23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

21 il öncə, Azərbaycanın müstəqilliyini bərpa etdiyi bir dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda elan edilmiş milli-mənəvi birliyə çağırış – 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyadakı bütün soydaşlarımızın qəlbini Vətən hərarəti ilə isidir, müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır, milli təəssübkeşlik duyğularının günü-gündən güclənməsinə və ümumxalq mənafelərimizin həyata keçirilməsinə təkan verir. Xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynayan bu həmrəylik həm də bütövlük və bərabərliyin vacib formulu olan xalq-ordu birliyinin əsasını təşkil edir.

Muxtar respublikamızda bu bayramın əsgərlərimizlə birlikdə keçirilməsi artıq ənənəyə çevrilmişdir. Hər il bayram günlərində idarə, müəssisə və təşkilatların kollektivlərinin, ictimaiyyətin nümayəndələrinin Vətənimizin sadiq keşikçilərinə maddi və mənəvi dəstək olması onların mübarizlik əzmini daha da artırır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 31-də Naxçıvan Hərbi Hospitalına gəlmiş, burada müalicə olunan əsgər və zabitləri, eləcə də tibbi heyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.
Ali Məclisin Sədri hərbi qulluqçuların səhhəti, onların müalicəsi, dərman təchizatı və qidalanması ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, hərbi hissələrdə əsgərlərin məişət şəraitinin yaxşılaşdırılması, qidalanmaya ciddi diqqət yetirilməsi, onların vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsi, yoluxucu xəstəliklərin qarşısının vaxtında alınması xəstələrin sayının azalmasına səbəb olmuş və hospitalda hazırda 24 xəstə vardır.
Ali Məclisin Sədri hospitalın ayrı-ayrı bölmələrində müalicə olunan hərbi qulluqçuların bayramlarını təbrik etmiş, onlara tezliklə sağalıb xidmət yerlərinə qayıtmalarını arzulamışdır.
Hospitalda müalicə alan əsgər, zabit və gizirlərə, eləcə də tibb heyətinə bayram hədiyyələri paylanmış, gətirilmiş ərzaq məhsulları mətbəxə təhvil verilmişdir.

Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərinə və Onkoloji Mərkəzə bayram sovqatı verilmişdir

Söz, əqidə və əməl birliyinin təcəssümü olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il xalqımız tərəfindən böyük ruh yüksəkliyi, sabaha olan xoş ümidlərlə qeyd olunur. Milli-mənəvi dəyərlərə hörmət duyğularına əsaslanan həmrəylik ideyası artıq ictimai təşəbbüslərdən əməli işə və çoxşaxəli fəaliyyət planına çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il dekabrın 25-də dünya azərbaycanlılarına ünvanladığı müraciətində demişdir: “Hər bir azərbaycanlı Vətənimizin tərəqqisi, milli mənafelərimizin layiqincə qorunması üçün əlindən gələni əsirgəməməlidir. Buna görə də bu gün bir daha bütün dünya azərbaycanlılarını sıx birliyə və həmrəyliyə dəvət edir, milli-mənəvi dəyərlərimizin qorunması, Vətənimizin çiçəklənməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi yolunda əzmkar fəaliyyətə səsləyirəm”.
Bayram günlərində muxtar respublikamızda xüsusi diqqətə, qayğıya və şəfqətə ehtiyacı olan insanlar da unudulmur. Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Psixi və Ağciyər Xəstəlikləri dispanserlərinə gəlmiş, burada müalicə olunan xəstələrin müalicəsi ilə maraqlanmış, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, tezliklə sağalmalarını arzulamışdır.
Qeyd olunmuşdur ki, dispanserlərdə təcrübəli həkimlər və tibb işçiləri xəstələrin müalicəsi ilə məşğul olur, onların sağlamlıqlarının keşiyində dururlar. Səhiyyə ocaqları üçün ayrılmış korpuslarda hər cür şərait yaradılmış, lazımi dərman preparatları və tibbi avadanlıqlar qoyulmuşdur.
Ali Məclisin Sədri xəstələrin dərman və qida təminatı ilə maraqlanmış, psixi və ağciyər xəstələrinin müayinə və müalicəsinə ciddi diqqət yetirilməsi barədə tapşırıq vermişdir.
Gətirilmiş hədiyyələr dispanserlərdə və Onkoloji Mərkəzdə müalicə alan xəstələrə və burada çalışan tibb işçilərinə paylanmış, müxtəlif adda ərzaq məhsulları anbara təhvil verilmişdir. 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3054498
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1692
3998
31730
105829
3054498

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter