12 Noyabr 2019, Çərşənbə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Bilirəm ki, yenicə gəlmisiniz.

Yahya bin Məhfuz Əl-Munziri: Bəli.

Prezident İlham Əliyev: Ümidvaram ki, ölkəmizə səfəriniz çox maraqlı və məhsuldar olacaq.

Yahya bin Məhfuz Əl-Munziri: İcazə verin, fürsətdən istifadə edərək Zati-aliləri Qabusun salamlarını şəxsən Sizə və Azərbaycan xalqına çatdırım.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mənim də salamlarımı və ən xoş arzularımı Zati-alilərinə və xalqına çatdırın. Əminəm ki, Bakıya səfəriniz ərzində şəhərimizlə tanış olacaqsınız, Azərbaycanın inkişafını görəcəksiniz və həmçinin Zirvə Görüşündə iştirak edəcəksiniz. Omanın Zirvə Görüşündə çox yüksək səviyyədə təmsil olunduğuna görə ölkənizə çox minnətdarıq. Bu, sizin bu qurumda üzvlüyə verdiyiniz əhəmiyyəti göstərir, eyni zamanda, biz bunu bizə olan dostluğun göstəricisi hesab edirik. Çünki ev sahibliyi edən ölkə olaraq biz bu mühüm beynəlxalq tədbiri təşkil etmişik və üç il ərzində bu quruma sədrlik edəcəyik. Sözsüz ki, biz Qoşulmama Hərəkatı çərçivəsində, eləcə də ikitərəfli formatda birlikdə işləyəcəyik.

Sizin səfəriniz həm də ikitərəfli əməkdaşlığımızın bəzi məsələlərini müzakirə etmək üçün yaxşı imkandır. Siyasi əlaqələrin səviyyəsi, siyasi dialoq və beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə nümayiş etdirdiyimiz həmrəylik bizi çox qane edir. Biz, həmçinin iqtisadi əlaqələrimizi genişləndirmək istəyirik, bugünkü əlaqələr orta səviyyədədir. Lakin düşünürəm ki, birgə səylərlə biz yaxşı irəliləyişə nail ola bilərik, çünki bizim bir-birimizə təklif edəcəyimiz çox şey var. Bununla biz ticari əlaqələrimizi genişləndirə bilərik. Biz bir çox əməkdaşlıq sahələrini tapa bilərik və mən çox şadam ki, indi Sizin ölkənin vətəndaşları Azərbaycana daha müntəzəm səfər edirlər.

Yahya bin Məhfuz Əl-Munziri: Bura onlar və ailələri üçün səfər etmək baxımından yaxşı yerdir.

Prezident İlham Əliyev: Bəli, tamamilə doğrudur. Həmçinin sərbəst viza rejimi onlara istədikləri vaxt ölkəmizə gəlmək imkanı verir. Mən sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzu edirəm.

Yahya bin Məhfuz Əl-Munziri: Zati-aliləri, mən keçən il burada olmuşdum. Həmçinin parlamentinizin 100 illik ildönümünü qeyd etmək üçün tədbirlərə qatılmaq məqsədilə gəldiyim zaman Sizinlə görüşmək mənim üçün şərəf idi. Biz Azərbaycanda, Bakıda çox gözəl vaxt keçirdik. Bu səfər çərçivəsində biz Sizin rəhbərliyinizlə üç il müddətində Qoşulmama Hərəkatının uğur qazanması üçün bütün səyləri artıracağıq. Omanda infrastrukturumuza sərmayə yatırmaq üçün çox böyük imkanlar var, xüsusilə mən Dokon və digər layihələri nəzərdə tuturam. Ümid edirik ki, bu sahədə ölkələrimiz arasında müəyyən ikitərəfli razılaşmalar olacaq.

Zati-aliləri, Sizinlə görüşmək üçün mənə vaxt ayırdığınıza görə çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

AZƏRTAC

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR