20 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Bu iki nemət – sayı-hesabı olmayan badam ağacları, bir də Ulu Yaradanın möcüzəsi olan “Badamlı” suyu Şahbuz rayonunun Badamlı kəndinin adını nəinki muxtar respublikada, bütün ölkəmizdə məşhurlaşdırıb. Barı-bərəkəti, bir də bənzərsiz mənzərələri ilə  fəsillər gözəli olan  payızın bu günlərində yolumuzu həmin kənddən salırıq. İndi o vaxtdır ki, kəndlinin aylarla gözlədiyi an gəlib yetişib. Həmişəki kimi, bu il də ağacların barına planını qurub, məhsulundan gələn gəliri ailəsinin bir dərdi-sərinə  xərcləyəcəyini müəyyənləşdirən kəndlilər badam, cəviz çırpır, qabıqdan çıxarır, bir yerə toplayır, sərir, qurudur, satışa hazırlayırlar. Məqsədimiz də elə təbiətin səxavətindən hər birinin taleyinə pay düşən, ruziləri qapılarındaca nəsibləri olan badamlılılarla görüşüb onlarla respublikamızın çox az sayda yaşayış məskənində bitən bu qiymətli bitki, onun növləri, faydaları barədə söhbətləşmək idi.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi muxtar respublikada bu sahələrin inkişaf etdirilməsində yeni mərhələnin başlanmasına şərait yaradıb. 2012-2015-ci illəri əhatə edən proqramda olduğu kimi, bu dövlət proqramının da icrası minlərlə hektar sahədə meyvə bağlarının salınması ilə nəticələnib. Belə bağlar arasında muxtar respublikamızın iqlim xüsusiyyətləri nəzərə alınaraq əkilən qərzəkli meyvələrdən olan badam üstünlük təşkil edir. Dövlət başçısı cənab İlham Əliyev də çıxışlarının birində ölkə ərazisindəki badam bağlarının əksəriyyətinin Naxçıvan Muxtar Respublikasında olduğunu vurğulamış, badamçılığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etmişdir.

Ardını oxu...

Kəngərli rayonunda növbəti əmək yarmarkası keçirilib. Tədbiri giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov açaraq bildirib ki, muxtar respublikamızda həyata keçi­rilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır. Bu sahədə həyata keçirilən tədbirlər sakinlər tərəfindən onlara göstərilən böyük qayğı kimi ­dəyərləndirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərin nəticəsidir ki, son illər yüzlərlə vətəndaşımız yeni iş yerləri ilə təmin olunub, onların maddi rifah halı və sosial vəziyyəti daha da yaxşılaşdırılıb.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev çıxış edərək deyib ki, muxtar respublikamızda işaxtaran vətəndaşların, xüsusilə də gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunmaları məqsədilə bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilir. Bu tədbirlər içərisində əmək yarmarkaları öz əhəmiyyəti ilə seçilir.

Ardını oxu...

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda cari ildə də tikinti-quruculuq tədbirləri sürətlə davam etdirilir. Kərimbəyli kəndindəki tam orta məktəb binası əsaslı şəkildə yenidən qurulur. 270 şagird yerlik məktəb binası zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarət olacaqdır.
Artıq obyektin bütün mərtəbələrində beton-qəlib işləri, arakəsmələrin hörgüsü başa çatdırılmışdır. Hazırda suvaq işləri aparılır, elektrik, istilik, su və rabitə xətləri də çəkilir. Fasad hissə rütubətdən qorunmaq üçün xüsusi inşaat materialı ilə izolyasiya olunur.
Obyektdə “Gəmiqaya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin kifayət qədər mühəndis-texniki işçisi, fəhlə və quraşdırıcısı çalışır. Onlar inşaat sektoru üçün nəzərdə tutulan geyim və avadanlıqlarla təmin olunublar.
Onu da qeyd edək ki, ötən aylarda Şərur şəhərinin Heydər Əliyev prospektindəki 7 nömrəli, 40 mənzilli beşmərtəbəli yaşayış binası əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib. Həmin ünvanda olan 9 nömrəli, 24 mənzilli üçmərtəbəli yaşayış binasının da əsaslı təmirinə başlanıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə “Biznesdə uğur – 2017” nominasiyası üzrə qalib gələn sahibkarlara mükafatlar təqdim edilib.
Belə ki, “Biznesdə uğur – 2017” nominasiyası üzrə “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin Karbon Qazı Zavodu “İlin məhsulu”, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı “İlin şirkəti”, “Sumqala Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti “İlin sahibkarı”, “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti “İlin ixracatçısı”, “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti “İlin yerli məhsul alıcısı” nominasiyalarına layiq görülüblər.
Qeyd edək ki, “Biznesdə uğur” mükafatı Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin tapşırığı ilə sahibkarların fəaliyyətinin qiymətləndirilməsi üçün 2009-cu ildə təsis edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək bildirib ki, iqtisadiyyatın müxtəlif sahələrində fərqləndirici mükafat sayılan “Biznesdə uğur” hər il özəl sektorda fəaliyyət göstərən iş adamlarına, biznes və sahibkarlığın inkişafında yüksək nailiyyətlər əldə edən şirkətlərə verilir. İqtisadi cəhətdən 2017-ci ildə də onlar uğurlu fəaliyyətləri ilə öz sahələrində lider olduqlarını sübut ediblər.

Ardını oxu...

Babək rayonunun Nehrəm kəndindəki “Xalaoğlu” kəndli-fermer təsərrüfatında yeni plastik tara istehsalı sahəsi fəaliyyətə başlayıb.
Ok­tyabrın 9-da müəssisədə bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək qeyd ediblər ki, muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas istiqaməti əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, sakinlərin rifah halının yaxşılaşdırılması, yeni istehsal müəssisələri yaratmaqla məşğulluq probleminin həlli, əhalinin tələbatının maksimum səviyyədə daha keyfiyyətli yerli istehsal məhsulları hesabına ödənilməsindən ibarətdir.
Yeni yaradılan istehsal müəssisəsi ilə tanışlıq zamanı sahibkar Rafiq Əliyev məlumat verib ki, müəssisə muxtar respublikada plastik taralara olan tələbatı ödəməklə yanaşı, həm də ixrac imkanlarına malikdir.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3294802
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2915
3655
6570
79448
3294802

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter