25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

   Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Tərəqqi” medalının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının təqdimat mərasimi keçirilmişdir.
  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları salamlamış, onları dövlətimizin yüksək mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək demişdir: “Ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində başa çatmaqda olan 2012-ci ildə də ölkəmizdə sabitlik və sosial-iqtisadi inkişaf davam etmiş, bütün sahələrdə nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərin qazanılmasında fərqlənənlərin əməyi dövlətimiz tərəfindən qiymətləndirilmiş, onlar müxtəlif fəxri adlarla, orden və medallarla təltif olunmuşlar. 2012-ci ildə muxtar respublikada öz əməkləri ilə fərqlənənlərin 7-si Prezident mükafatına, 56-sı Azərbaycan Respublikasının medallarına, 7 nəfər Azərbaycan Respublikasının, 19 nəfər isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüşdür. Bu il muxtar respublikanın 3 məktəbi Azərbaycanda ən yaxşı ümumtəhsil müəssisəsi, 5 müəllim isə ən yaxşı müəllim adına layiq görülmüş və mükafatlandırılmışlar. Bu gün təltif olunanlar da müxtəlif sahələri təmsil edirlər. Bu da onu göstərir ki, ölkəmizin inkişafı bütün sahələri əhatə edir”.

  Ali Məclisin Sədri demişdir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının, bütün sahələrdə əldə olunan uğurların təməlində insan zəhməti və fədakarlığı dayanır. Ölkəmizdə qazanılan uğurlar, bu uğurların əldə edilməsində iştirak edənlərin əməyinin qiymətləndirilməsi isə mövcud inkişaf və sabitliyin bəhrələridir. Əgər hər hansı ölkədə sabitlik yoxdursa, iqtisadi inkişaf da ola bilməz. Sosial-iqtisadi inkişaf yoxdursa, deməli, insanların fədakarlığının, onların əməklərinin qiymətləndirilməsi də mümkün olmayacaqdır. Ölkəmizdəki sabitlik, sosial-iqtisadi inkişaf və bu inkişafa insanlarımızın verdiyi töhfə bir-birini tamamlayır.

   “Azərbaycanın dövlət siyasətinin əsas meyarı insan amilinə verilən qiymətlə bağlıdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, təltif olunanlara dövlətimizin göstərdiyi qayğı da insanlarımızın zəhmət və fədakarlığına verilən yüksək qiymətin ifadəsidir. Dövlətimizin qayğısının müqabilində hər birimizin məqsəd və məramı müstəqil Azərbaycanın gələcək inkişafı və çiçəklənməsi naminə səylə çalışmaqdan ibarət olmalıdır. Bütün bunlar ölkəmizin inkişafının davamlılığına və sabitliyin qorunmasına təminat verəcək, əməyə, Vətənə məhəbbət hissinin yüksəldilməsinə şərait yaradacaq, ölkəmizdə daha böyük uğurların qazanılmasını şərtləndirəcəkdir.­

  Sonra Ali Məclisin Sədri “Tərəqqi” medalının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.

   Təltif olunanlardan Yaqut Hüseynova, Məhərrəm Qurbanov, Gülyanaq Fərzəliyeva, Hünər Əliyev, Əminə Əsgərova, Sədaqət Mahmudov, Sarvan İbrahimov, Mehdi Hüseynəliyev, Asəf Tağıyev, Mirhəsən Seyidov, Sadəddin Talıbov və başqaları əməklərinə verilən yüksək qiymətə görə dərin minnətdarlıq etmişlər. Qeyd olunmuşdur ki, son 17 ildə muxtar respublikamızda ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsi, bu yola sədaqət nəticəsində hərtərəfli inkişafa nail olunmuş, əhalinin rifah halı yüksəlmiş, insanların qurub-yaratmaq əzmi artmışdır. Təltif olunanlar bundan sonra da ölkəmizin, o cümlədən muxtar respublikamızın inkişafı və tərəqqisi yolunda çalışacaqlarını bildirmişlər.
    Sonda Ali Məclisin Sədri təltif olunanları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etmiş, onlara möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulamışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3065586
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4192
4327
8519
116917
3065586

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter