06 Dekabr 2019, Cümə

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası ötən şənbə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumları profilaktik müayinələrdən keçirib.
Müəssisənin tibbi sanitar hissəsinin həkim və orta tibb işçilərinin də fəal iştirakı ilə həkim briqadası tərəfindən gün ərzində 62 nəfərdən ümumi, həmçinin hepatit B, C, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülüb. Sonra yüksəkixtisaslı həkimlər tərəfindən müayinələr aparılıb. 24 nəfər USM, 12 kardioloji xəstə EKQ müayinəsindən keçirilib. 24 nevroloji, 18 uroloji, 20 terapevtik xəstə tibbi müayinələrlə əhatə olunub.
Profilaktik tibbi müayinələr Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən davam etdirilərək 79 məhkum ftiziatr müayinələrindən keçirilib. Ağır xəstəlik halları müşahidə olunmayıb. Aşkarlanan xəstəliklərin müalicəsi müvafiq səhiyyə müəssisələrində həyata keçirilir.
Bununla yanaşı, yüksəkixtisaslı həkim briqadaları tərəfindən də tibbi müayinələr aparılır, əlaqədar təyinatlar məhkumların tibbi kitabçalarına qeyd olunur. Onların dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülür, həmçinin mövsümi xəstəliklər barədə səhiyyə maarifi işləri aparılır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR