21 Aprel 2021, Çərşənbə

Naxçıvan mətbuatının ən yaşlı nümayəndəsi, onlarla jurnalisti “şinelindən” keçirib respublika mətbuatına yaradıcı qələm sahibi kimi verən az qala iyirmi ildir ki,“ Şərq qapisi”kimi nüfuzlu mətbuat orqanında jurnalistlik fəaliyyəti ilə məşğul olan, qəzetin məsul katibi Muxtar Məmmədovun “Şam ömrünün nağılı”, “Mənim Naxçıvan dünyam” adlı kitablarından sonra yeni – “Azadlığı istəmədik zərrə-zərrə...” kitabını çapa hazırladığı barədə məlumatım var idi. Burada yer alacaq yazıların böyük əksəriyyətinin ilk oxucularından biri kimi maraqlı yeni nəşrin ərsəyə gələcəyini düşünəndə də səhv etməmişdim. Budur, həmin kitabla üz-üzəyəm. Öncə onu qeyd etməyi vacib bilirəm ki, 44 günlük azadlıq mübarizəmizə həsr olunan ilk kitab kimi müəllif bu addımı ilə ziyalı və vətəndaş mövqeyini ortaya qoyub.

Ardını oxu...

Bəlkə də, adı çəkiləndə mənim kimi yüzlərlə Ələsgərsevərin qulaqlarında ilk çığnayan aşığın “Çərşənbə günündə, çeşmə başında, gözüm bir alagöz xanıma düşdü” sevdalı misraları olur. O sevda ki, az sonra həmin gözəl xanımın “nişanlıyam, özgə malıyam” deməsi ilə Ələsgərin qol-qanadının sınıb yanına düşməsi, xəyallarının çeşmə sularında qərq olması bir olur. Şair üçün bu bir təsadüf, yoxsa bəxtsizlikmidir, bilmirəm, bizim üçün hələ məktəb illərindən əzbərlədiyimiz ən gözəl qoşma idi. Lakin sonralar öyrənəndə ki, Ələsgər 40 yaşında ailə qurub, onda anladım ki, bəli, “Güllü”, “Gülpəri”, “Güləndam”, “Telli”, “Ceyran”, “Xurşid”, “Müşkinaz”, “Maral”ın hər səfası xoş olsa da, onun ağlını başından alsalar da, “Səni gördüm, əl götürdüm dünyadan”, – deyən aşığın qisməti, alın yazısı olmayıblar.

Ardını oxu...

Resurslara doğru gedildikcə o, sərvətə, xəzinəyə çevrilir

Qədimliyi və təbii gözəllikləri ilə hər zaman qürur duyduğumuz Naxçıvanımız bir-birindən səfalı, bənzərsiz, hər fəslinin öz füsnu ilə bu yerlərə gələnlərdə, bu gözəllikləri görənlərdə unudulmaz təəssüratlar yaradır. İnsanın təsəvvürünə belə, gətirmədiyi təbii, zəngin gözəlliklərlə əhatə olunan, onu yalnız görəndən sonra, doğrudan da, İlahinin bir möcüzəsi olduğunu təsdiqlədiyimiz bölgələrimizdən biri də Ağbulaqdır. Enişində saf, şaqraq ağ bulaqları ilə yuxarılara doğru qalxdıqca ağ buludları birləşən, dağları kəndə arxa, torpağı insanlarına dayaq olan bu qədim yurd yeri, həqiqətən, bir İlahi bəxşişidir. Şəfalı buz suları, təmiz havası, bol nemətli dağı-daşı, min bir dərdə dərman gül-çiçəkli düzləri ilə Ağbulaq bir təbiət ensiklopediyasıdır, desək, yanılmarıq...

Ardını oxu...

Bu, 1990-cı illərin tənəzzülə uğrayan Naxçıvanı ilə tərəqqi edən Naxçıvanı arasındakı uzun yolda  həmişə əsas amil kimi diqqətdə saxlanılıb


Məşğulluq həm cəmiyyətin, həm də insan həyatının ən  vacib amilidir desək, yanılmarıq. Dünyaya göz açdığı məmləkətində böyüyən, təhsil alan insan daha sonra  seçdiyi sahə üzrə məşğulluğunu təmin etməklə ömür yolunu müəyyənləşdirir: ailə qurur, ev sahibi olmağa çalışır, övladlarının sağlam böyüməsinin, təhsil almasının qayğısını çəkir və eyni zamanda bütün bunların fonunda cəmiyyət üçün gərəkli vətəndaşa çevrilir, Vətəninə, dövlətinə xeyir verə bilir.  Məşğulluq həyatın ritmidir. Bu ritm bir an pozularsa, özünü insan həyatı ilə bərabər, cəmiyyətdə də təzahür etdirər. Məşğul insanla heç bir məşğuliyyəti olmayan insanları hər birimiz cəmiyyətimizdə gördüyümüz üçün onlar arasında müqayisə aparmaq o qədər də çətin olmaz. Bu halda...

Ardını oxu...

Bu şaxtalı günlərdə hər səhər kəndlərdən şəhərə yollanan çoxlu adam görmək olur. Onların bir hissəsi iş dalınca, əksəriyyəti isə çörək almağa gedir. Bəs kənd camaatını min bir əzabla şəhərə getməyə və çörək növbələrində saatlarla çörək növbəsi tutmağa vadar edən nədir? Məgər kəndlərə un verilmir? Yoxsa kəndli isti təndir çörəyi yemək istəmir? Bu sualla kənd camaatına müraciət edəndə belə cavab almaq olur: Kəndlərə verilən un norması tələbatı ödəmir. Adambaşına ayda 5-7 kiloqram un verirlər, aylıq unu günlərin sayına bölsək, heç 250 qram da eləmir. Əgər bu norma vaxtlı-vaxtında verilsə, yenə birtəhər ötüşmək olar.

Ardını oxu...

Son iki gün... Bir il də ömür kitabımızın bir vərəqini, beləcə, çevirir, bir il də ötür həyatımızdan, deyirik. Bəli, ötür, ötəcəkdir də, zaman adlı köhlən atı kim saxlaya bilər ki? O çapır, gün keçir ay olur, aylarsa, illəri əvəzləyir. Fəsillər dəyişir... Bahar yay, payızsa, qış olur. Necə də bənzəyir insan ömrünə: bahar gənclik, yay orta yaş, payız qocalıq, qış da ahıllıq. Ötür zaman, insan elə ki bahardan yaya boylandı, oradan da payıza bir nəzər saldı, payızın füsunkar yarpaq tökümünü izlədi, deməli, bir yaş da gəlir yaş üstünə, bir il də yollanır öz arxivinə. Çünki yarpaq tökümü təbiətin yaşlanması, ahıl çağının çatması, bəyaz saçlarına sığal çəkərək bir ili də başa vurdum deməsidir. Sən də keçdin fəsilləri birər-birər. Qışda gəlmişdin, qışda da yolçu olursan... Bütün dünyanın yadında qalan, tarixinə yazılan, hər kəsin həyat dəftərinə bir sətir yazan 2020...

Ardını oxu...

Zaman gəlib 2020-ci ildə dayandı və sentyabr ayının 27-ni Azərbaycan tarixinin şanlı səhifələrinə yazdı. Həmin gün ölkəmizdə müharibə başladı. Ermənilərin 30 il əvvəl, 1990-1993-cü illərdə işğal etdikləri, soydaşlarımızın əllərindən zorla aldıqları, insanları min bir zülmlə evlərindən didərgin salıb, talelərinə köçkünlük yazdıqları, torpaq həsrətlisinə çevirdikləri Xankəndi, Xocalı, Şuşa, Ağdərə, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlının azad olunması günü çatmışdı.

Ardını oxu...

Ayrılıq vaxtı çatıb, cəmi 3 gün vaxtın qalıb, bilirəm, getməlisən. İstəsəm də, saxlaya bilmərəm, artıq yolçusan. Amma bir az ayaq saxla, sənə sözüm var. Yolundan edirəm səni, lakin məni dinləməlisən... Səni həmişə çox sevmişəm, bilirsən. Elə buna görə də səndən yazmaq hər dəfə mənə tapşırılardı. Çünki səni sevən çox az insan olub həyatda. “Payızdan nə yazmaq olar ki”, – deyiblər. Lakin sən hər zaman mənim fəslim olmusan. Səni füsnun, romantikan-çiskin yağışın, sarılı-qızılı yarpaqlarınla, bir də, sanki bir ömrün sonunu əks etdirən kədərinlə sevmişəm... Səndən yazılarımda tablolar yaratmışam, hər naxışını, hər “baxışını” mənsur şeirlərimin misralarına çevirmişəm...

Ardını oxu...

Zamanı  uzun bir yola, tarixi isə zamanın ağır-ağır addımlayan yolçusuna bənzədirlər. Tarix ona görə ağır-ağır  addımlayır ki, o hər yeni addımında geriyə nəzər salır. Bu nəzər gedilən yolun nəticəsi – salnaməsidir. Naxçıvanlılar da 25 il əvvəl zamanın yolayrıcından  bir  yolçuluğa çıxmışdılar. Bu yol qaranlığın çökdüyü zülmət içərisində bir yol idi. Həmin yoldan Naxçıvanı işıqlı yola çıxaran isə ulu öndərin siyasi xəttini davam etdirən cənab Vasif Talıbov oldu. İndi söz ötən həmin 25 ilindir. Çünki o, artıq bir salnamə, tarixdir. Tarixin söylədiyi söz isə deyilən bütün sözlərdən kəsərlidir.  

Ardını oxu...

Və nəhayət... Laçın... Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəsmi açıqlamasından sonra onların hər birini qəhrəmanlıq tariximiz olan “Qarabağ” dastanının bir boyuna çevirərək qələmə almışam. Etiraf edim ki, günlərdir, qayıdışını gözlədiyimiz Laçın haqqında yazacağımı düşündükcə hər dəfə böyük məsuliyyət qarşısında qaldığımı hiss etmişəm, “mən necə yazmalıyam ki, Laçına layiq olsun”, – deyə. Və ya mən Laçından yazmağa qadirəmmi? Bu sualları günlərdir, verirəm özümə. Lakin yazmalıydım. Laçınla Qarabağ dastanını tamamlamalıydım. Zəif, güclü, nə olursa-olsun, yazmalıydım. Bəlkə də, mənim kimi düşünən onlarla jurnalist var. Bəli, ola da bilər. Çünki Laçın deyiləndə gözlərim önündə o qədər böyük bir məkan canlanır ki, həm də Laçın o qədər qədim tarixə, zəngin təbiətə, coğrafiyaya malikdir ki, onu vəsf etməyi, sözün həqiqi mənasında, bacarmalısan. Gözəl Laçın, qayıdışın, azadlığın mübarək. Səndən yazıram, sənə nə dərəcədə layiq olduğunu bilməsəm də, yazıram. Bu yazını məndən qələbə məktubu, təbriki kimi qəbul et. Məktubumu Ali Baş Komandanımızın xalqımıza yenə də qələbə müjdəli müraciəti ilə başlayıram: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Laçın Naxçıvandır, Naxçıvan Laçın

Deyirlər ki, görmədiyin, bələd olmadığın yer haqqında yazmaq çətindir. Bu gün bu deyimin yanlış olduğunu anladım. Xeyr, əslində gördüyün yer haqqında yazmaq çətinmiş. Naxçıvan kimi. Mən Naxçıvanın gözəlliklərini nə vaxt olduğu kimi, təsvir edəcəyim barədə çox düşünürəm. Laçında da dəfələrlə olmuşam. Uşaqlığımın çox yayı Laçında, babamın ata evində keçib. O qədər gözəl təəssüratlarım var ki, Laçın haqqında. Bəlkə, elə uşaqlıqdan xatirələrimə hopan o zəngin təəssüratlar qarşısında Laçın haqqında yazmağa cürət etmirdim. Çünki bu dəqiqə də o dairəvi həyət, sanki qayalıqların ovcunun içində bənd olmuş, böyürtkən kolları ilə hasarlanmış həyət gözlərin qarşısındadır. Həyətin dörd bir tərəfini əhatə edən həmin böyürtkən kollarının yanından baxanda, sanki dağın başından dərələrin ucsuz-bucaqsız dərinliklərini seyr edirdim, “Bu həyət burada necə durub”, – deyə fikirləşirdim... Biz Laçına Şahbuz rayonunun Biçənək-Batabat yolu istiqamətindən maşınla gedirdik. Laçının dolanbac yolları ilə sanki bir anda dağların başına qalxır, oradan sürətlə aşağıya enirsən. Laçındakı o evin ətrafındakı görüntülər də, Laçına gedən yollar da o qədər Şahbuza bənzəyir ki... Mən bunu sonralar anladım. Laçına olan sevgim də, bəlkə də, elə bundan qaynaqlanırdı. Laçındakı o həyətdən mən Ağbulaqda, Gömürdə, Biçənəkdə, Aşağı, Yuxarı Qışlaqlarda, Küküdə, Güney, Qızıl Qışlaqlarda görmüşəm. O yollar Batabata, Ağbulağa, Gömürə qalxan yolların eynisidir. Göz uzandıqca dağların sinəsinə, qayaların köksünə səpələnmiş boz-yaşıl rəngli irili-xırdalı kollar Şahbuz şəhərindən müxtəlif istiqamətlərə şaxələnən dağ kəndlərində gördüklərimlə eynidir. Bir sözlə, Laçın, sanki Naxçıvandır, Naxçıvan da Laçın. Görənlər görüb, görməyənlər də bu azad yurda səfər edər, görər, mənim dediklərimi təsdiqləyər.

Ardını oxu...

...Pislik qışa qalar


Məlum hadisələr hesabına bir ilə yaxındır ki, Ermənistan ərazisindən keçib Naxçıvana gələn halalca işığımızdan məhrum olmuşuq. Bu müddətdə ancaq Araz Su Elektrik Stansiyasında istehsal edilən 20-25 meqavat elektrik enerjisinin ümidinə qalmışdıq. Kənd­lərimizin əksəriyyəti elektrik işığından tamamilə məhrum olmuşdu. Naxçıvan şəhərinin evlərinə, idarə və müəssisələrinə növbə ilə 6-8 saatdan çox işıq verilmir...
Qonşu İran bu ağır günümüzdə bizə yardım əlini uzadaraq 30 meqavat enerji verdi və böhranı nisbətən aradan qaldırdı...

Ardını oxu...

20 noyabr 2020-ci il. Nə gözəl, yaddaqalan tarixə təsadüf edir Ağdamın ağ gününə qovuşması. Üzünə həsrət qaldığı, dalğası hicranı olan bayrağına qovuşması.  Bütün rənglərin təməlində ağ rəng dayanır, deyirlər. Öz bəyazlığı fonunda üç rəngdən  yaratdığı   üçrəngli  bayrağını sinəsinə sancdı, başını dik tutub, “Mən azad oldum, mən doğma Vətənimə qovuşdum”,- dedi Ağdam.  44 günlük Vətən müharibəsində olduğu kimi, 10 noyabrda imzalanan üçtərəfli Bəyanatın ilk  qələbə müjdəsini də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən aldıq: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq”. 

Ardını oxu...

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR