Sentyabrın 3-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub.

* * *

Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” ­Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları çıxış ediblər.
Sonra nümayəndə heyətlərinin rəhbərləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin Bəyannaməsini və Şuranın yeni baş katibinin seçilməsi ilə bağlı sənədləri ­imzalayıblar.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri sentyabrın 3-də başa çatıb.

AZƏRTAC