17 İyun 2019, Bazar ertəsi

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır.

İyunun 11-də Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak etmişlər.
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev tədbirə hazırlıqla bağlı raport vermişdir.
Açılışı bildirən lent kəsilmişdir. Məlumat verilmişdir ki, 44 mənzilli yaşayış binası 5 mərtəbədən və 3 girişdən ibarətdir. İki, üç və dördotaqlı mənzillərdə bütün kommunal-məişət şəraiti yaradılmış, fərdi istilik sistemi qurulmuşdur. Mənzillər mebel dəstləri və məişət əşyaları ilə tam təmin olunmuşdur. Binanın həyəti də abadlaşdırılmış, istirahət köşkü istifadəyə verilmişdir.
Bina ilə tanışlıqdan sonra zabit-gizir ailələri ilə görüş olmuşdur.
Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar çıxış edərək demişdir: Bu gün istifadəyə verilən yaşayış binasında hərbiçi ailələri və onların övladları yaşayacaqdır. Naxçıvanda olmaq və bu tədbirlərdə iştirak etmək qürurvericidir. Naxçıvan müasir və təmiz şəhərdir. Muxtar respublikanın inkişafı, qazanılan uğurlar, burada gördüklərim bizi sevindirməklə yanaşı, həm də güvən yaradır. Hulusi Akar yeni yaşayış binasının istifadəyə verilməsi münasibətilə hərbiçi ailələrini təbrik etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə zabit-gizir ailələrini təbrik edərək demişdir: Hər bir zabitin həyatında mənzilin çox böyük önəmi vardır. Çünki ailəsinin rahat yaşayışının təmin olunması zabitin xidmətinin uğurlu olmasında başlıca şərtdir. Dövlətimiz xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların əməyini daim yüksək qiymətləndirir. Xidmət zamanı onlar hərtərəfli qayğı ilə əhatə olunur, eyni zamanda 20 il qüsursuz xidmət edənlərə dövlət tərəfindən mənzillər verilir, digər güzəştlər tətbiq olunur. Bütün bunlar isə imkan verir ki, zabitlər öz xidmətlərini uğurla apararaq ordumuzun güclənməsinə töhfə versinlər.

Ali Məclisin Sədri demişdir: Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu gün Azərbaycan ordusu güclü ordular sırasındadır. Həmçinin ordumuz davamlı inkişaf mərhələsindədir. Bu da imkan verəcək ki, gələcəkdə Azərbaycan ordusu torpaqlarımızın müdafiəsini etibarlı təşkil etməklə yanaşı, həm də işğal olunmuş torpaqlarımızı azad etsin.
Ali Məclisin Sədri qarşıdan gələn 15 iyun Milli Qurtuluş Günü və 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçuları, eləcə də onların ailələrini təbrik etmiş, yeni xidməti mənzillə təmin olunanlara rahat və firavan həyat arzulamışdır.
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mənzillə təmin olunan ailələri təbrik edərək demişdir: Azərbaycan dövləti hər zaman ordunun yanındadır. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev daim zabitlərin sosial qayğıları ilə maraqlanır, onların problemləri vaxtlı-vaxtında həll edilir. Naxçıvanda hərbiçi ailələri üçün müasir xidməti yaşayış binasının istifadəyə verilməsi muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə muxtar respublikada ordu quruculuğu sahəsində mühüm işlər görülür. Bu gün Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığı yüksək səviyyədədir və aparıcı qoşun birliyi kimi Azərbaycan ordusunda layiqli yer tutub.
Mənzillə təmin olunmuş zabit Məhəmməd Hüseynov göstərilən diqqət və qayğıya görə minnətdarlıq edərək demişdir: “Muxtar respublikada xidmət müddətində hərbi qulluqçuların məişət şəraitinin daim diqqət mərkəzində olduğunun şahidi olmuşuq. Bu gün Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində yeni əsgər yataqxanalarının, tibb məntəqələrinin, təlim-tədris mərkəzlərinin, hərbi şəhərciklərdə yeni yaşayış binalarının tikilməsi və məişət avadanlıqları ilə təchiz olunması buna bariz nümunədir. Hərbi qulluqçular öz ailələrinin məişət şəraitindən, övladlarının təhsilindən, tibbi və sosial xidmətlərdən narahat deyillər. Bu da bütün hərbi qulluqçuların məsuliyyətini daha da artırır. Söz veririk ki, göstərilən diqqət və qayğını öz xidmətimizlə doğruldacağıq".
Hərbiçi ailəsinin üzvü Vüsalə Abdullayeva demişdir: Bu gün Naxçıvan Muxtar Respublikasının inkişafı göz önündədir. Hər gün müasirləşən və gözəlləşən bir diyarda yaşayırıq. Mən Qəbələ rayonunda doğulub boya-başa çatsam da, hərbiçi ailəsinin üzvü olduğum üçün bu gün Naxçıvanda yaşayıram. Naxçıvan Muxtar Respublikasında yeni qəsəbələr tikilir, yollar çəkilir, tarixi abidələr bərpa olunur. Hərbiçi ailələri Ali Məclis Sədrinin diqqət və qayğısını daim öz üzərində hiss edir. Hərbi qulluqçuların sosial-məişət problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülür. Vüsalə Abdullayeva hərbiçi ailələri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mənzillə təmin olunmuş hərbi qulluqçuları və onların ailə üzvləri ilə xatirə şəkli çəkdirmişlər.
15 iyun Milli Qurtuluş Günü və 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə mənzillə təmin olunan hərbiçi ailələrinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından xalça hədiyyə edilmişdir.

 

 

 

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4078357
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1254
5301
1254
41957
4078357

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter