22 Sentyabr 2019, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilib.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev ölkəmizdə insan hüquqlarının təmin olunması və müasir standartlara cavab verən məhkəmə-hüquq islahatlarının aparılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. O, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlardan söhbət açıb. Qasım Əliyev Naхçıvan Muхtar Rеspublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun birbaşa rəhbərliyi altında muхtar rеspublikamızda hüquq institutlarının təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin daha da artırılması istiqamətində genişmiqyaslı işlərin görülməsindən danışıb.
Muxtar respublika məhkəmələri tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu il də Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı ardıcıl işlər həyata keçirilib, eləcə də qаnunvеriciliyə еdilən əlаvələr və dəyişikliklər barədə müntəzəm olaraq muxtar respublikada yaşayan əhali аrаsındа hüquqi təbliğat və izahat işləri аpаrılıb.
Ali Məhkəmənin sədri çıxışında vətəndaş­ların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması, məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə görülən işlərdən danışıb. Bildirib ki, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla, bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə rəvac verib, o cümlədən elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirib. Dövlət başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamı “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinə geniş yol açıb.

Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının fəaliyyətində çevik idarəetmənin, şəffaflığın təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının dövlət hakimiyyəti orqanlarında geniş tətbiqi, müasir standartlara cavab verən normativ-hüquqi aktların tələblərini özündə əks etdirən internet saytlarının və elektron xidmətlərin yaradılması zəruriliyini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkilinə dair” 2011-ci il 15 iyul tarixli Fərman imzalayıb. Ali Məclis Sədrinin dəstəyi ilə muxtar respublikada fəaliyyət göstərən məhkəmələrdə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini təmin etmək üçün mövcud məhkəmələrin inzibati binalarında müvafiq infra­strukturun qurulması işinə 2015-ci ildən başlanılıb və hazırda bu sistem Naxçıvan Muxtar Respublikasında tətbiq olunmaqdadır.
Qasım Əliyev Ali Məclis Sədrinin 2019-cu il 3 aprel tarixli müvafiq Sərəncamının əhəmiyyətini qeyd edib. Ali Məhkəmədə “İdeyadan başlanğıca” devizi altında startapların həyata keçirilməsi və dəyərləndirilməsi məqsədilə ekspert qrupu yaradıldığını, bu istiqamətdə tələbələrlə çoxsaylı görüşlər keçirildiyini, onlarla fikir mübadiləsi aparıldığını bildirib.
Sonda çıxışlar olub.

*  *  *

Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi göstəricilərin 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artımında dövlət vergi orqanlarının da mühüm rolu olub. Bu fikirlər Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib.
İclasda çıxış edən Vergilər naziri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev bildirib ki, Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoza 108,7 faiz icra edilib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,8 faiz çoxdur. Ümumilikdə, muxtar respublika üzrə daxil olmuş vəsaitlərin 36,8 faizi dövlət, 63,2 faizi isə özəl sektorun payına düşür. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 20 min 300 manat və ya 20,6 faiz artıb ki, bu da sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin nəticəsidir. Belə ki, muxtar respublikanın rayonlarında kiçik və orta sahibkarlığın fəaliyyətinin güclənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olub.
Vurğulanıb ki, Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə hesabat dövrü ərzində 20 kommersiya hüquqi şəxs, 2327 fiziki şəxs ­sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 72,7 faizi muxtar respublikanın rayonlarının payına düşür.
Bildirilib ki, proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib. Vergi borclarının alınması sahəsində nəzarətin gücləndirilməsi və aparılmış maarifləndirmə və məlumatlandırma tədbirləri nəticəsində Vergilər Nazirliyi 2019-cu ilin birinci yarım ilini də vergi borcu olmadan başa vurub.
Diqqətə çatdırılıb ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə toplanan vəsait 144,8 faiz, Naxçıvan Muxtar Respublikasının İşsizlikdən Sığorta Fondunun büdcəsinə toplanan vəsait 139,5 faiz icra olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta haqları 4 milyon 277 min manat və ya 12,3 faiz, işsizlikdən sığortahaqqı isə 134 min manat və ya 14,1 faiz çox olub.
Qeyd edilib ki, hesabat dövründə verilmiş tapşırıqların icrası istiqamətində tələbələrin startap layihələrinin dəyərləndirilməsi məqsədilə Vergilər Nazirliyində ekspert qrupu yaradılaraq hamiliyə götürülmüş Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin İqtisad fakültələrinin tələbələri ilə görüş keçirilib.
Sonda çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasını nazir Bəhruz Bayramov açaraq bildirib ki, muxtar respublikada ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi davam etdirilir. 1 iyul 2019-cu il tarixə muxtar respublikanın 87 kəndində mövcud olan ailə təsərrüfatlarında 5 min 997 baş mal-qara, 35 min baş xırdabuynuzlu heyvan, 8 min 712 baş quş, 4 min 700 arı ailə­si, 3 min 61 hektar əkin sahəsi, 47 hektar meyvə bağı, 7,8 hektar üzüm bağı, müxtəlif təyinatlı 32 kənd təsərrüfatı maşın və mexanizmi vardır.
Qeyd olunub ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 309-u 2019-cu ilin yanvar-iyul aylarında olmaqla, cəmi 2684 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq muxtar respublikaya gətirilib. Onlardan 172-si lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 2-si isə nağd yolla satılıb. Ümumilikdə, muxtar respublika üzrə 3377 texnika və aqreqat mövcuddur ki, onlardan 354-ü “Naxçıvan Aqrolizinq” ASC-də, qalanları isə hüquqi və fiziki şəxslərdədir.
Görülmüş işlərin nəticəsidir ki, 2019-cu ilin 6 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 133 milyon 451 min manat olub. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz çoxdur.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov açaraq bildirib ki, muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin sonuncu mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Culfa rayonunu əhatə edən bu layihə üzrə artıq mövcud 21 Daewoo və Karel tipli avtomat telefon stansiyaları demontaj olunaraq yeni nəsil avtomat telefon stansiyaları ilə əvəzlənib, 5 stansiya tələbat olan açıq ərazilərdə montaj edilib. Ümumilikdə, bu layihə ilə Culfa rayonu ərazisində 28 yeni nəsil telefon stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin 5-ci mərhələnin icrası ilə bağlı Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə bağlanmış müqavilədə Naxçıvan-Qıvraq-İbadulla-Sədərək, Duzdağ-Şahbuz, Naxçıvan-Əbrəqunus və Culfa-Əbrəqunus istiqamətlərində alternativliyi təmin edən İP bazalı çox protokollu kommutasiya sisteminin qurulması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, həyata keçirilən səmərəli tədbirlər 4-cü nəsil Naxtel abunəçilərinin say artımına real zəmin yaradıb. Hazırda Naxtel istifadəçilərinin sayı 80 mini ötüb. Naxtelin maddi-texniki bazasının möhkəmləndirilməsi və təqdim edilən mobil xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 5 yeni baza stansiyası və ehtiyat məlumat hesablama sistemi alınıb. Hazırda baza stansiyaların və məlumat hesablama sisteminin quraşdırma-tənzimləmə işləri həyata keçirilir. Eyni zamanda Şərur rayonu­nun Şahbulaq kəndində Naxtel mobil xidmətləri istifadəyə verilib.
Vurğulanıb ki, ötən dövrdə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən pensiya ödənişlərinin avtomatlaşdırılması, bələdiyyə rüsumlarının və Yeni Azərbaycan Partiyasının üzvlük haqlarının yığılması üçün proqram təminatı hazırlanıb.
Nazir bildirib ki, hesabat dövründə ixtisaslı kadrların hazırlanması işi də diqqətdə saxlanılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində keçirilən iclası giriş sözü ilə komitənin sədri Vaqif Rəsulov açaraq bildirib ki, cari ilin ötən dövründə Dövlət Statistika Komitəsinin “Statistik Məlumatlar Sistemi” yaradılıb. 2018-ci ildən icrasına başlanılmış “Statistik Məlumatlar Sistemi” nin elektron bazası və proqram təminatının hazırlanması və tətbiqi istiqamətində mühüm işlər görü­lüb, iyun ayının 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə sistemin təqdimatı keçirilib.
Qeyd olunub ki, yeni sistemdə tətbiqi server avadanlıqları, serverlər üçün əməliyyat və təhlükəsizlik sistemləri, köməkçi avadanlıqlar və lisenziyalar, eləcə də statistika idarələri və internet şəbəkəsi üzərindən müvafiq lokal və virtual arabağlantılar qurulub. İqtisadi fəaliyyətin 18 istiqaməti üzrə 259 adda statistik hesabatın proqram təminatını əhatə edən yeni sistemin əsas üstünlüyü proqramların muxtar respublikanın statistika işçiləri tərəfindən idarə olunması və təsərrüfat subyektləri tərəfindən daxil edilmiş hesabatlar üzrə məlumatların elektron bazasının yaradılmasıdır.
Komitə tərəfindən muxtar respublikada sosial-iqtisadi inkişafla bağlı görülmüş işlər və nəticələr haqqında təhlili materialların hazırlanaraq kütləvi informasiya vasitələrində dərc etdirilməsi istiqamətində cari ilin ilk altı ayı ərzində, ümumilikdə, 47 adda təhlili, o cümlədən 7 tematik material hazırlanıb.
Vurğulanıb ki, ötən dövr ərzində şəhər və rayon statistika idarələri ilə birlikdə, ümumilikdə, 11 min 74 təsərrüfat subyektindən 32 min 142 sayda hesabat yığılıb. Bunların da 100 faizi onlayn rejimində təqdim olunub.
Vurğulanıb ki, iş planına uyğun olaraq ötən dövr ərzində statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olan 1954 hüquqi şəxsin göstəricilərinin aktuallaşdırılması nəzərdə tutulmuş vaxtda başa çatdırılıb, müvafiq göstəricilər dəqiqləşdirilib. Bu dövr ərzində hesabat intizamına cəlb olunmayan hüquqi şəxs qalmayıb.
Komitə aparatının müvafiq şöbələri tərəfindən 13 adda statistik bülleten və digər təhlili məruzələr hazırlanıb. Cari ilin birinci yarısında sosial-iqtisadi inkişafa dair aylıq məruzələr hazırlanaraq aidiyyəti orqanlara təqdim edilib. 2019-cu ilin ilk 6 ayı ərzində komitəyə, ümumilikdə, 321 müxtəlifməzmunlu sənəd daxil olub və icrası vaxtında təmin edilib.
Məruzələr ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

nəşr edilib 20/09/2019, 09:05
prezident-ilham-aeliyev-umumchin-khalg-numayaendaelaeri-y-gh-ndzagh-daimi-komitaesinin-saedrinin-bashch-l-g-etdiyi-numayaendae-heyaetini-gaebul-edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ümumçin Xalq ­Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib ki, səfər uğurlu olacaq, ikitərəfli əlaqələrimizin daha da inkişafına və dərinləşməsinə xidmət edəcək. Çox şadıq ki, ölkələrimiz arasındakı dostluq münasibətləri uğurla inkişaf edir, getdikcə yeni sahələri əhatə edir və gələcək üçün çox yaxşı perspektivlərə malikdir.Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu bildirib ki, məhz Sizin uzaqgörənliyiniz, eləcə də...
nəşr edilib 19/09/2019, 09:05
prezident-ilham-aeliyev-belarus-taehlukaesizlik-shuras-n-n-doevlaet-katibinin-bashdzh-l-zh-etdiyi-numayaendae-heyaetini-zhaebul-edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib ki, bizim siyasi qarşılıqlı fəaliyyətimizin səviyyəsi çox yüksəkdir. Demək olar ki, dövlət başçılarının, digər rəsmi şəxslərin müntəzəm səfərləri, ticari-iqtisadi sahədə yaxşı irəliləmələr, birgə layihələr, birgə istehsal, təhlükəsizlik sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq mövcuddur. Belə ki, münasibətlərimiz dərin məzmunla zəngindir və nəticəyə yönəlib. Bir də demək...
nəşr edilib 17/09/2019, 20:05
prezident-ilham-aeliyev-zhurdzustan-n-izhtisadiyyat-vae-davaml-inkishaf-nazirini-zhaebul-edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanı qəbul edib.  Natiya Turnava Gürcüstanın Baş Naziri Georgi Qaxarianın salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olundu. Söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi hesabına ticarət dövriyyəsinin genişləndirilməsi, tranzit yükdaşımalarının həcminin artırılması məqsədilə...
nəşr edilib 17/09/2019, 19:16
15-dzi-saerhaed-zastavas-udzhun-yeni-khidmaet-vae-yashay-sh-kompleksi-istifadaeyae-verilib Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi olaraq “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazası möhkəmləndirilmiş, hərtərəfli xidmət şəraiti yaradılmışdır. Müasir yaşayış və xidmət kompleksləri tikilərək istifadəyə verilmiş, sərhəd zastavaları yenidən qurulmuş, sərhədlərimizin etibarlı mühafizəsi təmin edilmişdir. Sentyabrın 17-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. “Naxçıvan” Əlahiddə...
nəşr edilib 17/09/2019, 09:02
prezident-ilham-aeliyev-bak-n-n-binaegaedi-rayonundak-300-noemraeli-maektaebin-yeni-taedris-kompleksinin-ach-l-sh-nda-ishtirak-edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 16-da Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında iştirak ediblər. Görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verilərək bildirilib ki, məktəbin yeni tədris kompleksində ən müasir şərait yaradılıb. Burada şagirdlər müxtəlif laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artıra, idman zalında idmanın müxtəlif növləri ilə məşğul ola biləcəklər.Bu təhsil ocağının binası 1932-ci ildə tikilib. O zaman məktəb 400 şagird yerlik olub. Hazırda isə burada yeni istifadəyə...
nəşr edilib 16/09/2019, 16:25
mukhtar-respublikada-bilik-zhunu-zheyd-olunubNaxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib  Sentyabrın 16-da muxtar respublikada Bilik Günü Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binasının istifadəyə verilməsi ilə qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın ali, orta ixtisas, ümumtəhsil məktəblərinin tələbə və şagirdlərini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü münasibətilə təbrik edərək demişdir: Təhsil hər bir ölkə üçün strateji sahədir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının,...
nəşr edilib 14/09/2019, 15:40
prezident-ilham-aeliyev-boeyuk-britaniyan-n-azaerbaydzanda-yeni-taeyin-olunmush-saefirinin-etimadnamaesini-zhaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini qəbul edib. Səfir Ceyms Layl Şarp fəxri qarovul dəstəsinin qarşısından keçdi. Ceyms Layl Şarp etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Prezident İlham Əliyev Azərbaycan-Böyük Britaniya tərəfdaşlıq əlaqələrinin zəngin tarixə malik olduğunu və uzun illər uğurla inkişaf etdiyini dedi, keçən ilin aprelində Böyük Britaniyaya səfərini və səfər zamanı aparılan...
nəşr edilib 14/09/2019, 15:35
prezident-ilham-aeliyev-latviyan-n-azaerbaydzanda-yeni-taeyin-olunmush-saefirinin-etimadnamaesini-zhaebul-edibPrezident İlham Əliyev Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançsın etimadnaməsini qəbul edib. Səfir Daynis Qarançs fəxri qarovul dəstəsinin qarşısından keçdi. Daynis Qarançs etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək özünün Latviyaya və Latviya prezidentlərinin ölkəmizə səfərlərinin...
nəşr edilib 14/09/2019, 09:06
prezident-ilham-aeliyev-surakhan-rayonunda-aessasl-shaekildae-yenidaen-zhurulan-208-noemraeli-maektaebdae-yarad-lan-shaeraitlae-tan-sh-olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına ətraflı məlumat verilərək bildirilib ki, Bakı şəhərinin və onun ­qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən 2019-cu ilin mayında məktəbin mövcud binası sökülərək yerində yenisi inşa olunub. 360 şagird yerlik yeni məktəb binası müasirliyi ilə seçilir. Burada müxtəlif fənn otaqları bütün zəruri inventarla təchiz olunub. * * * Sentyabrın 13-də Sənaye və İnnovasiyalar...
nəşr edilib 13/09/2019, 09:02
prezident-ilham-aeliyev-surakhan-rayonunda-aesasl-shaekildae-yenidaen-zhurulan-208-noemraeli-maektaebdae-yarad-lan-shaeraitlae-tan-sh-olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Suraxanı rayonundakı 101 nömrəli orta məktəbdə aparılan təmir-tikinti və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verilərək bildirilib ki, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bu ilin may ayında təhsil ocağının 1937-ci ildə istifadəyə verilən binası sökülərək yerində 360 yerlik 15 sinif otağından ibarət əlavə korpusunun tikintisinə başlanılıb. İnşaat işləri yüksək səviyyədə həyata keçirilib. Bundan sonra məktəbdə birnövbəli sistemdə 985 şagird təhsil...
nəşr edilib 12/09/2019, 14:27
2019-09-12-14-27-20 Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşmüşdür. Ali Məclisin Sədri qonağı salamlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı əlaqələrə diqqəti çəkmişdir. Birgə əməkdaşlığın nəticəsi kimi muxtar respublikada kəhrizlərin bərpası layihəsindən danışan Ali Məclisin Sədri 2011-ci ildə İsveçrə Konfederasiyasının o zamankı Prezidenti xanım Mişelin Kalmi-Reyin Naxçıvana səfərini xatırlatmışdır. İsveçrə şirkəti tərəfindən Naxçıvanda Günəş elektrik stansiyasının...
nəşr edilib 11/09/2019, 18:45
2019-09-11-15-25-01Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilmişdir Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi olan müasir Badamlı qəsəbəsində şəhər infrastrukturu yaradılmışdır. Aparılan quruculuq işləri qəsəbəni yeni inkişaf mərhələsinə çıxarmışdır. Qəsəbədə yerləşən yaşayış binalarının və avtomobil yolunun yenidən qurulması, xidmət mərkəzinin və zavodun inşası yeni iş yerlərinin açılmasına, sakinlərin məşğulluğunun və rahat yaşayışının təminatına hesablanmışdır. Sentyabrın 11-də Şahbuz rayonunun ­Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri...
nəşr edilib 11/09/2019, 18:38
badaml-mineral-suyu-muasir-zavod-kompleksindae-istehsal-olunadzagd-rSentyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Badamlı" Mineral Sular Zavodunun inşası ilə maraqlanmışdır. Bildirilmişdir ki, zavodda və ikimərtəbəli inzibati binada əsas tikinti işləri başa çatdırılıb. Zavodun ərazisinə asfalt örtük salınmış, Badamlı suyunun mənbəyi yenidən qurulmuşdur. Su özaxını ilə zavoda veriləcəkdir. Xammal anbarı, istehsal və hazır məhsul sahələrindən ibarət olacaq zavodda Fransanın "SİDEL" şirkətinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılır. 3 istehsal xətti olacaq zavodda qazlı və qazsız olmaqla müxtəlif ölçülü qablaşdırmada 15 növdə Badamlı suyu istehsal ediləcəkdir....
nəşr edilib 10/09/2019, 16:03
nakhch-vanda-ashura-maerasimi-kechirilibÜmummilli liderimiz Heydər Əliyev demişdir: “Bizim mənəvi, islami dəyərlərimiz nəsillərdən-nəsillərə keçib, yaşayıb, bu günlərə gəlib çatıb. Bunlar bu gün də xalqımızın, millətimizin ən böyük mənəvi sərvətidir”. Bu gün muxtar respublikada dini-mənəvi dəyərlərimiz qorunub yaşadılır, İslam elmi cəhətdən öyrənilir və təbliğ edilir. Sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Cümə məscidində keçirilən Aşura mərasimində iştirak etmişdir. Mərasimdə Qurani-Kərimdən ayələr oxunmuş, dualar edilmiş, ehsan verilmişdir. Dindar Ağalar Bayramov demişdir: Muxtar respublikamız inkişaf edir, abadlaşır,...
nəşr edilib 07/09/2019, 17:31
2019-02-sasa21-18-04-07Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq diqqətdə saxlanılır, müşavirə keçirilir, aid qurumlara müvafiq tapşırıqlar verilir. Yaradılan şəraitdən səmərəli istifadəyə və qurulanların qorunub saxlanılmasına diqqət artırılır. Müəssisə və təşkilatların qışa hazırlığı, müşahidə olunan problemlərin aradan qaldırılması mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin...
nəşr edilib 07/09/2019, 09:04
prezident-ilham-aeliyev-turkdilli-doevlaetlaerin-khususi-khidmaet-organlar-n-n-raehbaerlaerini-gaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib.Dövlətimizin başçısı Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. İclasın ikitərəfli və çoxtərəfli əməkdaşlığımızla bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyən Prezident İlham Əliyev ölkələrimiz arasında etimada əsaslanan çox sıx qardaşlıq münasibətlərinin mövcud olduğunu deyib. Dövlətimizin başçısı ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu...
nəşr edilib 06/09/2019, 09:08
      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev, Yaponiyanın Xarici İşlər nazirinin parlamentar müavini Kenji Yamada, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori dövlətimizin başçısına burada görülən işlər barədə məlumat veriblər.Qeyd edək ki, 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq...
nəşr edilib 05/09/2019, 19:07
nakhch-van-shaehaerindaeki-maesdzid-kompleksinin-inshas-davam-etdirilir Naxçıvanın qədim dövlətçilik tarixi, zəngin mədəniyyəti və müasir inkişaf səviyyəsi İslam dəyərlərinə münasibətdə də özünü göstərir. Bu gün muxtar respublikanın inkişafında milli və mənəvi dəyərlərimizə qayıdış xüsusi yer tutur. Yeni məscidlər tikilir, dini-tarixi abidələr və ziyarətgahlar bərpa edilir. Hazırda Naxçıvan şəhərində yeni məscid kompleksinin inşası da bu sahədə görülən işlərin tərkib hissəsidir. Sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məscid kompleksində aparılan inşaat işləri ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, 6400 kvadratmetr sahədə inşa olunan kompleksdə məscidlə yanaşı,...
nəşr edilib 04/09/2019, 09:06
prezident-ilham-aeliyev-rusiya-taehlukaesizlik-shuras-n-n-katibinin-bashch-l-g-etdiyi-numayaendae-heyaetini-gaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Prezident Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrimizin inkişafındakı rolu ­vurğulanıb, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə...
nəşr edilib 19/08/2019, 18:27
nakhdzh-vanda-yuksaek-bal-toplam-sh-taelaebaelaerlae-zhoerush-olubaezhaezhzhazheae Avqustun 19-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının uğurla başa çatması münasibətilə tələbə adını qazanan məzunları, onların valideynlərini və bütün təhsil ictimaiyyətini təbrik edərək demişdir: Hər bir xalqın inkişaf göstəricisi və dünya birliyində tutduğu mövqe onun təmsil etdiyi ölkənin təhsil səviyyəsi ilə ölçülür. Təhsili millətin gələcəyi sayan Azərbaycan təhsil...
nəşr edilib 16/08/2019, 22:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 16 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikası sərhəd-mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd-mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif edilmişlər. Təltif olunanlar arasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi qulluqçuları da vardır. Tağıyev Niyaməddin Məhərrəm oğlu – general-mayor 3-cü dərəcəli “Vətənə xidmətə...
nəşr edilib 12/08/2019, 18:17
naefakhdzh-van-mukhtar-respublikas-ali-maedzlisindae-zhaebulAvqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvana yeni təyin olunmuş Baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib. Ali Məclisin Sədri muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması və Qurban bayramı münasibətilə Seyid Əhməd Hüseynini təbrik etmiş, dost və qonşu ölkələr olan Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrin nümunə gücündə olduğunu bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında da əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri ikitərəfli...
nəşr edilib 09/08/2019, 16:57
nakhdzh-vanda-sosial-zhayzhh-ya-ehtiyadz-olanlara-faerdi-yashay-sh-evlaeri-maenzillaer-vae-avtomobillaer-taezhdim-olunubAvqustun 9-da - müqəddəs Qurban bayramı ərəfəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, hərbi xidmət vəzifəsinin icrası zamanı sağlamlığını itirmiş 2 şəxsə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə fərdi yaşayış evi və mənzillər təqdim olunmuş, eyni zamanda sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına, hərbi xidməti vəzifəsinin icrası zamanı sağlamlığını itirmiş şəxsə və Çernobıl qəzasında sağlamlığını itirmiş 1 nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobili verilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və...
nəşr edilib 09/08/2019, 16:53
nakhdzh-vanda-yeni-zhunaesh-elektrik-stansiyas-tikilaedzaekMuxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrində istifadə əsas yer tutur. Bu sahədə görülən işlərin davamı olaraq Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş elektrik stansiyası tikiləcəkdir. Avqustun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Günəş Elektrik Stansiyasının inşası ilə bağlı müqavilə imzalanmışdır. Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov, Dövlət Enenrgetika Xidmətinin rəisi Namiq Paşayev və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov aidiyyəti üzrə məlumat vermişlər. Qeyd olunmuşdur ki, ümumi gücü 3 meqavat olacaq Günəş elektrik stansiyası üçün...
nəşr edilib 08/08/2019, 17:40
kaenzhaerli-rayonunun-yurddzhu-kaendindae-zhapal-suvarma-shaebaekaesi-istifadaeyae-verilibMuxtar respublikada mütərəqqi suvarma şəbəkələrinin qurulması torpaq və su ehtiyatlarından səmərəli istifadəyə, eləcə də yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına səbəb olmuşdur. Son illər Babək, Culfa və Kəngərli rayonlarında 5 min hektara yaxın sahədə qapalı suvarma şəbəkəsi qurulmuşdur. Avqustun 8-də Kəngərli rayonunun Yurdçu kəndində yeni qapalı suvarma şəbəkəsinin açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, qapalı suvarma...
nəşr edilib 08/08/2019, 09:06
prezident-ilham-aeliyev-pirallah-rayon-idzra-hakimiyyaetinin-yeni-inzibati-binas-nda-yarad-lan-shaeraitlae-tan-sh-olubAvqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda olublar.Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər və rayonun perspektiv inkişafı ilə bağlı layihələr barədə məlumat verilib.Sonra dövlətimizin başçısı və birinci xanım Pirallahı Rayon İcra Hakimiyyəti üçün inşa edilən binada yaradılan şəraitlə tanış olublar.Həmin gün Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzinin, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışı olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva...
nəşr edilib 02/08/2019, 20:23
Beş min illik tarixə malik qədim mədəniyyət mərkəzi Naxçıvanın milli-mədəni və tarixi irsinin daşıyıcısı olan Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının 95 ili tamam olur. 1924-cü il oktyabrın 30-da Naxçıvan şəhərində qurulan ilk Tarix-Etnoqrafiya Muzeyinin maddi-mədəniyyət nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılmasında böyük əhəmiyyəti olmuşdur. Muzey fəaliyyətinin ilk illərində tarixi əhəmiyyətə malik eksponatların toplanması və mühafizəsi işini təşkil edərək muxtar respublikada muzeyşünaslığın əsasını qoymuşdur. Tarix-Etnoqrafiya Muzeyinin təşəkkülündə 1925-ci ildə Naxçıvanda yaradılan Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin...
nəşr edilib 02/08/2019, 20:06
prezident-ilham-aeliyev-oman-n-azaerbaydzanda-yeni-taeyin-olunmush-saefirinin-etimadnamaesini-zhaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 2-də Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasim Məhəmməd Salim Al Salhinin etimadnaməsini qəbul edib.Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu, siyasi əlaqələrin məmnunluq doğurduğunu bildirərək təmasların daha da fəallaşdırılmasının və əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev biznes dairələri arasında əlaqələrin qurulmasının önəmini vurğulayıb.Səfir Qasim Məhəmməd Salim Al Salhi ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin...
nəşr edilib 02/08/2019, 16:25
nakhdzh-van-beynaelkhalzh-hava-liman-udzhun-yeni-udzhush-enmae-zolazhh-tikilir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası artan yük və sərnişin tələbatının ödənilməsinə, eləcə də muxtar respublikada mülki aviasiya sahəsində işlərin uğurla həyata keçirilməsinə imkan verəcəkdir. Avqustun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağında görülən işlərlə maraqlanmışlar. Məlumat verilmişdir ki, uçuş-enmə zolağının uzunluğu 3300, eni isə 60 metrdir. Ümumi...
nəşr edilib 01/08/2019, 09:05
prezident-ilham-aeliyevin-yan-nda-sosial-igtisadi-sahae-ilae-baghl-mushavirae-kechirilibİyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.Prezident İlham Əliyev bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirib. Dövlətimizin başçısı bu ilin altı ayında iqtisadiyyatın, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının artdığını vurğulayıb.Qoyulan investisiyaların, aparılan islahatların, verilən subsidiyaların, kənd təsərrüfatına elmi yanaşmanın öz nəticəsini verdiyini qeyd edən...
nəşr edilib 30/07/2019, 09:19
prezident-ilham-aeliyev-fransan-n-igtisadiyyat-vae-maliyyae-nazirinin-bashch-l-g-etdiyi-numayaendae-heyaetini-gaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Prezident İlham Əliyev iqtisadi əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirərək bu baxımdan biznes əlaqələrinin və biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin önəmini qeyd edib. Dövlətimizin başçısı fransız şirkətlərinin Azərbaycandakı səmərəli fəaliyyətini qeyd edərək, onların sayının artmasından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev investisiya sahəsində də yaxşı əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Dövlətimizin başçısı Fransanın İqtisadiyyat və Maliyyə...
nəşr edilib 25/07/2019, 09:06
prezident-ilham-aeliyev-beynaelkhalg-astronavtika-federasiyas-n-n-prezidentini-gaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Beynəlxalq Astronavtika Federasiyasının prezidenti, Fransa Kosmik Agentliyinin rəhbəri Jan-İv Lö Qalı qəbul edib.Görüşdə Azərbaycanda kosmik sənayenin inkişafında əldə edilən uğurlar qeyd olunub, yüksək texnologiyaların, o cümlədən kosmik sənayenin ölkəmizdə prioritet sahələrdən biri olduğu bildirilib, Azərbaycanın artıq üçüncü süni peykinin orbitə buraxılması mühüm hadisə kimi dəyərləndirilib və ölkəmizin dünya kosmik ailəsinin üzvü olmasının əhəmiyyəti vurğulanıb.Söhbət zamanı Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye sahəsində uğurla...
nəşr edilib 24/07/2019, 09:12
yeni-azaerbaydzan-partiyas-shaerur-rayon-taeshkilat-shuras-n-n-idzlas-kechirilibİclasda cari ilin ilk altı ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə edib. Bildirib ki, ötən müddətdə təşkilatın şura və İdarə Heyətinin üzvləri ərazi ilk təşkilatlarında olub, partiya üzvləri və sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıblar. Vurğulanıb ki, partiyanın rayon təşkilatının xətti ilə əlamətdar və tarixi günlər, o cümlədən ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinin 50-ci, Naxçıvan Muxtar Respublikasının 95-ci, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının yaradılmasının 26-cı ildönümlərinə həsr...
nəşr edilib 24/07/2019, 09:06
prezident-ilham-aeliyev-chinin-azaerbaydzanda-yeni-taeyin-olunmush-saefirinin-etimadnamaesini-gaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin etimadnaməsini qəbul edib. * * * Dövlətimizin başçısı həmin gün Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini qəbul edib. * * * Prezident İlham Əliyev iyulun 23-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin ­etimadnaməsini qəbul edib. * * * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Malayziyanın ölkəmizdə...
nəşr edilib 23/07/2019, 09:08
khv-avropa-zhaendzlaer-yay-olimpiya-festival-n-n-taentaenaeli-ach-l-sh-maerasimi-kechirilibSon illərdə ardıcıl bir sıra mötəbər idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edən Bakı iyulun 21-də yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmizin paytaxtı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir.Festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər. * * * Azərbaycan...
nəşr edilib 20/07/2019, 09:13
prezident-ilham-aeliyev-saeudiyyae-aeraebistan-n-n-aedliyyae-nazirinin-bashdzh-l-zh-etdiyi-numayaendae-heyaetini-zhaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Prezident İlham Əliyev ölkələrimizin ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib və Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin Azərbaycana səfərinin bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Xalqlarımız arasında münasibətlərə toxunan Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn turistlərin sayının daim...
nəşr edilib 17/07/2019, 09:06
Muxtar respublikada iqtisadi və sosial sahələrdə həyata keçirilən mühüm tədbirlər əhalinin rifah halının yaxşılaşmasına müsbət təsir göstərməklə yanaşı, demoqrafik göstəricilərin də pozitivliyini təmin edib.  Əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu daha geniş məlumatların əldə edilməsi məqsədilə muxtar respublikada növbəti siyahıya­alma keçiriləcəkdir. Siyahıyaalma vahid prinsiplər və proqram əsasında bütün ərazidə, eyni zamanda adbaad, mərkəzləşdirilmiş qaydada sorğu yolu ilə aparılacaqdır. Siyahıyaalma hər bir ölkənin, dövlətin milli statistikasının əsasını təşkil edib demoqrafik və sosial vəziyyət barədə ən vacib məlumat...
nəşr edilib 13/07/2019, 18:09
umummilli-lider-heydaer-aeliyevin-azaerbaydzanda-raehbaerliyae-zhaelmaesinin-50-illiyi-zheyd-olunub İyulun 13-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: 14 iyul 2019-cu ildə Azərbaycan xalqının dünyaya bəxş etdiyi qüdrətli şəxsiyyət, böyük dövlət xadimi, xilaskar və qurucu lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi tamam olur. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır”, – deyən ümummilli lider Heydər Əliyevin ən böyük xoşbəxtliyi onun adının müstəqil Azərbaycan dövləti ilə birgə çəkilməsi, qüdrətli şəxsiyyət kimi...
nəşr edilib 11/07/2019, 09:05
prezident-ilham-aeliyev-medef-ae-uzv-olan-shirkaetlaerin-numayaendaelaerini-gaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Fransa Sahibkarlar ­Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib.Görüşdə enerji, nəqliyyat, kənd təsərrüfatı, bərpa olunan enerji, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. * * * Dövlətimizin başçısı iyulun 10-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Rusiya Müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıya gələn NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod...
nəşr edilib 10/07/2019, 19:00
nakhch-vanda-heydaer-aeliyev-siyasi-maektaebini-oeyraenirik-zhaendz-liderlaer-program-n-n-uzvlaeri-ilae-zhoerush-olmushdur İyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc ­Liderlər Proqramı çərçivəsində muxtar respublikaya səfər edən gənclərlə görüşmüşdür.  Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək demişdir ki, “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı ümummilli “Azərbaycanın milli sərvəti”liderin Azərbaycana rəhbərliyə gəlişinin 50 illiyi münasibətilə keçirilir. Proqram çərçivəsində iştirak edən 50 gənc internet vasitəsilə seçilmişdir. Proqram çərçivəsində keçirilən görüşləri diqqətə çatdıran Azad Rəhimov Ali Məclis Sədrinin...
nəşr edilib 10/07/2019, 09:05
azaerbaydzan-prezidenti-ilham-aeliyevin-vae-avropa-ittifag-shuras-n-n-prezidenti-donald-tuskun-zhoerushu-olubİyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə təkbətək görüşü olub. Daha sonra tərəflər geniş tərkibdə görüşüblər. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusku qarşılayıb. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub. * * * İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk mətbuata bəyanatlarla çıxış...
nəşr edilib 09/07/2019, 18:29
nakhch-van-mukhtar-respublikas-nda-taehlukaesizliyin-taemin-olunmas-ilae-baghl-mushavirae-kechirilibİyulun 9-da Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində “Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə” müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nurlan Pənahov çıxış edərək demişdir ki, xidmətin fəaliyyətinin təşkili və maddi-texniki bazasının gücləndirilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir. Sovetlər Birliyi dövründə muxtar respublikanın təhlükəsizlik orqanları çətin şəraitdə...
nəşr edilib 09/07/2019, 09:15
prezident-ilham-aeliyev-italiyan-n-turizm-meshaechilik-gida-vae-kaend-taesaerrufat-nazirinin-raehbaerlik-etdiyi-numayaendae-heyaetini-gaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İtaliyanın Turizm, ­Meşəçilik, Qida və Kənd Təsərrüfatı naziri Gian Marko Centinaionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Dövlətimizin başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirib. Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya keçənilki səfərini ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafının göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı əlaqələrimizin müxtəlif istiqamətləri üzrə konkret işlərin həyata...
nəşr edilib 06/07/2019, 09:03
bak-n-n-pirallah-rayonunda-maedzburi-koechkunlaer-uchun-yeni-yashay-sh-kompleksinin-ach-l-sh-maerasimi-olubİyulun 5-də Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.Mənzillərdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, təmirli mənzillərdən 37-si birotaqlı, 107-si ikiotaqlı, 126-sı üçotaqlı, 36-sı isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 24 min kvadratmetrdir. Yeni yaşayış kompleksində hazırda Pirallahı rayonundakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin...
nəşr edilib 05/07/2019, 18:26
kaenzhaerli-rayonunda-idzbari-tibbi-s-ghortan-n-taetbigi-ilae-baghl-mushavirae-kechirilmishdir İyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov aidiyyatı üzrə məlumat vermişlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir ki, Kəngərli rayonunda icbari tibbi sığortaya keçidlə bağlı bütün işlər başa çatdırılmışdır. Ona görə də bu il avqustun 1-dən etibarən Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmalı, həkim və tibb işçilərinin əməkhaqları artırılmalıdır. Əhali arasında maarifləndirmə işləri...
nəşr edilib 04/07/2019, 09:13
prezident-ilham-aeliyev-baker-huzhhes-a-zhe-dzompany-shirkaetinin-raehbaerini-gaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də “Baker Hughes, a GE company” şirkətinin sədri, prezidenti və baş icraçı direktoru Lorenzo Simonellini qəbul edib. Qəbula görə minnətdarlığını bildirən Lorenzo Simonelli Prezident İlham Əliyevlə görüşdən məmnun olduğunu vurğulayıb. O, Azərbaycanda böyük inkişaf proseslərinin şahidi olduğunu deyib və ölkəmizdə neft və qaz sənayesi, turizm, idman və digər sahələrdə əldə olunan nailiyyətlərin önəmini qeyd edib. Lorenzo Simonelli Azərbaycanda 1840-cı illərdə sənaye üsulu ilə ilk neft quyusunun qazıldığını vurğulayaraq təmsil etdiyi şirkətin Azərbaycanın neft və qaz sənayesinin inkişafına...
nəşr edilib 02/07/2019, 20:02
saedaeraek-zhoemruk-idaraesi-uchun-muasir-kompleks-gurulur Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük İdarəsi üçün yeni kompleks inşa olunur. İyulun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleksin inşası ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, 18 hektar ərazidə inşa olunan kompleks yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və sürətli keçidin təmin olunması üçün nəzərdə tutulan VİP və CİP zallarından ibarət olacaqdır. Kompleksdə əsas tikinti işləri başa çatdırılıb. Gömrük nəzarəti...
nəşr edilib 02/07/2019, 20:01
saedaeraek-rayonunda-su-monitoring-laboratoriyas-istifadaeyae-verilmishdir İyulun 2-də Sədərək rayonunun Heydərabad qəsəbəsində Su Monitorinq Laboratoriyası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Mais Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sahədə dövlət proqramları qəbul edilərək icra olunur. Son illər ətraf mühitin mühafizəsi sahəsində görülən işlər muxtar respublika ərazisində əlverişli ekoloji şəraitin qorunub...
nəşr edilib 02/07/2019, 20:00
doevlaet-gurumlar-uchun-muasir-ish-shaeraiti-yarad-l-b Yeni istifadəyə verilən binada Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Heydərabad bələdiyyəsi və Sədərək rayon Gigiyena və Epidemiologiya Mərkəzi üçün iş otaqları ayrılmış, xidmət mərkəzi fəaliyyətə başlamışdır. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət qurumları və xidmət mərkəzi üçün yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün 4 iş otağı ayrılmış, kitabxana və iclas zalı istifadəyə verilmişdir. Minə yaxın bədii ədəbiyyatla təmin olunmuş kitabxanada oxunması zəruri olan kitablardan ibarət...
nəşr edilib 02/07/2019, 19:57
sosial-himayaeyae-ehtiyadz-olanlara-maenzillaer-taegdim-olunub İyulun 2-də Sədərək rayonunda 1 şəhid ailəsinə, sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək demişdir ki, muxtar respublikada Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindədir. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 363 nəfərin bərpa mərkəzlərində...
nəşr edilib 02/07/2019, 19:51
ulu-oendaer-heydaer-aeliyev-siyasi-khaettinin-baehraesi-muasir-saedaeraekHeydərabad qəsəbəsində yeni yaşayış binası istifadəyə verilmişdir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sədərək rayonuna səfəri zamanı demişdir: “Biz güclü dövlət qururuq. Bu dövlətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun zəhməti, yorulmaz fəaliyyəti, müdrik siyasəti nəticəsində bu gün Azərbaycan böyük zirvələri fəth etməyə nail olub”. Sədərək rayonunun yaranması və inkişafı da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq sərhəd yaşayış məntəqəsinin inkişafını diqqətdə saxlamış, 1990-1993-cü illərdə isə Sədərək işğaldan qorunmuşdur. Milli...
nəşr edilib 01/07/2019, 19:03
nakhch-van-mukhtar-respublikas-ali-maedzlisinin-saedri-ukraynan-n-oelkaemizdaeki-saefiri-ilae-zhoerushubİyulun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə ­görüşmüşdür. Ali Məclisin Sədri səfiri muxtar respublikada görməkdən məmnunluğunu ifadə etmişdir. Vladislav Kanevski Naxçıvana səfərə mühüm əhəmiyyət verdiklərini bildirmiş, göstərilən diqqətə görə minnətdarlıq etmişdir. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdən danışan səfir Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafını bu baxımdan mühüm amil kimi dəyərləndirmiş, qarşıdakı dövrdə səylərini artıracağını bildirmişdir. Ali Məclisin Sədri blokada şəraitində yaşamasına...
nəşr edilib 28/06/2019, 16:03
beshindzi-chagh-r-sh-nakhch-van-mukhtar-respublikas-ali-maedzlisinin-onundzu-sessiyas-kechirilmishdir İyunun 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilmişdir. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir. 1. 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi Gündəlikdə duran birinci məsələ ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev demişdir ki, görülmüş tədbirlərin nəticəsində muxtar respublikada aqrar sahənin inkişafı təmin edilmiş, 2019-cu ildə 27 min 231 hektar sahədə yazlıq əkin keçirilmiş,...
nəşr edilib 28/06/2019, 09:12
prezident-ilham-aeliyev-dzaemshid-nakhch-vanski-ad-na-haerbi-liseydae-yenidaengurma-ishlaerindaen-sonra-yarad-lan-shaeraitlae-tan-sh-olubİyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.Dövlətimizin başçısına burada aparılmış yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilərək bildirilib ki, 11 hektar ərazini əhatə edən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tikinti, təmir və yenidənqurma işləri 2018-ci ilin fevral ayında başlanıb. Hərbi Liseyin ərazisində qərargah binası, kursant yataqxanası, tibb məntəqəsi, hamam-­camaşırxana-qazanxana kompleksi inşa edilib, eləcə də mövcud binalar...
nəşr edilib 27/06/2019, 18:36
statistik-maelumatlar-sisteminin-taegdimat-olubİyunun 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Statistik Məlumatlar Sisteminin təqdimatı olmuşdur.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Statistik Məlumatlar Sistemini işə salmışdır. Məlumat verilmişdir ki, Statistik Məlumatlar Sisteminin qurulması üçün yeni server alınmış, müasir proqram təminatı yaradılmışdır. Son 10 ilin statistik məlumatları serverə işlənilmişdir. Təhlükəsizlik paneli ilə təmin edilmiş sistem qurularkən lisenziyalı proqramlardan istifadə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Statistik Məlumatlar Sisteminin istifadəyə verilməsini...
nəşr edilib 26/06/2019, 09:09
prezident-ilham-aeliyev-ramil-usubovu-taehlukaesizlik-shuras-n-n-katibi-vaezifaesinae-taeyin-olunmas-munasibaetilae-gaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Ramil Usubovu ­Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib.Dövlətimizin başçısı Ramil Usubovun uzun illər Daxili İşlər naziri vəzifəsini uğurla icra etdiyini bildirib. Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev ölkə qarşısında duran vəzifələrin lazımi səviyyədə icrası üçün təhlükəsizlik tədbirlərinin daim gündəlikdə olmasının önəmini qeyd edib. Prezident İlham Əliyev Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifənin öhdəsindən ­layiqincə gələcəyinə əminliyini ifadə edib və ona...
nəşr edilib 25/06/2019, 16:30
nakhch-vanda-takh-l-bichini-mutaeshaekkil-apar-l-r  Naxçıvan Muxtar Respublikasında bu ilin məhsulu üçün 33 min 308 hektar sahədə taxıl əkilmişdir. İyunun 10-dan etibarən taxıl biçininə başlanılmışdır. Yaradılan şərait, texnika və kombayn təminatı biçin kompaniyasının itkisiz aparılmasına imkan verir. İyunun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlmiş, taxıl biçininin gedişi ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, toxumçuluq təsərrüfatı tərəfindən bu ilin məhsulu üçün 1037 hektar sahədə taxıl əkilmişdir. Əkin şırım üsulu ilə aparılmış, yerli...
nəşr edilib 21/06/2019, 16:14
nakhch-van-shaehaerindae-saat-meydan-turistik-istirahaet-maerkaezi-faealiyyaetae-bashlam-shd-r İyunun 21-də Naxçıvan şəhərində "Saat Meydanı" turistik istirahət mərkəzi istifadəyə verilmişdir.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək demişdir ki, son illər istifadəyə verilən yeni inzibati və yaşayış binaları, xidmət sahələri, salınan park və küçələr qədim Naxçıvan şəhərinin simasını tamamilə dəyişmişdir. Əhalinin yaşayışı, məşğulluğu və istirahətinin səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər görülmüş, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlamışdır. Bu il də Naxçıvan şəhərində quruculuq...
nəşr edilib 17/06/2019, 17:17
heydaer-aeliyev-ad-na-haerbi-lisey-kursantlar-n-n-burakh-l-sh-maerasimi-kechirilib İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 2019-cu il buraxılışı münasibəti ilə tədbir keçirilmişdir.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.   Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport vermişdir.  Ali Məclisin Sədri kursantları salamlamışdır.  Kursantlar orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himnini ifa etmişlər.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 19-cu buraxılışı münasibətilə liseyin kursant, zabit və müəllimlərini, valideynləri və...
nəşr edilib 14/06/2019, 20:11
nakhch-vanda-milli-gurtulush-zhunu-munasibaetilae-konsert-olmushdur Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Ölkəmizin və xalqımızın bugünkü xoş və firavan həyatı Milli Qurtuluşun bəhrələridir. İyunun 14-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Milli Qurtuluş Gününə və ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr edilmiş konserti olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov konsertə baxmışdır. Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin...
nəşr edilib 14/06/2019, 17:03
milli-gurtulush-zhununun-baehraelaeriNaxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadəyə verilmişdir İyunun 14-də - Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadəyə verilmiş, fakültənin yaranmasının 20 illiyi qeyd olunmuşdur.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksinin istifadəyə verilməsi və fakültənin yaranmasının 20 illiyi münasibətilə tədbir iştirakçılarını, universitetin bütün professor-müəllim heyətini və tələbələrini təbrik edərək demişdir: Səhiyyənin inkişafı hər bir xalqın gələcəyinə...
nəşr edilib 14/06/2019, 08:17
2019-06-14-08-17-16Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, münasibətlərimizin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı mühüm işlərin görüldüyünü və artıq yaxşı nəticələrin əldə edildiyini bildirib. Prezident İlham Əliyev müxtəlif sahələrdə, o cümlədən sənaye, kənd təəssüratı, turizm və digər...
nəşr edilib 13/06/2019, 08:06
prezident-ilham-aeliyev-aesasl-shaekildae-taemir-vae-baerpa-olunan-yanardagh-gorughunun-ach-l-sh-nda-ishtirak-edibİyunun 12-də əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışı olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. * * * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib * * * Dövlətimizin başçısı həmin gün Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib. * * * Prezident İlham...
nəşr edilib 12/06/2019, 17:45
nakhch-van-shaehaerindae-zhaendzlaer-yashay-sh-kompleksi-nin-taemaeli-goyulub Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasında gənclərə qayğı əsas məsələlər sırasındadır. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada sağlam gənc nəslin yetişdirilməsi ilə yanaşı, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. İyunun 12-də - Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərində yeni “Gənc­lər Yaşayış Kompleksi”nin təməlatması olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir", fikrini xatırladaraq demişdir: Bu gün ölkəmizdə ulu öndər Heydər Əliyev siyasi xəttinin...
nəşr edilib 12/06/2019, 08:06
prezident-ilham-aeliyev-ataet-parlament-assambleyas-n-n-prezidentini-gaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.Görüşdə Azərbaycanda iqtisadi inkişafın ­sabitliyə xidmət etdiyi vurğulanıb, Bakıda mühüm beynəlxalq təbirlərin keçirilməsinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə, region üçün önəm daşıdığı bildirilib.Söhbət zamanı Azərbaycan-ATƏT Parlament Assambleyası əlaqələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. AZƏRTAC
nəşr edilib 11/06/2019, 19:19
2019-06-11-19-19-03 Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri başlanmışdır. İyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov birgə döyüş atışlı taktiki təlimi izləmişlər. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə raport vermişdir. İdarəetmə məntəqəsində...
nəşr edilib 11/06/2019, 19:14
yeni-istirahaet-park-haerbichi-ailaelaerinin-rahatl-gh-na-khidmaet-edaedzaek İyunun 11-də Qıvraq qəsəbəsində hərbiçi ailələri və sakinlər üçün yeni istirahət parkı istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov parkda yaradılan şəraitlə tanış olmuşlar. Bildirilmişdir ki, 2 hektar sahəsi olan parkda sakinlərin və hərbçi ailələrinin istirahəti üçün lazımi şərait yaradılmışdır. Parkda yaşıllıq və gülkarlıq sahələri ayrılmış, gəzinti yolları çəkilmişdir. Həmçinin burada fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılmış, oturacaqlar qoyulmuş,...
nəşr edilib 11/06/2019, 18:56
zabit-zhizir-ailaelaeri-uchun-yeni-yashay-sh-binas-istifadaeyae-verilmishdirMuxtar respublikada ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. İyunun 11-də Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak etmişlər. Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev tədbirə...
nəşr edilib 11/06/2019, 08:07
prezident-ilham-aeliyev-beynaelkhalg-memarlar-ittifag-n-n-numayaendae-heyaetini-gaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonyerın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Dövlətimizin başçısı “Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumunun Bakıda keçirilməsindən məmnunluğunu ifadə edərək, bu tədbirin beynəlxalq əməkdaşlıq baxımından önəmini vurğulayıb. Bakının qədim tarixi ənənələrə malik olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bununla bərabər paytaxtımızın sürətlə inkişaf etdiyini və müasir infrastrukturun yaradıldığını qeyd edib. Dövlətimizin başçısı hazırda ölkəmizin xarici turistlər üçün cəlbedici məkana çevrildiyini,...
nəşr edilib 10/06/2019, 22:16
nakhch-van-mukhtar-respublikas-ali-maedzlisinin-saedri-turkiyaenin-milli-mudafiae-naziri-ilae-zhoerushubTürkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir. İyunun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə görüşmüşdür. Ali Məclisin Sədri Naxçıvana səfərlə bağlı qəbul etdiyi qərara görə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara hörmət və ehtiramını bildirmiş, bu tarixi səfəri muxtar respublikanın həyatında mühüm hadisə kimi dəyərləndirərək demişdir: Azərbaycan-Türkiyə əlaqələrinin əsası xalqımızın ümummilli lideri...
nəşr edilib 07/06/2019, 17:24
babaek-rayon-elektrik-shaebaekaesinin-inzibati-binas-vae-yar-mstansiyas-istifadaeyae-verilibMuxtar respublikanın davamlı inkişafını xarakterizə edən amillərdən biri də enerji təhlükəsizliyinin təmin olunması və müasir elektroenergetika infrastrukturunun yaradılmasıdır. Elektrik enerjisinin istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və itkisiz çatdırılması da əsas məsələlərdəndir. İyunun 7-də Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binası və yarımstansiyası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir. Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxış edərək demişdir ki, muxtar respublikada energetika sisteminin inkişafı sahəsində ardıcıl...
nəşr edilib 07/06/2019, 17:16
nakhch-vanda-muasir-aghadzyetishdirmae-sahaesi-iglim-otagh-faealiyyaetae-bashlam-shd-rİyunun 7-də Naxçıvan Yaşıllaşdırma Xidməti üçün yeni ağacyetişdirmə sahəsi - “İqlim otağı” istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. Naxçıvan Yaşıllaşdırma Xidmətinin direktoru Səyahət İmanov çıxış edərək demişdir ki, muxtar respublikada yaşıllıqların sahəsi ilbəil artırılır, yeni meyvə bağları salınır. Bu da tingçilik təsərrüfatlarının inkişafını zərurətə çevirmişdir. Xüsusilə müxtəlif meyvə və həmişəyaşıl tinglərə, gül və bəzək kollarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni...
nəşr edilib 04/06/2019, 09:06
prezident-ilham-aeliyev-dunya-bank-n-n-numayaendae-heyaetini-gaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Mersi Tembon qeyd edib ki, artıq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, özünüməşğulluq sahələrində Dünya Bankı ekspertləri ilə ölkəmizin müvafiq strukturları arasında layihələrin hazırlanmasına başlanılıb. Dövlətimizin başçısı əlaqələrimizin yeni səviyyəyə yüksəldiyini və qarşıdakı illərdə institusional islahatlar, iş yerlərinin yaradılması, biznes mühitinin daha da yaxşı­laşdırılması kimi istiqamətlərdə də uğurlu əməkdaş­lığın həyata keçiriləcəyinə ümidvar...
nəşr edilib 01/06/2019, 15:57
nakhdzh-vanda-taebiaetae-zhayzhh-zhoestaerilir01-0 Ekoloji təhlükəsizliyin təmin olunmasında yaşıllıqların artırılması və qorunub saxlanılması mühüm əhəmiyyət daşıyır. Torpaq, yurd sevgisinin, ətraf mühitə və təbii sərvətlərə qayğının daha bir ifadəsi olan bu tədbirlər hər il muxtar respublikada davam etdirilir. Bu ilin yaz əkin mövsümündə də muxtar respublika ərazisində 317 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, yeni meyvə bağları salınmışdır.    İyunun 1-də Naxçıvan Muxtar Respublikasında iməciliklər keçirilmiş, yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilmişdir.    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Naxçıvan Şəhər...
nəşr edilib 01/06/2019, 15:48
nakhch-vanda-chimaerlik-moevsumunae-haz-rl-g-zhoerulur İsti yay günlərində əhali istirahətə daha çox ehtiyac duyur. Ona görə də muxtar respublikada mövcud təbii imkanlardan səmərəli istifadə olunur, sakinlərin və turistlərin istirahətinin təşkili üçün müvafiq tədbirlər görülür. Yeni xidmət sahələri və istirahət guşələri istifadəyə verilir, çimərliklər yaradılır. İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Uzunoba su anbarındakı çimərlik zonasına gəlib, mövsümə hazırlıqla bağlı görülən işlərlə maraqlanıb. Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev məlumat verib ki, mövsümə hazırlıqla bağlı ərazidə təmizlik işləri...
nəşr edilib 01/06/2019, 10:28
polsha-respublikas-n-n-prezidenti-andzhey-duda-azaerbaydzan-respublikas-na-raesmi-saefaerae-zhaelibAzərbaycan Respublikasına rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Andjey Dudanın mayın 31-də rəsmi qarşılanma mərasimi olub. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü olub. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimi...
nəşr edilib 31/05/2019, 09:13
azaerbaydzan-prezidenti-ilham-aeliyev-final-oyununa-bakh-bMayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub.Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.Azərbaycanın paytaxtında çoxdandır maraqla gözlənilən futbol yarışı uğurla baş tutub.Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunub. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar əlavə vaxt təyin olunacağı təqdirdə dördüncü əvəzetmədən istifadə etmək hüququ qazanıblar. * * * Azərbaycan...
nəşr edilib 30/05/2019, 15:39
2019-05-30-15-39-28Mayın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb. Ali Məclisin Sədri qonağı salamlamış, ölkəmizdəki diplomatik fəaliyyətində səfirə uğurlar arzulamışdır. Ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri bunun tərkib hissəsi kimi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Hindistan arasında tütünçülük, əczaçılıq və iqtisadi-ticarət sahəsində əlaqələrin olduğunu diqqətə çatdırmışdır. Ali Məclisin Sədri təhsil sahəsində, xüsusilə ali təhsil müəssisələri arasında əlaqələrin inkişafı...
nəşr edilib 30/05/2019, 09:08
prezident-ilham-aeliyev-khkhvi-beynaelkhalg-khaezaer-neft-vae-gaz-2019-saerzhi-vae-konfrans-n-n-ach-l-sh-nda-ishtirak-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak edib.Dövlətimizin başçısı açılış mərasimində nitq söyləyib.Sonra Prezident İlham Əliyev sərgi ilə tanış olub.Dövlətimizin başçısı sərgi və konfransın xatirə kitabını imzalayıb. * * * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdonun rəhbərlik etdiyi...
nəşr edilib 28/05/2019, 08:06
2019-05-28-08-06-44Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxt Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib. * * * Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər. Rəsmi qəbul Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Dövlətimizin başçısı rəsmi qəbulda nitq...
nəşr edilib 24/05/2019, 09:05
prezident-ilham-aeliyev-chinin-kharidzi-ishlaer-nazirinin-bashch-l-g-etdiyi-numayaendae-heyaetini-gaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Çin Xalq Respublikasının Xarici İşlər naziri Van Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Söhbət zamanı “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan və Çin arasında əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb, nəqliyyat, enerji, sənaye, turizm və informasiya-kommunikasiya texnologiyaları sahələrində əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparılıb. * * * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Almaniya Bundestaqının Sosial Demokratlar Partiyası fraksiyasının deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes...
nəşr edilib 23/05/2019, 19:05
duzdagh-fizoterapiya-maerkaezinin-40-illik-yubileyi-munasibaetilae-taeltiflaerin-taegdimat-olub Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il mayın 16-da “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamış, Tədbirlər Planı təsdiq edilmişdir. Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflər təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Naxçıvan Muxtar Respublikasının həyatında “Duzdağ” Fizioterapiya Mərkəzinin xüsusi rolu vardır. Ötən 40 ildə mərkəz uğurla fəaliyyət göstərmiş, kollektiv formalaşmışdır. Sovetlər Birliyi dövründə şəraitin...
nəşr edilib 23/05/2019, 08:02
prezident-ilham-aeliyev-taezaepir-maesdzidinin-garsh-s-ndak-yeni-bagh-n-vae-fuzuli-kuchaesi-boyundza-sal-nan-maerkaezi-park-n-ach-l-sh-nda-ishtirak-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 22-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak ediblər.Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib.Prezident İlham Əliyevin birbaşa göstərişlərinə uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən keçmiş “Sovetski” adlanan ərazidə abadlıq və yenidənqurma işlərinə 2013-cü ilin noyabr ayında start verilib və işlər mərhələlərlə icra olunmaqdadır.Dövlətimizin başçısı və birinci xanım buradan paytaxtın...
nəşr edilib 22/05/2019, 10:28
ali-001 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Orucluq mərasimləri hər il cəmiyyətimizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir”. Muxtar respublikada da Ramazan ayı, orucluq mərasimləri mənəvi dəyərlərimizə uyğun keçirilir. Bu müqəddəs ayın zənginlikləri yaşadılır, insanlar saf dini ideyalar ətrafında həmrəy olurlar. Mayın 21-də Naxçıvan şəhərində iftar süfrəsi açılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iftar mərasimində çıxış edərək demişdir: Xalqımız həmişə milli-mənəvi dəyərlərinə sadiqliyi ilə seçilmişdir. İslam sivilizasiyasının tarixi-­mədəni mərkəzlərindən biri...
nəşr edilib 22/05/2019, 09:06
prezident-ilham-aeliyev-sabunchu-daemir-yolu-vaghzal-kompleksinin-ach-l-sh-nda-ishtirak-edibMayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.Dövlətimizin başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət edib.Sonra Prezident İlham Əliyev yaxınlıqdakı mağazaya gəlib, alıcılar və satıcılar ilə söhbət edib.Dövlətimizin başçısı Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsib.Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalında yaradılan şəraitlə tanış olub.Sonra dövlətimizin başçısı Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış...
nəşr edilib 21/05/2019, 16:04
nakhch-van-mukhtar-respublikas-ali-maedzlisindae-taeltif-vae-mukafatlar-n-taegdimat-olub Mayın 21-də Azərbaycan Respublikası medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adının və Azərbaycan Respublikası Prezidentinin mükafatının təqdimat mərasimi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları təbrik edərək demişdir: Bu gün Azərbaycanda möhkəm dövlətçilik vardır. Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələri ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bunun da nəticəsində ölkəmizdə sabitlik, inkişaf və tərəqqi vardır. Ölkəmizdə müxtəlif sahələrdə çalışan vətənpərvər insanlar isə öz əməkləri ilə dövlətçiliyimizin möhkəmlənməsinə töhfə...
nəşr edilib 18/05/2019, 09:08
001-01f0a0faMayın 17-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.Dövlətimizin başçısı görüşdə çıxış edib.Prezident İlham Əliyev deyib ki, müsəlman ölkələri ilə bizim çox sıx əməkdaşlığımız var. Siyasi sahədə fəal dialoq aparılır. ƏIbəttə, çox istərdik ki, iqtisadi sahədə daha da fəal əməkdaşlıq olsun. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, digər sahələrdə birgə fəaliyyətimiz xalqlarımız üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Sonda xatirə şəkli çəkdirilib. * * * Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti...
nəşr edilib 17/05/2019, 09:01
prezident-ilham-aeliyev-chekhiya-parlamenti-deputatlar-palatas-saedrinin-bashch-l-g-etdiyi-numayaendae-heyaetini-gaebul-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib. ­Prezident İlham Əliyev iqtisadi əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu bildirərək Çex Respublikası Hökuməti üzvlərinin də Azərbaycana uğurlu səfər etdiklərini deyib və iqtisadi, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib.Çexiya...
nəşr edilib 16/05/2019, 09:08
prezident-ilham-aeliyev-khkhv-azaerbaydzan-beynaelkhalg-gida-saenayesi-vae-khiii-azaerbaydzan-beynaelkhalg-kaend-taesaerrufat-saerzhilaeri-ilae-tan-sh-olubMayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri ilə tanış olub.Dövlətimizin başçısına sərgilərlə bağlı məlumat verilib. Prezident İlham Əliyevə Aqrar Məşğulluğun Artırılması Layihəsi barədə məlumat verilib.Dövlətimizin başçısı sərgidə “Azersun”, “Grow Group Azərbaycan”, CASE, “Grimme”, “Agro Dairy”, CLAAS, “John Deer”, “Rostselmaş”, “Cahan Tobacco”, “Lindsay”, “Geoflow”, METAK, GİLAN, İMAGRO, “Agronaft”, “Prior Leasing” şirkətlərinin, Gəncə avtomobil zavodunun, Kiçik və...
nəşr edilib 15/05/2019, 09:06
prezident-ilham-aeliyev-azaerbaydzan-n-belchikadak-saefirliyinin-yeni-binas-n-n-ach-l-sh-nda-ishtirak-edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Brüsseldə ölkəmizin Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışında iştirak edib.Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov və binanın dizayneri, Belçikanın tanınmış memarı Filip Vanhereveqe dövlətimizin başçısına görülən işlər barədə məlumat veriblər.Brüsselin Tervuren prospektində yerləşən bina 2014-cü ildə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən alınıb, daxili əsaslı təmir edilib, fasadı isə yenilənib. Bina Avropa təsisatlarına çox yaxın məsafədə, Parmentier parkının yaxınlığında, çoxsaylı diplomatik missiyaların yerləşdiyi...
nəşr edilib 14/05/2019, 19:31
ordubad-rayon-idzra-hakimiyyaetinin-inzibati-binas-istifadaeyae-verilmishdir Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı Ordubad rayonunu yeni inkişaf mərhələsinə çıxarıb. Qədim Ordubad şəhəri bu gün həm də müasirliyi ilə diqqəti cəlb edir. Rayon mərkəzində və kəndlərdə aparılan geniş quruculuq işləri ulu öndər Heydər Əliyev ideyalarının bəhrələridir. Yaşayış səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılması Ordubadda məskunlaşmanın və əhali sayının artmasına səbəb olmuşdur. Bu il də rayonda geniş quruculuq işləri aparılır, yeni inzibati binalar və sosial obyektlər tikilərək istifadəyə verilir. Mayın 14-də Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar...
nəşr edilib 14/05/2019, 19:23
doevlaet-gurumlar-yeni-binada-faealiyyaet-zhoestaeraedzaek Mayın 14-də Ordubad şəhərində dövlət qurumları üçün yeni bina istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. Məlumat verilmişdir ki, bina 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Ordubad rayon şöbəsi, Ordubad Rayon Qeydiyyat Şöbəsi, ikinci mərtəbədə Ordubad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik və Ordubad bələdiyyəsi yerləşir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Ordubad rayon şöbəsi üçün kompüterlə təmin edilmiş müasir...
nəşr edilib 14/05/2019, 19:10
dzulfa-ordubad-avtomobil-yolunun-tikintisi-davam-etdirilirBu gün muxtar respublikada yol təsərrüfatının inkişafına diqqət artırılır. Qurulan müasir yollar iqtisadiyyatın şaxələndirilməsinə, yaşayış məntəqələrinin və turizmin inkişafına töhfə verir. Ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq hazırda Culfa-Ordubad magistral avtomobil yolu da yenidən qurulur. Mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avtomobil yolunda görülən işlərlə maraqlanmışdır. Məlumat verilmişdir ki, yolun 18 kilometrlik hissəsində tikinti işləri yekunlaşmış, bir körpü inşa olunmuş, asfalt örtük salınmışdır. Hazırda Gilançay üzərindəki körpünün yenidən qurulması davam etdirilir. Tikinti...
nəşr edilib 14/05/2019, 09:00
azaerbaydzan-respublikas-n-n-prezidenti-ilham-aeliyev-belchika-krall-gh-na-ishzhuzar-saefaerae-zhedibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəlib.Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşü olub.Görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan­-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.Prezident İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının...
nəşr edilib 11/05/2019, 00:35
001-01-azerMayın 10-da – xalqımızın xilaskar oğlu, ümummilli ­liderimiz Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ümummilli liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla anıb. * * * Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə...
nəşr edilib 10/05/2019, 11:43
nakhch-vanda-umummilli-lider-heydaer-aeliyevin-anadan-olmas-n-n-96-dz-ildoenumu-geyd-olunub Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir. Nazirlik, komitə və baş idarələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri də abidə önünə tər güllər düzmüşlər. Ulu öndər Heydər Əliyevin ömür yolu doğma Vətəninin inkişafına və xalqının rifahına həsr olunmuşdur. Ən çətin vaxtlarda xalqının yanında olan, xilaskarlıq missiyasını uğurla yerinə...
nəşr edilib 09/05/2019, 20:17
00-001-001İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. * * * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ­tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər. * * * Mayın 9-da Üzeyir Hacıbəyli adına Bakı...
nəşr edilib 09/05/2019, 15:15
muharibae-veteranlar-na-avtomobillaer-taegdim-olunub Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə müharibə veteranlarına, sosial qayğıya ehtiyac olan vətəndaşlara qayğı ilə yanaşmışdır. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi xətt hazırda ölkəmizdə uğurla davam etdirilir. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında müharibə veteranlarına diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilmişdir. Mayın 9-da - faşizm üzərində Qələbənin 74-cü ildönümündə Naxçıvan şəhərində 2 nəfər 1941-1945-ci illər müharibəsi içtirakçısına, 2 Azərbaycan Vətən Müharibəsi veteranına və 3 hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş...
nəşr edilib 09/05/2019, 15:12
nakhch-vanda-fashizm-uzaerindae-gaelaebaenin-74-dzu-ildoenumu-geyd-olunub Mayın 9-da Naxçıvan şəhərindəki Xatirə kompleksində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İkinci Dünya müharibəsi veteranları ilə görüşmüş, onları faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə təbrik etmişdir. Sonra Ali Məclisin Sədri abidənin önünə gül dəstəsi qoymuş, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsini ehtiramla yad etmişdir. Mərasim iştirakçıları və ictimaiyyətin nümayəndələri də abidə önünə gül dəstələri düzmüşlər. Naxçıvan Hərbi Qarnizonunun nümunəvi Hərbi Orkestrinin ifasında marşlar səslənmişdir. Faşizm...
nəşr edilib 08/05/2019, 18:02
nakhch-van-diagnostika-mualidzae-maerkaezinae-muasir-anzhiografiya-aparat-verilmishdirMayın 8-də Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yeni alınmış angioqrafiya aparatının təqdimatı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Göstərilən qayğının nəticəsidir ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Siğortanın tətbiqi ilə əlaqədar Sədərək, Şərur və Kəngərli rayon Mərkəzi...

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR