25 May 2020, Bazar ertəsi

Muxtar respublikada gənclər və idman siyasəti uğurla həyata keçirilir, idmanın kütləviliyinə nail olunur. Bu istiqamətdə işlər fevral ayında da davam etdirilmişdir. Belə ki,  “Naxçıvan Muxtar Respublikası-95” devizi altında yeniyetmələr arasında “İntellektual Oyunlar Olimpiadası”nın Naxçıvan şəhər birinciliyi, Naxçıvan şəhər 5 və 10 nömrəli uşaq bağçalarında məktəbəqədər hazırlıq qruplarında olan 5-6 yaşlı uşaqlar arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilmiş, Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində gənclərə vətənpərvərlik mövzusunda olan “Ayla” bədii filmi nümayiş etdirilmişdir.

Babək və Şahbuz Rayon Mədəniyyət saraylarında yeniyetmələr arasında “İntellektual Oyunlar Olimpiadası”nın rayon birincilikləri təşkil olunmuşdur. Eyni zamanda, Culfa Sərhəd Komendatlığının əsgərləri arasında “Vətəni tanı” intellektual oyunu,  “Gənclər Mərkəzi”ndə orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir. Bakı şəhərində yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyununun televiziya çəkilişlərində Naxçıvan Muxtar Respublikasının “Babək” komandasının iştirakı təmin edilmiş, “Naxçıvan” Universitetində “Mən də proqramçı olmaq istəyirəm” adı altında proqramlaşdırma təlimi olmuşdur. “Naxçıvan Muxtar Respublikası-95” devizi altında Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün  “Qış Məktəbi” təşkil olunmuşdur.

Fevral ayında idman sahəsində kütləviliyin təmin olunması üçün bir sıra birinciliklər keçirilmiş, idmançılarımız 14 Azərbaycan birinciliyində və 8 Beynəlxalq turnirdə iştiak edərək 22 medal qazanmışlar. Bəhs edilən dövrdə Sədərək rayon şahmat məktəbində müəllimlər, şahmatçılar və valideynlərlə görüş təşkil olunmuş, Naxçıvan Muxtar Respublikası Basketbol və Paralimpiya federasiyalarında 2018-ci ildə gördüyü işlər və 2019-cu ildə qarşıda duran vəzifələr mövsuzunda iclası keçirilmiş, məşqçi-müəllim və idmançıların muzeylərə gəzintiləri təşkil olunmuşdur.

 Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR