11 Aprel 2021, Bazar

Naxçıvan Muxtar Respublikasında ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on dördüncü tirajının qalibləri müəyyənləşib. 1 iyul 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov çıxış edərək bildirib ki, görülmüş işlərin nəticəsi olaraq nağdsız ödənişlərin əsas vasitələrindən olan POS-terminal aparatlarının sayı muxtar respublika üzrə 1 fevral 2021-ci il tarixə 1417-yə çatdırılıb.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Orxan Abdullayev qeyd edib ki, müasir dövrün aktual iqtisadi istiqamətlərindən biri məhz nağdsız ödəniş sisteminin inkişaf etdirilməsidir. Nağdsız ödənişlərə marağın gündən-günə artması statistik rəqəmlərdə də müşahidə olunur.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Vergi nəzarəti tədbirlərinin təhlili şöbəsinin rəisi Rəşad Əliyev çıxışında nəzərə çatdırıb ki, 1-ci meyar üzrə 400 manatdan 701 manatadək nağdsız əməliyyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 30-50 manat arasında müəyyən olunmuşdur ki, bu meyarda muxtar respublika üzrə 214, o cümlədən Naxçıvan şəhəri üzrə üzrə 40 şəxs hədiyyə qazanmışdır. 2-ci meyar üzrə 701 manatdan 1001 manatadək nağdsız əməliyyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 50-70 manat arasında müəyyən olunmuşdur ki, bu meyarda da muxtar respublika üzrə 126, o cümlədən Naxçıvan şəhəri üzrə 20 şəxs hədiyyə qazanmışdır. 3-cü meyar üzrə 1001 manatdan çox nağdsız əməliyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 70-90 manat arasında müəyyən olunmuşdur ki, bu meyarda da muxtar respublika üzrə 102, o cümlədən Naxçıvan şəhəri üzrə 22 şəxs hədiyyə qazanmışdır. “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 14-cü tirajında 442 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim olunub.
Qeyd edək ki, oxşar tədbirlər Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikamızın rayonlarında da keçirilib. Bütün qaliblərə mükafatlar təqdim edilib.

 Əli CABBAROV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR