14 Dekabr 2019, Şənbə

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.
Ali Məclisin Sədri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik etmiş və Naxçıvana səfərinin əhəmiyyətini vurğulamışdır. Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Litva arasında kənd təsərrüfatı, təhsil və turizm sahələrində əməkdaşlıq üçün potensialın olduğunu bildirmişdir.

Səfir Eqidius Navikas Azərbaycanda diplomatik fəaliyyətə başlaması və Naxçıvana səfərindən məmnunluğunu ifadə etmiş, Litva və Azərbaycan arasındakı mövcud əlaqələrdən danışmışdır. Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini bildirən diplomat bu sahədə səylərin artırılacağını qeyd etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR