08 Dekabr 2019, Bazar

 

Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.

Ali Məclisin Sədri qonağı salamlamış, onu Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir. Muxtar respublikanın ərazisi, əhalisi və inkişafı barədə məlumat verən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasındakı əlaqələrə diqqəti çəkmişdir. Ali Məclisin Sədri Naxçıvanda avtomobil istehsalı və yeni texnologiyaların tətbiqi sahəsində Çin şirkətləri ilə əməkdaşlığın olduğunu bildirmiş, Çin Höküməti tərəfindən muxtar respublikada kənd təsərrüfatının inkişafına göstərilən dəstəyə görə təşəkkür etmişdir.
Xanım Qo Min səmimi qəbula görə minnətdarlıq etmiş, Azərbaycan xalqının ümummilli lideri Heyər Əliyevin vətəni Naxçıvanda olmaqdan məmnunluğunu bildirmişdir. Ölkəsinin qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvanla əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdıran səfir mövcud əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR