Prezident İlham Əliyev Omanın yeni Sultanı elan olunması münasibətilə Heytəm bin Tariq Al Səidə təbrik məktubu göndərib.

Məktubda Azərbaycan Respublikası ilə Oman Sultanlığını ənənəvi dostluq münasibətlərinin birləşdirdiyi qeyd edilib. “İnanıram ki, möhkəm təməl üzərində qurulmuş əlaqələrimiz bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir”, – deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev Heytəm bin Tariq Al Səidə möhkəm cansağlığı, xoşbəxtlik, dost Oman xalqının rifahı naminə qarşıdakı ali fəaliyyətində uğurlar diləyib.