Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 29 iyun tarixli Sərəncamı ilə Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi ­xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı da vardır.

Novruzov Səbuhi Məhərrəm oğlu – polis general-mayoru

“Vətən uğrunda” medalı ilə təltif edilmişdir.