25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Dekabrın 21-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki 58 nömrəli yaşayış binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açılış mərasimində çıxış edərək demişdir ki, sürətlə inkişaf edən Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, rifah halının yüksəldilməsinə xüsusi diqqət göstərilir. Bu qayğının tərkib hissəsi kimi hazırda Heydər Əliyev prospektində 1, Əcəmi məhəlləsində 5, “İstiqlal” küçəsində isə 1 binada əsaslı təmir işləri davam etdirilir. Bu sahədə görülən işlər çərçivəsində Naxçıvan şəhərindəki 45 binada istilik sistemləri tamamilə yenilənmiş, 21 binanın su xətti dəyişdirilmiş, mənzilləri istiliklə təmin etmək üçün 10 fərdi qazanxana tikilərək istifadəyə verilmişdir. Naxçıvan şəhərinin mərkəzindəki 58 nömrəli binanın əsaslı yenidən qurul­ması da bu sahədə görülən işlərin daha bir nümunəsidir.
Yeni binanın sakini Əmrah Əsgərov yaradılan şəraitə görə binada yaşayanlar adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yenidənqurma işlərindən sonra binada müasir mənzillərin istifadəyə verildiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: “Ölkəmizdə həyata keçirilən quruculuq tədbirlərinin əsasında ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sürətli sosial-iqtisadi inkişaf xətti, mövcud sabitlik və dövlət-cəmiyyət birliyi dayanır. Ulu öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində bütün sahələr inkişaf edir, Azərbaycanın ən qiymətli sərvəti olan insanlara hərtərəfli qayğı göstərilir, onların rifah halı yaxşılaşdırılır. 58 nömrəli yaşayış binasının əsaslı şəkildə yenidən qurulması da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır”.

Ali Məclisin Sədri demişdir: “1963-cü ildə istifadəyə verilən bina bugünkü tələblərə cavab vermirdi. Ona görə də bina əsaslı şəkildə yenidən qurulmuş, mənzillərin sahəsi genişləndirilmiş, binaya əlavə bir mərtəbə artırılmış, lazımi kommunal-məişət şəraiti yaradılmışdır. Yaradılan şərait bina sakinlərinin rahatlığının təmin olunmasına, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına imkan verir. Sakinlər göstərilən qayğıdan səmərəli istifadə etməli, tikilənləri, qurulanları qoruyub saxlamalıdırlar”.
Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təmin olunması diqqət mərkəzində saxlanılır, yeni fərdi evlər tikilir, ictimai yaşayış binaları təmir olunur. Mənzilləri qəzalı vəziyyətdə olan, aparılan abadlıq-quruculuq işləri zamanı evləri plana düşən Naxçıvan şəhər sakinləri də bu binada yeni mənzillərlə təmin olunmuşlar. Bu, insanlara göstərilən yüksək dövlət qayğısının, ölkəmizin sürətli sosial-iqtisadi inkişafının və dövlət-cəmiyyət birliyinin daha bir nümunəsidir.
Ali Məclisin Sədri yaşayış binasının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində istifadəyə verildiyini bildirmiş, əlamətdar bayramlar münasibətilə sakinləri təbrik etmişdir.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini sakinlərə təqdim etmiş, onlara yeni mənzillərdə firavan həyat arzulamış, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, binada hər cür kommunal-məişət şəraiti yaradılmış, elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənmiş, mərkəzləşmiş antena sistemi quraşdırılmışdır. Bununla yanaşı, binanın həyətində 17 tonluq su çəni qoyulmuş, bütün evlər daimi isti və soyuq su ilə təmin edilmişdir. Dəmir-beton konstruksiyalarla möhkəmləndirilən binanın fasadı milli memarlıq ənənələrinə uyğun olaraq üzlənmişdir.
Əvvəllər 4 mərtəbə və 34 mənzildən ibarət olan binaya əsaslı yenidənqurma işləri çərçivəsində mansardtipli 1 mərtəbə də əlavə olunmuş, mənzillərin sayı 43-ə çatdırılmışdır. Yenidənqurma işləri zamanı mənzillərin hər birinin sahəsi 30 kvadratmetr artırılmışdır. Hazır­da binanın sahəsi 3500 kvadratmetrdir.
Mənzillərdə müasir istilik sistemləri quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, uşaq-əyləncə meydançaları yaradılmışdır.

 

 

 

 

Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki 33 nömrəli yaşayış binası əsaslı təmir olunmuşdur

 

Naxçıvan şəhərində həyata keçirilən quruculuq-abadlıq işləri çərçivəsində bu il Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki 33 nömrəli yaşayış binası da əsaslı təmir olunmuşdur.
Binaya baxış zamanı Ali Məclisin Sədrinə məlumat verildi ki, 5 mərtəbəli yaşayış binası 50 mənzildən ibarətdir. Görülən işlər çərçivəsində binanın dam örtüyü və giriş qapıları dəyişdirilmiş, elektrik, qaz, rabitə və su xətləri, pəncərələr yenilənmiş, mərkəzləşdirilmiş antena və müasir işıqlandırma sistemləri quraşdırılmışdır. Bina milli memarlıq ənənələrinə uyğun olaraq üzlənmiş, həyətdə abadlıq işləri aparılmış, işıqlandırma sistemləri quraşdırılmışdır.

Bildirilmişdir ki, bu gün muxtar respublikada həyata keçirilən yenidənqurma və abadlıq işləri Naxçıvan şəhərinin timsalında daha aydın görünür. Son illər şəhərin küçə və meydanları, park və xiyabanları yenidən qurulmuş, yeni sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sakinlər tərəfindən böyük rəğbət hissi ilə qarşılanır.
Binanın sakinləri Naxçıvan şəhərinin günü-gündən çiçəklənməsinin böyük iftixar hissi doğurduğunu, aparılan quruculuq və abadlıq işlərindən, yaradılan yüksək şəraitdən hər bir şəhər sakininə pay düşdüyünü qeyd etmişlər. Onlar yaşayış binalarının ən müasir tələblər səviyyəsində təmir olunmasını dövlətimizin insanların məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğının nəticəsi kimi dəyərləndirmiş, bu diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Ali Məclisin Sədri Naxçıvan şəhərindəki ictimai yaşayış binalarında əsaslı təmir və yenidənqurma işlərinin davam etdirilməsini tapşırmışdır.

 

 

 

 

 

 

 

 

 

 


Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3065584
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4190
4327
8517
116915
3065584

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter