15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında “Elektron hökumət” layihəsinin həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov və Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov “Elektron hökumət” layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Fazil Ələkbərov müzakirə olunan məsələlərlə əlaqədar məlumat vermişlər.

Rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” informasiya sisteminin layihəsini elektron lövhədə təqdim etmiş, layihə barədə ətraflı məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir ki, “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanı bu istiqamətdə görülən işlərin sürətləndirilməsinə, təşkilati, texniki və digər məsələlərin həllinə ciddi təkan vermişdir. Bu fərmanla mərkəzi icra hakimiyyəti orqanlarının qarşısında elektron xidmətlərin təşkili üçün konkret vəzifələr qoyulmuş, dövlət orqanlarının fəaliyyətində çevik idarəetmənin, şəffaflığın təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqini nəzərdə tutan internet saytlarının yaradılması tapşırılmışdır. Fərmanın icrası istiqamətində dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi üçün fiberoptik kommunikasiya şəbəkəsinin genişləndirilməsi davam etdirilmiş, ümumilikdə, muxtar respublikada fiberoptik telekommunikasiya xətlərinin uzunluğu 650 kilometrə çatmışdır. Dövlət orqanlarının elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadəsinin təşkili üçün “Elektron hökumət” portalının struktur layihəsi hazır­lanmış, 73 dövlət orqanının internet səhifəsi yaradılmış, onlara domen adları, elektron poçt ünvanları verilmiş və bu saytlar şəbəkədə yerləşdirilmişdir.
Ali Məclisin Sədri demişdir: “Qeyd olunanlar göstərir ki, “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Fərmanın icrası istiqamətində xeyli iş görülmüşdür. Lakin bunlarla kifayətlənmək olmaz. Muxtar respublikada “Elektron hökumət”ə keçidin tam başa çatdırılması, elektron imzaların verilməsi və elektron xidmətlər göstərilməsinin təşkili üçün aidiyyəti dövlət orqanları öz fəaliyyətlərini daha da gücləndirməlidirlər”.
Müşavirədə aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verən Ali Məclisin Sədri demişdir ki, Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Elektron hökumət” portalının yaradılmasının başa çatdırılması sahəsində görülən tədbirləri davam etdirməli, “Elektron hökumət” infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyi təmin olunmalıdır. “Elektron hökumət”in formalaşdırılması prosesi uzunmüddətli, mərhələli və çoxşaxəli olduğundan, həmçinin geniş ictimai maraq kəsb etdiyindən görülən işlər barədə mütəmadi olaraq kütləvi informasiya vasitələrində məlumat verilməli, “Elektron hökumət” portalında istifadəçilər üçün portala təhlükəsiz giriş mexanizmlərindən istifadə etmələri, portal vasitəsilə dövlət orqanları və onlar tərəfindən göstərilən elektron xidmətlər haqqında məlumatlar əldə etmələri üçün geniş imkanlar yaradılmalıdır. Həmçinin əhalinin informasiya-kommunikasiya texnologiyaları və informasiya cəmiyyəti barədə maarifləndirilməsi üzrə müxtəlif tədbirlərin keçirilməsi, kitabçaların, terminoloji lüğətlərin, öyrədici vəsaitlərin hazırlanması nəzarətdə saxlanılmalıdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi eyni zamanda dövlət idarəçiliyində müasir informasiya sistemlərinin geniş tətbiqinə nəzarəti gücləndirməli, bu məqsədlə zəruri metodik köməkliklər göstərməlidir. Dövlət qulluqçuları üçün informasiya texnologiyalarından istifadə səviyyələrinin artırılması ilə bağlı tədris kurslarının təşkili davam etdirilməli, mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətin təşkili üçün metodik dəstək göstərilməlidir.
Dövlət orqanlarının, eləcə də elektron imza xidmətindən istifadə məqsədilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsinin təşkili barədə tapşırıqlarını verən Ali Məclisin Sədri demişdir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bunun üçün lazım olan avadanlıqları 2013-cü ilin birinci yarısında alıb istifadəyə verməli, “Elektron hökumət”ə keçid növbəti ildə tam başa çatdırılmalıdır. Elektron xidmətlər vətəndaşlara dövlət orqanları ilə günün istənilən vaxtı maneəsiz və sərbəst əlaqə saxlanılmasına, məlumatların əldə edilməsi və əməliyyatların həyata keçirilməsinə imkan yaratdığından nazirlik bu xidmətlərin yeni növlərinin inzibati reqlamentlərinin hazırlanmasını, qeydiyyatdan keçirilməsini və fəaliyyət göstərməsini nəzarətdə saxlamalı, elektron xidmətlər reyestrini formalaşdırmalıdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Elektron xidmət növlərinin siyahısı”nda zərurət yarandığı halda dəyişik­liklər edilməsi barədə təkliflərini aidiyyəti üzrə təqdim etməli, elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə zəruri texniki təhlükəsizlik tədbirləri görməli, elektron xidmətlərin göstərilməsi üçün aid dövlət orqanları ilə qarşılıqlı əlaqələrin həyata keçirilməsini təmin etməlidir.
Verilən tapşırığa əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə “Elektron hökumət” portalına xidmətin həyata keçirilməsini təmin etmək məqsədilə zəruri ştat vahidlərinin ayrılması məsələsini araşdırıb təklifləri təqdim etməli, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə isə elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada və təhlükəsiz qaydada həyata keçirilməsi imkanını araşdıraraq müvafiq tədbirlər görməlidir.
Ali Məclisin Sədri mərkəzi icra hakimiyyəti orqanlarına tapşırmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanında nəzərdə tutulan tapşırıqların icrası istiqamətində fəaliyyətlərini artırsınlar. Qeyd olunmuşdur ki, mərkəzi icra hakimiyyəti orqanları elektron xidmətlərin göstərilməsi zamanı əldə etdikləri fərdi məlumatların və digər məlumatların qanunvericiliyə müvafiq qaydada mühafizəsini təmin etməli, informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahələrində ixtisaslı kadrların hazırlanması üçün tədbirlər görməlidirlər.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, “Elektron xidmət növlərinin siyahısı”nı yeni redaksiyada təsdiq etsin, Naxçıvan Muxtar Respublikasının Maliyyə, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri ilə birlikdə “Elektron hökumət”in həyata keçirilməsi ilə bağlı tələb olunan avadanlıq və proqram təminatının alınması üçün müvafiq tədbirlər görsün və verilən tapşırıqların icrası sahəsində görülən işləri təhlil edərək bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.
Ali Məclisin Sədri qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində müşavirə iştirakçılarına uğurlar arzulamışdır.

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3276411
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1853
4179
14180
61057
3276411

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter