13 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

   Muxtar respublikada kənd yaşayış məntəqələrinin müasirləşməsi son 17 ildə həyata keçirilən quruculuq işlərinin əsas tərkib hissəsini təşkil edir. Kəndlərdə tikilən yeni məktəb binaları, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları, çəkilən müasir yollar və aparılan abadlıq işləri müasir infrastrukturun yaradılmasına və sakinlərin rahatlığının təmin olunmasına səbəb olmuşdur.
   Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, dekabrın 17-də Ordubad rayonunun Yuxarı Əylis kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Bu il muxtar respublikada 16-cı məktəb binası
Yuxarı Əylis kəndində istifadəyə verilmişdir

   Təhsil infrastrukturunun inkişafı istiqamətində muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, 2012-ci ilin ötən dövründə muxtar respublikada 16 məktəb binası istifadəyə verilmiş, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilmiş, ümumtəhsil məktəblərində təhsilin səviyyəsi xeyli yüksəlmişdir.
   Dekabrın 17-də Yuxarı Əylis kənd tam orta məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
  Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ulu öndər Heydər Əliyevin “Cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir” fikrini xatırladaraq demişdir: “Ölkəmizdə ümummilli liderimizin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə inkişafa nail olunmuş, tikinti-quruculuq işlərinin həcmi genişləndirilmişdir. Həyata keçirilən tikinti-quruculuq işləri çərçivəsində məktəb binalarının tikilməsinə, gələcəyimiz olan gənclər üçün müasir tədris şəraitinin yaradılmasına xüsusi diqqət yetirilir. Bu gün istifadəyə verilən Yuxarı Əylis kənd tam orta məktəbinin yeni binası da ulu öndəri­mizin müəyyənləşdirdiyi uğurlu təhsil qurucu­luğu strategiyasının, ölkəmizdə gənclərin hərtərəfli inkişafına göstərilən dövlət qayğısının bəhrəsidir”.
   Ali Məclisin Sədri demişdir: “Müasir tələblər səviyyəsində tikilən Yuxarı Əylis kənd tam orta məktəbi 252 şagird yerlikdir. Təhsil ocağında 3-ü elektron lövhəli olmaqla, 14 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, 5 mindən artıq kitab fondu olan kitabxana, kompyuter sinfi və müasir tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilir. Kollektiv yaradılan bu şəraitdən səmərəli istifadə etməli, təhsilli və vətənpərvər gənclər yetişdirməlidir”.

   “Hər bir işin göstəricisi onun uğurlu nəticəsi ilə ölçülür”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, ötən tədris ilində məktəbin uğurları da qənaətbəxş olmuş, məktəbi bitirən 5 məzundan 2-si ali məktəblərə qəbul olunmuşdur. Bu nailiyyət müəllimlərin zəhmətinin, şagirdlərin çalışqanlığının və məktəbdə təhsil işinin lazımi səviyyədə qurulmasının nəticəsidir.
   Ali Məclisin Sədri demişdir ki, məktəb işi ümumxalq işidir. Ona görə də hər bir valideyn məktəb işində yaxından iştirak etməlidir. Dövlətin, məktəbin və cəmiyyətin birgə fəaliyyəti daha uğurlu nəticələrin qazanılmasına imkan verir. Məktəblərimizdə bu iş səmərəli qurulmalı, şagirdlərin intellektual potensialının artırılmasına və cəmiyyət üçün yararlı fərd kimi hazırlanmasına diqqətlə yanaşılmalıdır.
   Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə, Yuxarı Əylis kənd məktəbinin muxtar respublikanın qabaqcıl təhsil ocaqlarından biri olacağına əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulamışdır.
  Məktəbin müəllimi Günay Həsənova demişdir ki, bu gün müasir avadanlıqlarla təchiz olunan, yüksək şəraiti olan məktəb binasının istifadəyə verilməsi gənclərə göstərilən dövlət qayğısıdır. Muxtar respublikada, eləcə də Ordubad rayonunda təhsil müəssisələrinin inkişafı və yüksəlişi istiqamətində həyata keçirilən tədbirlər, bütövlükdə, ölkəmizin bu günü və sabahı üçün atılan ən mühüm addımlardır. Bu eyni zamanda şagirdlərin dərin biliklərə yiyələnməsində əlavə bir stimuldur. Günay Həsənova yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.

  Ali Məclisin Sədri Ordubad rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə etmiş, binanın açılışını bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan məktəb binasında müasir sinif otaqları, laboratoriyalar, fənn kabinələri yaradılmış, idman zalı istifadəyə verilmişdir. Hazırda məktəbdə 103 şagird təhsil alır. Onların 36-sı əlaçıdır. Şagirdlərin təlim-tərbiyəsi ilə 17 müəllim məşğul olur.
  Ali Məclisin Sədri birinci sinif şagirdlərinin təhsil aldığı sinfə baxmışdır. Bu il Yuxarı Əylis kənd tam orta məktəbinin birinci sinfinə 8 şagird qəbul olunmuşdur. Bildirilmişdir ki, məktəbdə aşağı yaş qrupunda təhsil alan uşaqların ilkin psixoloji və fərdi hazırlığına, onların dərsləri daha asan mənimsəmələrinə xüsusi diqqət yetirilir, mütərəqqi tədris vasitələrindən istifadə olunur.
  Dəqiq elmlərin tədrisində əyani vasitələrdən istifadə başlıca şərtdir. Kimya-biologiya və fizika laboratoriyalarında qoyulan əyani tədris vasitələri bu fənlər üzrə biliklərin daha dərindən mənimsənilməsinə şərait yaradacaq. Kom­pyuter sinfində quraşdırılan kompyuter dəstləri informasiya texnologiyalarının muxtar respublikanın bütün məktəblərində tətbiqinin daha bir göstəricisidir.
  Ali Məclisin Sədri elektron lövhəli siniflərə baxmış, dərslərin gedişi ilə maraqlanmışdır. Bildirilmişdir ki, interaktiv təlim prosesi şagirdlərə müstəqil düşünmək, sərbəst fikir söyləmək kimi xüsusiyyətlər aşılamaqla yanaşı, müəllim-şagird münasibətlərinin dərinləşməsinə yaxından köməklik edir. Müxtəlif elektron dərsliklərdən istifadə şagirdlərin məntiqi və yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə, onların keçilən dərslər barədə ətraflı məlumat almasına və biliklərin daha asan mənimsənilməsinə köməklik edir.
  Hərbi kabinədə müasir tədris ləvazimatları qoyulmuş, məlumat stendləri asılmışdır. Baxış zamanı gənclərin çağırışaqədərki hazır­lıq fənninin tədrisinə, şagirdlərin fiziki hazırlığına və vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti qeyd olunmuşdur.
   Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, müasir təhsil sistemində, elmi mühitin zənginləşməsində orta təhsilin mühüm əhəmiyyəti vardır. Müəllimlər yaradılan şəraitdən lazımi səviyyədə istifadə etməli, şagirdlər biliklərə dərindən yiyələnməlidirlər. Bu işdə müəllimlərin üzərinə mühüm vəzifələr düşür. Hər bir müəllim təhsil verməklə yanaşı, əsl vətəndaş da hazırlamalıdır.
  Müəllimlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, yaradılan şəraitin müqabilində səylə çalışacaqlarına söz vermişlər.
 Məktəb binasının həyətində geniş abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemləri və açıq idman qurğuları quraşdırılmış, 2 hektarlıq ərazidə meyvə bağı salınmışdır.

 

 

 

Yuxarı Əylis kəndində yeni kənd mərkəzi tikilmişdir

   Muxtar respublikanın kənd yaşayış məntəqələrində idarəetmənin səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər görülür, yeni kənd mərkəzləri tikilir. Son 17 ildə muxtar respublikada 80 kənd mərkəzi tikilərək istifadəyə verilmişdir.
   Bu tədbirlərin davamı olaraq, dekabrın 17-də Yuxarı Əylis Kənd Mərkəzinin açılışı olmuşdur.
 Kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini İsmayıl Heydərov bildirmişdir ki, Yuxarı Əylis kəndi Ordubad rayonunun qədim yaşayış məntəqələrindəndir. Son illər aparılan quruculuq işlərindən bu kəndə də pay düşmüş, yeni sosial obyektlər tikilmişdir. Bu gün sakinlərin problemlərinin vaxtlı-vaxtında həlli, onlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi üçün əlverişli şərait yaradılmışdır. İsmayıl Heydərov yaradılan şəraitə görə sakinlər adından minnətdarlıq etmişdir.
  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan kompleks quruculuq işləri nəticəsində Yuxarı Əylis kəndinin muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına qoşulduğunu bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: “Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində ölkəmizin bütün bölgələrində inkişaf və tərəqqiyə nail olunmuşdur. Bu inkişaf və tərəqqidən Ordubad rayonunun Yuxarı Əylis kəndinə də pay düşmüş, kənd müasir görkəm almışdır. Kənddə məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, 1 nəfər kənd sakini üçün fərdi yaşayış evi tikilmiş, müasir yol çəkilmiş, geniş abadlıq işləri görülmüşdür. Yaradılan şərait dövlət strukturlarının və xidmət sahələrinin fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olmuşdur. Bu da sakinlərin problemlərinin vaxtlı-vaxtında həll olunmasına, onların rahat və firavan yaşayışına xidmət edir”.
  Ali Məclisin Sədri demişdir: “Son illər göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində Yuxarı Əylis kəndi tamamilə qazlaşdırılmış, telefonlaşdırılmış, elektrik enerjisinin fasiləsiz verilişi təmin olunmuşdur. Bu gün fərdi təsərrüfatların genişləndirilməsi və kənd təsərrüfatının inkişafı üçün sakinlərə güzəştli şərtlərlə kreditlər verilir, kənddə yaşayan 1937 nəfərdən 466-sı dövlət büdcəsindən əməkhaqqı, təqaüd və müavinət formasında vəsait alır. Yaradılan şərait və həyata keçirilən tədbirlər kənddə insanların sosial problemlərinin həllinə səbəb olmuşdur. Ona görə də dövlət strukturlarında çalışanlar sakinlərin müraciətlərinə vaxtlı-vaxtında baxmalı, tikilənləri, qurulanları qorumalıdırlar. Bu işdə Yuxarı Əylis kəndinin sakinləri də yaxından iştirak etməli, kəndin abadlaşmasında fəallıq göstərməlidirlər”.
  Ali Məclisin Sədri bu işlərin həyata keçiril­məsində kənd sakinlərinə uğurlar arzulamış, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, binanın açılışını bildirən lenti kəsmişdir.
  Məlumat verilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi, arxiv və 55 yerlik tədbirlər zalı vardır.
  Mərkəzin birinci mərtəbəsindəki rabitə evində 257 abonentə xidmət edən 384 nömrəlik ATS quraşdırılmış, göstərilən rabitə xidmətinin səviyyəsi yüksəldilmişdir. Binada Yuxarı Əylis və Aşağı Əylis kəndlərini əhatə edən polis sahə məntəqəsi üçün də iş otaqları ayrılmışdır.
  Bildirilmişdir ki, yeni kənd mərkəzinin istifadəyə verilməsi idarəetmə strukturlarının fəaliyyətini gücləndirməklə yanaşı, kənd kitabxanasının və mədəniyyət evinin fəaliyyətini də xeyli yaxşılaşdırmışdır. Binada kitabxana üçün geniş və işıqlı otaq ayrılmışdır. Kitabxana fondunda 14 mindən artıq ədəbiyyat vardır. Yaradılan şərait kitabxana-oxucu münasibətlərinin yüksək səviyyədə qurulmasına imkan verəcəkdir. Mədəniyyət evi işçiləri üçün ayrılan iş otaqları və istifadəyə verilən tədbirlər zalı kənddə ictimai-mədəni tədbirlərin ke­çirilməsinə əlverişli şərait yaradacaqdır.

 

Sakinlərə nümunəvi tibbi xidmət göstərmək üçün  həkim ambulatoriyasında hərtərəfli şərait vardır

   Həmin gün Yuxarı Əylis kəndində xəstəxanatipli yeni həkim ambulatoriyası da istifadəyə verilmişdir.
  Tibb bacısı Gültac Rzayeva demişdir ki, muxtar respublikada həyata keçirilən səhiyyə islahatları Ordubad rayonunu da əhatə etmişdir. Son illər rayon mərkəzində və kəndlərdə müasir səhiyyə obyektləri tikilərək istifadəyə verilmiş, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmişdir. Bu gün Yuxarı Əylis kəndində istifadəyə verilən həkim ambulatoriyası da insanların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Gültac Rzayeva yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.
   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyanın istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Ölkəmizdə səhiyyə xidmətinin təşkili istiqamətində həyata keçirilən tədbirlər inkişaf etmiş ölkələrə belə, nümunə ola bilər. Bu gün hər bir yaşayış məntəqəsində insanlarımız səhiyyə xidməti ilə əhatə olunublar. İstər şəhərlərimizdə, istər rayon mərkəzlərində, istərsə də ucqar dağ və sərhəd kəndlərində müasir səhiyyə müəssisələri tikilərək sakinlərin istifadəsinə verilir. Dövlətimizin qayğısı ilə universitetlərdə, kolleclərdə yüksək tədris şəraiti yaradılması nəticəsində tibb müəssisələri ixtisaslı kadrlarla təmin olunurlar. Yuxarı Əylis kəndində yeni həkim ambulatoriyasının tikilməsi də ölkəmizdə uğurla həyata keçirilən səhiyyə islahatlarının daha bir nümunəsidir. Ambulatoriyada yaradılan şərait imkan verəcək ki, bu kənddə yaşayan əhali lazımi səhiyyə xidməti ilə əhatə olunsun, insanlar başqa yerə getmədən sağlamlıqla əlaqədar yaranmış problemləri yerində həll edə bilsinlər”.
   Ali Məclisin Sədri ambulatoriyanın kollektivinə işlərində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
   Həkim ambulatoriyasının binasında tibb işçiləri üçün 9 otaq ayrılmışdır. Burada stomatoloq kabinəsi, peyvənd, doğuş, manipulyasiya otaqları və laboratoriya vardır.
  Həkim ambulatoriyasının birinci mərtəbəsində Yuxarı Əylis və Aşağı Əylis kəndlərini əhatə edən baytarlıq məntəqəsi üçün də 2 iş otağı ayrılmışdır.
   Məntəqədə zəruri dərman vasitələrini saxlamaq üçün soyuducu qoyulmuşdur. Bildirilmişdir ki, heyvandarlığın inkişaf etdirilməsində, mövcud mal-qaranın qorunmasında və əhalinin sağlam heyvandarlıq məhsulları ilə təmin olunmasında kəndlərdə fəaliyyət göstərən baytarlıq məntəqələrinin mühüm rolu vardır. Ordubad rayonunda epizootiya əleyhinə və bioloji təhlükəsizliyin qorunması məqsədilə bir sıra tədbirlər həyata keçirilir, dezinfeksiya işləri aparılır. Bunun nəticəsidir ki, 2012-ci ildə rayonun kəndlərində təhlükəli yoluxucu xəstəliklər baş verməmiş, keyfiyyətli ət və süd məhsullarının istehsalına təminat yaranmışdır.

 Yuxarı Əylis kəndində aparılan kompleks quruculuq işləri çərçivəsində yeni xidmət mərkəzi tikilmişdir

   Bu il Yuxarı Əylis kəndində tikilən yeni xidmət mərkəzi sakinlərin gündəlik müraciət etdikləri ünvanlardan birinə çevrilmişdir.
 Ali Məclisin Sədri xidmət mərkəzinin açılışını bildirən lenti kəsmişdir.
  Binaya baxış zamanı məlumat verilmişdir ki, mərkəzdə ərzaq və təsərrüfat mallarının satışı üçün 2 mağaza, ət satışı yeri, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərir. Buradakı ərzaq mağazasında, əsa­sən, yerli istehsal mallarının satışı təşkil olunmuşdur.
 Bildirilmişdir ki, Ordubad rayonu muxtar respublikanın yüksək iqtisadi potensiala malik olan rayonlarından biridir. Artıq rayon mərkəzində və kəndlərdə alıcılara daha çox yerli məhsullar təklif olunur. Yuxarı Əylis kənd xidmət mərkəzində də muxtar respublikada, eləcə də Ordubad rayonunda istehsal olunan keyfiyyətli məhsulların satışına üstünlük verilir.
  Mərkəzdə 6 nəfər işlə təmin olunmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sosial qayğıya ehtiyacı olan Yuxarı Əylis kənd sakini üçün fərdi ev tikilmişdir

   Bu il Yuxarı Əylis kəndində aparılan quruculuq işləri zamanı sosial qayğıya ehtiyacı olan kənd tam orta məktəbinin müəllimi Əli Həsənov üçün fərdi yaşayış evi tikilmişdir.
  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərdi yaşayış evinin orderini təqdim etmiş, yaşayış evində yaradılan şəraitlə tanış olmuş, mənzillə təmin olunan ailəyə xoş günlər və firavan həyat arzulamışdır.
 Əli Həsənov və ailə üzvləri yaradılan şəraitə, göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildirmişlər.
 Dörd otaqdan və mətbəxdən ibarət olan mənzildə lazımi kommunal şərait yaradılmış, mebel dəstləri və məişət avadanlıqları qoyulmuşdur. Fərdi evin həyəti çəpərlən­miş, ətraf abadlaşdırılmış, içməli su xətti çəkilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

*   *   *

  Yuxarı Əylisdə aparılan kompleks quruculuq-abadlıq işlərinin davamı kimi kənddə yeni məscid binası tikiləcəkdir.
   Dekabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tikinti aparılacaq əraziyə baxmış, məscid binasının müasir layihə əsasında tikilməsi barədə tapşırıq vermişdir.
  Kənd ağsaqqalları demişlər ki, kənddə aparılan kompleks quruculuq işləri ilə yanaşı, növbəti ildə yeni məscid binasının tikilməsi muxtar respublikada mənəvi dəyərlərin qorunub saxlanmasına göstərilən böyük diqqət və qayğının daha bir ifadəsidir. Qeyd olunmuşdur ki, hər bir kəndin inkişafı, əslində, ölkəmizin inkişafı deməkdir. Bu gün muxtar respublikanın ən ucqar yaşayış məntəqələri belə, müasir görkəm almışdır. Bu, uğurla həyata keçirilən Heydər Əliyev siyasi xəttinin, bu xəttə sədaqətin bəhrəsidir.

 

 

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

 

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3267878
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1620
4027
5647
52524
3267878

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter