22 Sentyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi ölkə­mizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da böyük ehtiramla yad edilmişdir. Dekabrın 12-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ulu         öndərimizin əzəmətlə ucalan abidəsi minlərlə insanın ziyarətgahına çevrilmişdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli    liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoymuş, müstəqil Azərbaycanın qurucusunun xatirəsini dərin ehtiramla yad etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali   Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri, minlərlə insan ulu öndərin əziz xatirəsinə sonsuz məhəbbətin ifadəsi olaraq onun abidəsini ziyarət etmişlər.­

Ümummilli liderimiz Heydər Əliyev hər zaman fəxr etdiyimiz, qürur duyduğumuz dahi şəxsiyyətdir. Ulu öndərin tərcümeyi-halı Azərbaycan naminə çalışmaq, Azərbaycan xalqının xoşbəxtliyi naminə fəaliyyət göstərməkdən ibarətdir. Tarixi 1969-cu il iyul ayının 14-dən başlanan Heydər Əliyev idarəçilik fəlsəfəsinin əsas ideya-siyasi istiqamətini Azərbaycanın inkişafı, xalqın rifah içərisində yaşaması kimi taleyüklü məsələlər təşkil edir.

Azərbaycanın ən yeni tarixinin hər bir məqamı ümummilli lider Heydər Əliyevin adı, həyatı və siyasi fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Ulu öndər Heydər Əliyev elə bir şəxsiyyətdir ki, zaman keçdikcə, illər ötdükcə onun böyüklüyünü daha dərindən dərk edirik. Ötən hər gün böyük öndəri bizə daha da yaxınlaşdırır, ümummilli liderimizin əbədiyaşar bir şəxsiyyət olduğunu, belə insanların məhz əbədiyyət qanunları fövqündə dayandığını bir daha təsdiq edir.

Dahi siyasətçinin Azərbaycana rəhbərlik etdiyi dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mədəni baza Azərbaycan dövlətçiliyinin möhkəm­ləndirilməsində, xalqın vahid ideologiya – Vətən üçün yaşamaq, Vətən üçün fəaliyyət göstərmək fəlsəfəsi ətrafında birləşməsində əsas stimul olmuşdur.

“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” deyən ümummilli liderimiz pak əməlləri, parlaq ideyaları, məqsədyönlü fəaliyyəti ilə öz adını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazmış, hələ sağlığında azərbaycanlıların ümummilli lideri adını qazanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ulu öndərimizin siyasi hakimiyyətinin 40 illiyi münasibətilə keçirilən tədbirdə dediyi kimi: “Tarixdə elə şəxsiyyətlər var ki, onların həyatından danışmaq üçün təmsil etdikləri ölkələrin və xalqların həyatından danışmaq lazım gəlir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Onun mənalı həyatı müstəqil Azərbaycanın siyasi bioqrafiyasına, tərcümeyi-halına çevrilmişdir. Bu gün dünyanın istənilən ölkəsində Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan başa düşülür. Nə üçün? Ona görə ki, ulu öndər Heydər Əliyev qədər öz həyatını Azərbaycana həsr edən, Azərbaycançılıq uğrunda, dövlətimizin müstəqilliyi yolunda canından keçməyə hazır olan ikinci bir dövlət xadimi, şəxsiyyət yoxdur”.

Ümummilli lider Azərbaycan dövlətini yeni inkişaf müstəvisinə çıxaran tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ötən əsrin 90-cı illərində – ölkə­miz üçün olduqca mürəkkəb və gərgin bir dövrdə öz xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən ulu öndərimiz qısa zaman kəsiyində ölkədə baş alıb gedən xaos və anarxiyaya son qoymuş, uğurlu sosial-iqtisadi islahatlar həyata keçirməklə Azərbaycanı dünyanın hərtərəfli inkişaf edən dövlətləri sırasına çıxarmışdır. Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, sürətli sosial-iqtisadi inkişaf dinamikasına malik olan müstəqil Azərbaycan Respublikası ulu öndər     Heydər Əliyevin şah əsəridir.

Xalqımız bütün varlığı ilə inanır ki, bu gün ölkədə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşduracaqdır. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir, regionda və beynəlxalq aləmdə böyük iqtisadi və siyasi uğurlara imza atır. Azərbaycan Respublikasının 155 ölkənin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və bu quruma rəhbərlik etməsi ulu öndərimiz tərəfindən əsası qoyulan dövlətçilik ənənələrinin, daxili və xarici siyasi xəttin məqsədyönlü şəkildə davam etdirilməsinin daha bir göstəricisidir.

Heydər Əliyev ideyaları, Heydər Əliyev yolu Naxçıvanda da yeni inkişaf erasının başlanmasına rəvac verib. Muxtar respublikamızda bu siyasətin uğurla davam etdirilməsi nəticəsində əsl intibaha nail olunub. Muxtar respublikada quruculuq işləri geniş vüsət almış, iqtisadiyyat dinamik inkişaf etmiş, infrastruktur yenilənmiş, orta aylıq əməkhaqqı bir neçə dəfə artırılmış, sosial proqramlar qəbul edilərək icra olunmuş, muxtar respublikanın enerji və ərzaq təhlükəsizliyi təmin edilmişdir. İndi Naxçıvan böyük layihələrin reallaşdırıldığı, regional və beynəlxalq siyasi görüşlərin keçirildiyi bir diyara çevrilib. Qazanılan bütün bu uğurların başlanğıcı, təbii ki, dahi şəxsiyyətin ideya və amallarının dönmədən həyata keçirilməsinin nəticəsi, Heydər Əliyev siyasi xəttinin təntənəsidir.

İnsan var, doğulduğu torpaqla tanınır. İnsan da var ki, doğulduğu torpağı bütün dünyaya tanıdır. Ümummilli liderimiz Heydər Əliyev də doğma Azərbaycanı yüksəltmiş, onu inkişaf və tərəqqiyə qovuşduraraq bütün dünyada tanıtmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir”.

Naxçıvan şəhərində olduğu kimi, muxtar respublikamızın bütün rayon mərkəzlərində də ümummilli liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

 

            Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3049956
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1148
4569
27188
101287
3049956

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter