08 Mart 2021, Bazar ertəsi

2019-cu ildə muxtar respublikada bütün sahələrdə inkişafa nail olunmuş, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər davam etdirilmiş, makroiqtisadi göstəricilər artmış, yaşayış məntəqələrində geniş quruculuq işləri aparılmışdır. Yola saldığımız ildə Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi qeyd olunmuş, əməkhaqlarının artırılması, yeni iş yerlərinin açılması əhalinin rifahını və məşğulluğunu təmin etmiş, sabitlik daha da möhkəmlənmişdir. Naxçıvan Muxtar Respublikası 2020-ci ili böyük böyük uğur və nailiyyətlərlə qarşılayır.

Dekabrın 31-də Naxçıvan şəhərində həmrəylik bayramı və yeni ilin gəlişi minlərlə sakinin və turistin iştirakı ilə qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda quraşdırılan monitor vasitəsilə yayımlanmışdır. Dövlət başçısı 2019-cu ildə də ölkəmizdə inkişafın təmin olunduğunu bildirərək demişdir: "2019-cu ildə ölkəmiz sabitlik, əmin-amanlıq şəraitində yaşamışdır. Dünyada gedən proseslər göz qabağındadır. Dünyanın müxtəlif yerlərində, bizim yerləşdiyimiz regionda, postovet məkanında, Avropada, Asiyada, Latın Amerikasında münaqişələr, müharibələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının tapdanması geniş vüsət almışdır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf məkanıdır. Bu, bizim böyük nailiyyətimizdir”.
Gecə saatlarında Naxçıvan şəhərində möhtəşəm bayram atəşfəşanlığı olmuş, yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR