20 Aprel 2021, Çərşənbə axşamı

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan, o cümlədən Naxçıvan məhsullarının 21-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hər il ənənəvi təşkil olunan “Gulfood-2021” beynəlxalq qida sərgisində nümayişi həyata keçirilir.

Sərgidə muxtar respublikada fəaliyyət göstərən “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin 86 çeşiddə vafli, biskvit, lokum, limonad və çay məhsullarının, muxtar respublikanın bütün dünyada tanınmış, brend məhsullardan olan Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin 8 çeşiddə “Sirab”və Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 çeşiddə “Badamlı” mineral suyunun “Made in Azerbaijan” stendində nümayişi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən təmin olunmuşdur.
Qeyd edək ki, ölkəmizin qida sənayesi sahəsində fəaliyyət göstərən15 şirkətinin müxtəlif növ və çeşiddə sərgilənən məhsulları arasında Naxçıvan məhsulları ziyarətçilər və mütəxəssislər tərəfindən böyük maraqla qarşılanır.

Yerli istehsal məhsullarının ixrac potensialının artırılması, xarici bazarların araşdırılması, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi məqsədilə“Gulfood-2021” sərgisi çərçivəsində naxçıvanlı sahibkarlar görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR