14 Noyabr 2019, Cümə axşamı

Aqrar sahənin dinamik inkişaf etdiyi Babək rayonunda müxtəlif profilli ailə təsərrüfatları mövcuddur. Cari ilin “Ailə təsərrüfatları ili” elan olunması isə bölgədə yeni belə təsərrüfatların yaradılmasına, mövcud olanların isə fəaliyyətlərini genişləndirmələrinə imkan verir. Nehrəm kəndindən olan Elşən Əliyev də nümunəvi ailə təsərrüfatçılarından biri kimi tanınır. O, bu işə başladığı ilk illərdə qarpız əkinini həyata keçirib. Cari təsərrüfat ilində isə 3 hektarlıq qarpız əkini sahəsindən 45 tona yaxın məhsul tədarük edib. Bu rəqəm Elşən Əliyevin təsərrüfatçılıq təcrübəsində hələlik rekord həddir.

Ardını oxu...

Azərbaycanda kombaynlar vasitəsilə kütləvi pambıq yığımına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Salyan rayonunun Maraşlı kəndində kütləvi pambıq yığımına start verilməsinə həsr olunmuş tədbir keçirilib. Kənd Təsərrüfatı naziri İnam Kərimov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və pambıqçı fermerlərin iştirak etdiyi tədbirdə 2 kombaynla yığım prosesinə start verilib.

Ardını oxu...

Bu ilin 8 ayında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, Əfqanıstan və Misir qərarlaşıb. Türkiyəyə ixracın dəyəri 1 milyard 739 milyon 92 min dollar, Əfqanıstana 64 milyon 569 min dollar, Misirə isə 39 milyon 995 min dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, hər üç ölkəyə məhsul ixracımız artıb. Belə ki, ötən ilin yanvar-avqust aylarına nisbətən ixracın dəyəri Türkiyəyə 655 milyon 734 min dollar, Əfqanıstana 11 milyon 932 min dollar, Misirə isə 38 milyon 826 min dollar artıb.

Qeyd edək ki, faiz göstəricinə görə Misirə ixracın dəyərində ən çox artım müşahidə olunub.

Sentyabrın 28-i və 29-da Naxçıvanda  “Arıçılıq məhsulları-bal” festivalı keçiriləcək. 

Festival zamanı Naxçıvan Muxtar Respublikasında bu sahənin tarixi, son illər arıçılığın inkişafı ilə bağlı geniş məlumat veriləcək. Musiqi kollektivləri tərəfindən konsert proqramı təqdim ediləcək. Tədbirə qatılacaq  yerli sakinlər və qonaqlar üçün əl işlərinin sərgi-satışı da nəzərdə tutulub. 

Festivalda “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə təşkil ediləcək, çeşid müxtəlifliyi və keyfiyyət göstəricisinə I, II və III yerlərin qalibləri seçiləcək.  

İstehlakçıların hüquqlarının müdafiəsi hər zaman dövlətin prioritet istiqamətlərindən biri olmuşdur və son illər bu sahədə əhəmiyyətli işlər görülməkdədir. İstehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının qorunmasında dövlət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən sahibkarların da üzərinə böyük vəzifələr düşür.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR