15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Həmin gün Sədərək kəndində yeni Ticarət, xidmət mərkəzi və bazar kompleksi də istifadəyə verilmişdir.

            Kənd ağsaqqalı Teymur Quliyev ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrini əhatə edən quruculuq və inkişaf xəttinin Sədərək rayonunu da inkişafa qovuşdurduğunu bildirmişdir. Son illər rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sakinlər tərəfindən rəğbətlə qarşılandığını qeyd edən Teymur Quliyev rayonda həyata keçirilən kompleks quruculuq işlərinə görə sakinlər adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda həyata keçirilən quruculuq işləri münasibəti ilə sakinləri təbrik edərək demişdir: “Bu gün ölkəmizin sosial-iqtisadi inkişafı, həyata keçirilən quruculuq və abadlıq işləri Sədərək rayonunun timsalında da aydın görünür. Sədərək rayonu yarandıqdan bu günə qədər rayonda quruculuq işləri ardıcıl şəkildə həyata keçirilmiş, Sədərək inkişaf edən bir rayon kimi formalaşmışdır. Burada dövlət orqanlarının fəaliyyəti üçün lazımi şərait yaradılmış, xidmət sahələrinin inkişafına diqqət artırılmış, sosial infra­struktur yenilənmişdir. Bir sözlə, sərhəd rayonu olan Sədərək dövlətimizin diqqət və qayğısı nəticəsində yeni inkişaf mərhələsinə yüksəlmişdir”.

 

Ali Məclisin Sədri demişdir ki, Sədərək rayonunda kənd təsərrüfatının, sahibkarlığın inkişafına lazımi dövlət maliyyə dəstəyi göstərilir, güzəştli şərtlərlə kreditlər verilir, məhsul istehsalı və satışı üçün münbit şərait yaradılır. Bu da rayonun sosial-iqtisadi inkişafı ilə yanaşı, həm də sakinlərin sosial-rifah halının yüksəldilməsinə səbəb olur. Bu istiqamətdə görülən işlərin də başlıca məqsədi sərhəd rayonunda insanların yaşayışı, məskunlaşması və onların rahatlığının təmin olunmasından ibarətdir.

“Sədərək rayonunun bugünkü inkişafının təmin olunmasında dövlət dəstəyi ilə bərabər, insanların fəallığı və zəhmətsevərliyi də mühüm yer tutmuşdur”, – deyən Ali Məclisin Sədri rayonun inkişafına göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
    Açılışı bildirən lent kəsildikdən sonra Ticarət, xidmət mərkəzi və bazar kompleksinə baxış olmuşdur.
    Məlumat verilmişdir ki, ticarət mərkəzində 2 ət satışı yeri, 2 əczaxana, 4 sənaye, 32 ərzaq, 6 təsərrüfat malları, 4 məişət cihazlarının satışı, mebel və geyim mağazaları, baytarlıq apteki yerləşir.


    Kompleksin bazar hissəsinin sahəsi 144 kvadratmetrdir. Burada, əsasən, kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir. Bunun üçün 24 yer ayrılmışdır. Bildirilmişdir ki, muxtar respublikada aqrar sahənin inkişafına, sahibkarlığın genişlənməsinə lazımi dövlət dəstəyi göstərilir. Təkcə 2012-ci ilin yanvar-oktyabr aylarında Sədərək rayonunda 10 milyon manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricini 8,7 faiz üstələyir. Sədərək rayonu muxtar respublikanın yüksək aqrar potensiala malik olan rayonlarından biridir. Rayonun münbit torpaqları və əlverişli iqlim şəraiti burada ildə 2 dəfə məhsul götürməyə imkan verir. Sakinlər yaradılan şəraitdən istifadə edərək məhsuldarlığı ilbəil artırırlar. Bu da rayonda alıcılara daha çox yerli məhsulların təklif olunmasına səbəb olur.

     Kompleksdə yerləşən xidmət mərkəzində 6 bərbərxana, dərzi sexi, çörək mağazası və fotoçəkiliş studiyası fəaliyyət göstərəcəkdir. Kompleksin ərazisində ayrıca çay evi və firma mağazası da yaradılmış, bankomat quraşdırılmışdır.
Ali Məclisin Sədri ticarət mərkəzində və bazarda ayrı-ayrı mağazalara baxmış, satılan malların keyfiyyəti və göstərilən xidmətin səviyyəsi ilə maraqlanmışdır. Bildirilmişdir ki, obyektlərdə yerli kənd təsərrüfatı və sənaye məhsullarının satışına daha çox üstünlük verilir. Ticarət mərkəzində istehlakçıların gündəlik tələbatı nəzərə alınır, onlara yüksək səviyyədə xidmət göstərilir.
   Kompleksin ərazisi abadlaşdırılmış, ağac və gül kolları əkilmiş, işıqlandırma sistemləri qurulmuş, asfalt yol çəkilmişdir.
Ticarət, xidmət mərkəzi və bazar kompleksində hazırda 100 nəfər işləyir.

Kompleksə baxışdan sonra Ali Məclisin Sədri Sədərək kənd ağsaqqalları ilə xatirə şəkli çəkdirmişdir.

Sədərək kəndində bir sıra abadlıq işləri də aparılmış, yeni tikililərə 300 metr məsafədən qaz xətti, rabitə xidmətinin səviyyəsini yaxşılaşdırmaq məqsədilə 2160 metr yeraltı kabel, 720 metr hava xətti çəkilmiş, 800 metr elektrik xətti yenilənmişdir.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3276107
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1549
4179
13876
60753
3276107

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter