14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Yanvarın 18-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin inzibati binasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov demişdir ki, muxtar respublikamızda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Yeni tikilən xəstəxanalar, həkim ambu­latoriyaları, feldşer-mama məntəqələri əhalinin sağlamlığının qorunmasına böyük töhfə verir. Təkcə ötən il muxtar respublikada Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi, muxtar respublikanın kəndlərində 5 həkim ambulatoriyası, 6 feldşer-mama məntəqəsi və 1 feldşer məntəqəsi üçün binalar tikilib istifadəyə verilmişdir. Muxtar respublikada yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi, onların müasir tibbi avadanlıqlarla təmin edilməsi, həkimlərin xarici ölkələrə təkmilləşdirmə kurslarına göndərilməsi göstərilən tibbi xidmətin səviyyəsini daha da yüksəltmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçvan Xalq Səhiyyə Komissarlığının yaradıldığını bildirmiş, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yeni binasının istifadəyə verilməsi və nazirliyin yaradılmasının ildönü­mü münasibətilə kollektivi və muxtar respublikanın səhiyyə işçilərini təbrik etmişdir.
Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin “Xalqımızın sağlamlığı keşiyində dayanmaq bu gün müstəqil Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdəndir” fikrini xatırladaraq demişdir: “Ümummilli liderimizin ölkəmizə rəhbərliyinin birinci dövründə səhiyyənin inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüş, ölkəmizin müxtəlif bölgələrində yeni xəstəxanalar, tibb müəssisələri tikilərək istifadəyə verilmiş, geniş səhiyyə-sağlamlıq şəbəkəsi yaradılmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra da ulu öndərin rəhbərliyi ilə səhiyyənin inkişafına xüsusi diqqət yetirilmiş, bu sistem cəmiyyət və dövlət həyatında mühüm sahəyə çevrilmişdir. Müstəqillik dövründə ölkəmizdə səhiyyə xidmətinin təşkili məqsədilə həyata keçirilən tədbirlərlə yanaşı, zəngin hüquqi baza da yaradılmış, səhiyyə və tibbi fəaliyyətin təşkili istiqamətində 20-yə yaxın qanun qəbul olunmuşdur”.
Ali Məclisin Sədri demişdir: “Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən ölkə başçısı səhiyyənin müasir dövrün tələbləri səviyyəsində inkişafı üçün də mühüm işlər görür, müasir səhiyyə müəssisələri yaradılaraq əhalinin istifadəsinə verilir. Səhiyyə müəssisələrində yaradılan şərait, quraşdırılan müasir tibbi avadanlıqlar, həkimlərin peşəkarlığının yüksəldilməsi insanlara nümunəvi tibbi xidmət göstərməyə imkan verir. Bu gün Naxçıvan Muxtar Respublikasında da səhiyyə xidmətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, bu sahənin maddi-texniki və kadr potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika əhalisinə göstərilən səhiyyə xidmətinin səviyyəsi xeyli yüksəlmiş, təhlükəli yoluxucu xəstəliklərin, ana və uşaq ölümünün qarşısı alınmışdır”.
Ali Məclisin Sədri demişdir: “Muxtar respublika əhalisinin sayı ilbəil artır. Yola saldığımız 2012-ci ildə əhalinin sayı 2011-ci illə müqayisədə 9 min nəfərə yaxın artmışdır. Əhalinin sayının artması muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən tədbirlərin daha əhatəli və səmərəli təşkilini şərtləndirir. Ona görə də insanların sağlamlığının keşiyində durmaq, onların sağlamlığını qorumaq bundan sonra da sosial sahədə həyata keçirilən tədbirlərin əsasını təşkil etməlidir”.
Ali Məclisin Sədri demişdir: “Bu gün muxtar respublikanın səhiyyə sistemində müasir binaların istifadəyə verilməsi, infra­strukturun yeniləşməsi ilə yanaşı, yeni səhiyyə müəssisələri də yaradılır, onların maddi-texniki bazası gücləndirilir. Hazırda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində 240-a yaxın səhiyyə müəssisəsi fəaliyyət göstərir. Bu səhiyyə müəssisələrinin ştatında 762 həkim, 4 minə yaxın kiçik və orta tibb işçisi mövcuddur. Muxtar respublikanın səhiyyə müəssisələrini həkim, orta və kiçik tibb işçiləri ilə təmin etmək, kadr potensialını gücləndirmək də diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublikada Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Naxçıvan Tibb Kolleci fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Tibb Kolleci arasında qurulan qarşılıqlı əlaqə, təhsil müəssisələrində nəzəri biliklərin öyrədilməsi üçün ixtisaslı həkimlərin cəlb edilməsi, səhiyyə müəssisələrində praktik biliklərin mənimsənilməsi üçün yaradılan şərait yüksək ixtisaslı kadrların hazırlanmasına, səhiyyə müəssisələrinin ali və orta ixtisaslı tibbi kadrlarla təminatına imkan verir”.
“Dövlətimiz tərəfindən səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək, tibb müəssisələri ən müasir avadanlıqlarla təmin olunacaqdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, səhiyyə xidməti daim yenilənməli, inkişaf etdirilərək təkmilləşdirilməlidir. Muxtar respublikanın səhiyyə işçiləri öz sahələrindəki yenilikləri mütəmadi izləməli, onu işdə tətbiq etməli, bilik və bacarıqlarını artırmalıdırlar.
Ali Məclisin Sədri Səhiyyə Nazirliyinin kollektivinin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə əminliyini bildirmiş, binanın açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada müasir iş otaqları, kompyuterlərlə təchiz edilmiş mühasibatlıq, arxiv, təlim, treninq və müayinə otaqları vardır. İş otaqlarında yüksək şərait yaradılmış, əməkdaşların istifadəsinə müasir mebel avadanlıqları və kompyuterlər verilmişdir. Yenidənqurma işləri aparılarkən binaya daha bir mərtəbə də əlavə olunmuşdur.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul 2011-ci il tarixli Fərmanına uyğun olaraq, səhiyyə sistemində elektron xidmətlərin göstərilməsinə başlanmış, nümunəvi tibbi informasiya sistemi qurulmuşdur.
Məlumat verilmişdir ki, hazırda nazirliyin rəsmi internet saytı vasitəsilə 9 elektron xidmət üzrə fəaliyyət təmin olunub. Elektron xidmət zalındakı kompyuterlərin hər biri yaradılan yeni sistemə qoşulub. Məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə zəruri texniki təhlükəsizlik tədbirləri görülüb, ayrıca server otağı yaradılıb. Lokal şəbəkəyə qoşulan və yüksək proqram təminatına malik olan bu sistem vasitəsilə muxtar respublikanın səhiyyə müəssisələrində aparılan müayinələrin nəticələri avtomatik olaraq mərkəzə və digər səhiyyə müəssisələrinin elektron məlumat bazasına ötürülür və elektron arxivdə saxlanılır. Bu, muxtar respublikanın istənilən bölgəsindəki səhiyyə müəssisələrinə müraciət edənlərin əvvəlki müayinələri barədə dəqiq informasiya almağa və elektron sağlamlıq kartları üçün məlumat bazasını formalaşdırmağa şərait yaradır. Qurulan müasir elektron texnologiyalar gələcəkdə kompyuter tomoqrafiyası və rəqəmsal rentgenoqrafiya müayinələrinin nəticələrini olduğu kimi sistemdə yerləşdirməyə və həkimlər tərəfindən elektron tibbi məsləhət xidmətini həyata keçirməyə imkan verir.
Ali Məclisin Sədri hazırda fəaliyyət göstərən elektron xidmətlərlə tanış olmuş, Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Səhiyyə Nazirliyinə elektron səhiyyə xidmətlərinin tam şəkildə təşkilini bu ilin mart ayında başa çatdırmağı tapşırmışdır.
Binada 160 yerlik iclas zalı vardır. Burada müxtəlif tədbirlərin, seminar və konfransların keçirilməsi üçün hərtərəfli şərait yaradılmış, proyektor qoyulmuşdur. Zalda “Naxçıvan səhiyyəsi inkişaf və tərəqqi yollarında” adlı videoçarx nümayiş etdirilmişdir.
Binaya baxışdan sonra muxtar respublikanın səhiyyə sistemində çalışan həkimlərdən bir qrupu ilə görüşən Ali Məclisin Sədri muxtar respublikada səhiyyə islahatlarının bundan sonra da davam etdiriləcəyini qeyd etmiş, yüksək ixtisaslı kadrların hazırlanmasına ciddi diqqət yetiriləcəyini bildirmişdir.
Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov muxtar respublikanın tibb müəssisələrində yaradılan yüksək şəraitin razılıqla qarşılandığını vurğulamış, göstərilən qayğıya görə səhiyyə işçiləri adından minnətdarlıq etmişdir.
Binanın həyətində geniş abadlıq işləri aparılmış, işıqlandırma sistemləri qurulmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272114
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1735
4121
9883
56760
3272114

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter