18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Bu il Sədərək kəndində aparılan quruculuq işləri çərçivəsində uşaq bağçası üçün də yeni bina tikilmişdir.

            Noyabrın 30-da uşaq bağçası binasının açılışı olmuşdur.

            Valideyn Nazəndə Vəliyeva bildirmişdir ki, Sədərək rayonunda uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsi, onların təlim-tərbiyəsinin, təhsilinin müasir səviyyədə təşkil olunması istiqamətində müvafiq tədbirlər görülür, məktəbəqədər, məktəbdənkənar tərbiyə müəssisələri üçün yeni binalar tikilərək istifadəyə verilir. Sərhəd yaşayış məntəqəsi olan Sədərək kəndindəki uşaq bağçası üçün yeni binanın istifadəyə verilməsi də dövlətimizin bu sahəyə göstərdiyi qayğının daha bir nümunəsidir. Nazəndə Vəliyeva yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.
   Naxçıvan Muxtar Respublikası Ali   Məclisinin Sədri Vasif Talıbov uşaq bağçasının yeni binasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək demişdir: “Bu gün ölkəmizdə uşaqların sağlamlığı və intellektual inkişafı diqqət mərkəzində saxlanılır,

onların hərtərəfli böyüməsinə xüsusi diqqət göstərilir. Ölkənin gələcəyini etibarlı etmək üçün sağlam və vətənpərvər gənclik yetişdirmək lazımdır. Bu mənada istifadəyə verilən yeni məktəb binaları, məktəbdənkənar tərbiyə müəssisələri və uşaq bağçalarının üzərinə mühüm vəzifələr düşür. Sədərək kənd uşaq bağçasında da uşaqların hərtərəfli inkişafına diqqət göstərilməli, onların məktəbə hazırlıq dövrü səmərəli keçirilməli, əsl vətəndaş kimi böyüdülməlidirlər. Uşaq bağçasında bu vəzifələrin yerinə yetirilməsi üçün hər cür şərait yaradılmışdır”.

            Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini bildirmiş, bu yolda kollektivə uğurlar arzulamış, binanın açılışını bildirən lenti kəsmişdir.

            Bina müasir memarlıq üslubunda inşa olunmuşdur. Bağçada 4 qrup fəaliyyət göstərir. Uşaqların təlim-tərbiyəsi ilə 8 müəllim-tərbiyəçi məşğul olur. Uşaq bağçasında lazımi şərait yaradılmış, müxtəlif yaş qruplarından olan uşaqlar üçün ayrıca otaqlar, mətbəx, geniş və işıqlı oyun zalları istifadəyə verilmişdir.

            Bildirilmişdir ki, bağçada uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafı, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətinin üzə çıxarılması, sağlamlığının qorunması, estetik tərbiyəsi, təbiətə və insanlara həssas münasibətinin formalaşması tədris prosesinin əsasını təşkil edir. Uşaqlar gündəlik keçirilən nitq inkişafı, bədii ədəbiyyatla tanışlıq, təsviri fəaliyyət, idman və musiqi məşğələlərində yaş səviyyəsinə uyğun bilik, bacarıq və vərdişlərə yiyələnə biləcəklər.

            Yaradılan şəraitlə tanışlıq zamanı uşaqların müayinəsinin, peyvənd işinin vaxtlı-vaxtında həyata keçirilməsinin, təmizliyə, gigiyenik tələblərə lazımi şəkildə əməl edilməsinin əhəmiyyəti də qeyd olunmuşdur.

            Bağçanın həyətində geniş abadlıq işləri görülmüş, müasir uşaq-əyləncə meydançaları və istirahət guşələri yaradılmışdır.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287603
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2451
3637
25372
72249
3287603

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter