07 İyul 2020, Çərşənbə axşamı

Bərəkətli və məhsuldar torpaq sahələri olan Culfa rayonunda torpaq mülkiyyətçiləri yenə də böyük həvəslə sahələrə çıxıblar. Artıq Culfa rayonunun aran kəndlərində yaz-tarla işləri aparılıb, dağ kəndlərində isə əkin işləri davam etdirilir.

Ardını oxu...

Bərəkətli və məhsuldar torpaq sahələri olan Culfa rayonunda torpaq mülkiyyətçiləri yenə də böyük həvəslə sahələrə çıxıblar. Artıq Culfa rayonunun aran kəndlərində yaz-tarla işləri aparılıb, dağ kəndlərində isə əkin işləri davam etdirilir.

Ardını oxu...

Bu gün özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycan Respublikasında regionlarda sahibkarlığın inkişafı təmin edilmiş, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olunmuşdur. 

Ardını oxu...

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur bu gün müasir Azərbaycan rayonudur. Rayon mərkəzi, bölgənin kəndləri füsunkar bir gözəlliyə qovuşub, yenilənib, müasirləşib. Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən quruculuq tədbirləri bəhrələrini verib. 

Təkcə 2020-ci ilin ötən dövründə inşası başa çatdırılan və hazırda davam etdirilən obyektlərə diqqət yetirmək kifayətdir ki, rayonda həyata keçirilən quruculuq tədbirlərinin coğrafiyası barədə təsəvvürə malik olaq. Belə ki, rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün 2020-ci ilin birinci rübündə bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyon 166 min 300 manat həcmində vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş vəsait 6 milyon 932 min 100 manat təşkil edib. Bəhs olunan dövrdə rayonda 13 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub.

Ardını oxu...

Statistika sosial-iqtisadi proqnozların dəqiq verilməsində və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində əsas vasitədir. Statistik göstəricilərin təhlili müvafiq sahədə inkişaf meyillərinin müəyyənləşdirilməsinə imkan verir. Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə başlamış və sonrakı illərdə uğurla davam etdirilmiş islahatlar rəsmi statistikanın da inkişafına öz təsirini göstərmişdir. Son illərdə muxtar rsepublikada da bu sahənin inkişafına xüsusi diqqət yetirilir, rəsmi statistikanın təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2 mart 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” statistika sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsini, dayanıqlı inkişaf ilə bağlı statistik informasiya təminatının təkmilləşdirilməsini, bu hədəflərə çatmaq üçün statistika sahəsində maddi-texniki bazanın və kadr potensialının möhkəmləndirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır.   

Ardını oxu...

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR