21 Aprel 2021, Çərşənbə

Fevralın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zonnourinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

 Ali Məclisin Sədri nümayəndə heyətini salamlamış, onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.

 Müctəba Zonnouri Ali Məclisin Sədri ilə görüşdən və Naxçıvana səfərindən məmnun olduğunu qeyd etmişdir. Ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini bildirən qonaq İranın daim Azərbaycanın yanında olduğunu bildirmiş, tarixi qələbə münasibətilə Ali Məclisin Sədrinə təbriklərini çatdırmışdır.

  Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni görüşdə iştirak etmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR