14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

İyunun 11-də Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfərə gəlmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadzenin iştirakı ilə nümayəndə heyətləri arasında görüş olmuşdur. 

Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında 2012-ci ildə əsası qoyulmuş mehriban dostluq və əməkdaşlıq əlaqələrinin bu gün uğurla davam etdirildiyini bildirmiş, bu əlaqələrin davamı olaraq dəvəti qəbul edib Naxçıvan Muxtar Respublikasına səfərə gəldiyinə görə Acarıstan Muxtar Respublikası Hökumətinin sədrinə təşəkkür etmişdir. 

 Ali Məclisin Sədri demişdir ki, Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələr hər iki tərəfin səyi ilə ilbəil genişlənir. Hazırda ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində əlaqələr əməkdaşlığın böyük potensiala malik olduğunu göstərir. Hər iki muxtar respublikanın ali təhsil müəssisələri – Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasındakı əlaqələr təhsil sahəsində əməkdaşlıq üçün yaxşı əsaslar yaratmışdır. Biz səhiyyə sahəsində əlaqələrə də böyük əhəmiyyət veririk. Acarıstanlı uşaqların müalicə üçün Naxçıvana gəlməsi hər iki tərəfdən yetişməkdə olan nəslin sağlam böyüməsinə göstərilən qayğının ifadəsidir. Biz bu il də qardaş acarıstanlı uşaqların müalicəsini davam etdirəcəyik. Dərinləşən əməkdaşlığımız birbaşa nəqliyyat əlaqəsinin yaradılmasını da zərurətə çevirmişdir. Yeni Naxçıvan-Batumi avtobus marşurutu açılmışdır. Bütün bunlar hər iki muxtar respublika arasında daha sıx əlaqələri təmin edəcəkdir. "Bizim əlaqələrimiz-qardaşlıq əlaqəsidir", - deyən Ali Məclisin Sədri vurğulamışdır ki, biz bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi Naxçıvan-Acarıstan əlaqələrinin davamlı olmasına və digər sahələrdə də inkişaf etdirilməsinə səyimizi artıracağıq. 

Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze Naxçıvan Muxtar Respublikasına səfərə dəvətə və göstərilən səmimi münasibətə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, Naxçıvanda olmaqdan məmnunluğunu bildirmişdir. Qonaq demişdir ki, hər iki muxtar qurum arasında həyata keçirilən qarşılıqlı səfərlər, Naxçıvan və Batumi şəhərləri arasında əməkdaşlığa dair memorandumun imzalanması öz bəhrəsini vermiş, ötən dövrdə əlaqələr sürətlə inkişaf etmişdir. Bu gün Acarıstan və Naxçıvan  muxtar respublikaları arasında əlverişli biznes və investisiya mühiti mövcuddur. Hazırda iqtisadi-ticarət, təhsil, səhiyyə və nəqliyyat sahəsində əlaqələr inkişaf etdirilir. 

Naxçıvanın mövcud iqtisadi potensialının məmnunluq doğurduğunu vurğulayan Arçil Xabadze bundan sonra da ikitərəfli əlaqələrin inkişafı üçün səylərin göstəriləcəyini bildirmişdir. 

Görüşdə qarşılıqlı əlaqələrin perspektivləri nəzərdən keçirilmiş, əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunmuş, xatirə şəkli çəkdirilmişdir. 

Azərbaycan Respublikasının Batumidəki Baş konsulu Rəşad İsmayılov görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272107
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1728
4121
9876
56753
3272107

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter