Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:

Naxçıvan şəhər inzibati ərazi vahidi tərkibindəki Naxçıvan şəhəri ərazisində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq, 1 nömrəli, 2 nömrəli, 3 nömrəli və 4 nömrəli sahə inzibati ərazi dairələri yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

 Qeyd: Bu Qanunda göstərilən sahə inzibati ərazi dairələri həmin şəhər inzibati ərazi vahidində fəaliyyət göstərən şəhər icra hakimiyyətinin müvafiq şəhərlə yanaşı, digər ərazi vahidlərində də idarəetməni həyata keçirdiyi nəzərə alınmaqla yaradılır.

                                                                                                                                                                                                 İlham ƏLİYEV

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 noyabr 2012-ci il