20 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

İnkişaf, tərəqqi və uğurlarla dolu olan 2012-ci il də arxada qalaraq tarixə qovuşdu. Hər gün dəyişən, müasirləşən müstəqil Azərbaycanın çiçəklənməsi xalqımızın qürur və iftixar mənbəyinə çevrildi, ötən il tariximizə uğurlu sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi yazıldı. Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da 2012-ci ildə əksər sahələr üzrə qarşıya qoyulmuş vəzifələr icra edilmiş, inkişafın artan dinamikası qorunub saxlanılmış, iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqiyə nail olunmuşdur. Bu nailiyyətlər növbəti ili daha yüksək bayram əhval-ruhiyyəsi ilə qarşılamağa imkan verdi.
Muxtar respublika sakinləri 2013-cü ili elliklə, qurub-yaratmaq əzmi ilə qarşıladı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını yüksək coşqunluq və bayram gəzintisi şəraitində qeyd etdilər.
Dekabrın 31-də axşam saatlarından başlayaraq Naxçıvan şəhərinin əhalisi bayram əhval-ruhiyyəsi ilə Heydər Əliyev prospektindəki mərkəzi meydana toplaşmışdı. Burada bir neçə gün əvvəldən bayramların gəlişi münasibətilə yolka bəzədilmişdir. Vətənimizi, həmrəyliyi, milli-mədəni dəyərləri, Yeni ili tərənnüm edən mahnıların səslənməsi, uşaqların mahnı sədaları altında rəqs edib əylənməsi, Şaxta baba və Qar qızın yolka ətrafında toplanan uşaqlara hədiyyələr təqdim etməsi meydana toplaşan minlərlə sakinə xoş ovqat bəxş etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlmişdir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda quraşdırılan elektron monitorda nümayiş etdirilmişdir. Azərbaycan xalqına səmimi təbriklərini çatdıran dövlətimizin başçısı demişdir ki: “2012-ci il uğurlu il kimi tarixdə qalır və əldə edilmiş bu nailiyyətlər bizə imkan verir ki, 2013-cü ilə də böyük nikbinliklə baxaq. Əminəm ki, gələn ildə də ölkə qarşısında duran bütün vəzifələr uğurla icra ediləcəkdir”.
Gecə saatlarında yeni ilin ilk nəfəsi duyulanda çoxminli şəhər sakinləri möhtəşəm bayram atəşfəşanlığını seyr etmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3295213
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3326
3655
6981
79859
3295213

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter