari ilin ilk yarısında Şərur rayonunun Kərimbəyli kəndində 270, Ordubad rayonunun Dəstə kəndində 900 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üçün tədris binasının yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib. Hazırda Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi, 1148 şagird yerlik 5 nömrəli tam orta məktəb, Şərur, Babək və Şahbuz rayonlarının bəzi kənd­lərində tam orta məktəb binalarının və Ordubad rayonunun Vənənd kəndində musiqi məktəbinin, Şərur rayonunun Muğanlı və Muğancıq Mehrab kəndlərində, Ordubad rayonunun Vənənd kəndində tam orta məktəb binalarının tikintisi və yenidən qurulması işləri davam etdirilir. Bundan əlavə, ötən dövrdə Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində 2 nömrəli körpələr evi-uşaq bağçası üçün müasir bina tikilərək istifadəyə verilib, Şərur rayonunun Mərkəzi Xəstəxanasının əsaslı təmiri və rayon Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur rayonunun Kərimbəyli və Ordubad rayonunun Dəstə kəndlərində həkim ambulatoriyası binalarının tikintisi başa çatdırılıb.

Ardını oxu...

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR