Muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan insanların fərdi evlərlə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər də davam etdirilir.

            Bu il Sədərək rayonunun Qaraağac kəndində hərbi xidmət zamanı sağlamlığını itirmiş ikinci qrup əlil Yavər İsmayılovun ailəsi üçün fərdi yaşayış evi tikilmişdir.

            Naxçıvan Muxtar Respublikası Ali        Məclisinin Sədri Vasif Talıbov Vətən qarşısın­da göstərdiyi xidmətə görə Yavər İsmayılova təşəkkürünü bildirmiş, mənzilin orderini təqdim etmiş, ona və ailə üzvlərinə yeni mənzildə xoş günlər və firavan həyat arzulamışdır.

            Yavər İsmayılov yaradılan şəraitə və göstərilən yüksək dövlət qayğısına görə ailə üzvləri adından minnətdarlığını bildirmişdir.

            Üç otaqdan və mətbəxdən ibarət olan mənzildə lazımi kommunal şərait yaradılmış, mebel dəstləri və digər məişət avadanlıqları qoyulmuşdur. Fərdi evin həyəti abadlaşdırılmış, içməli su xətti çəkilmişdir.

 

            Naxçıvan Muxtar Respublikası

                                                                                                                                                                     Ali Məclisinin mətbuat xidməti