21 Sentyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

21 illik müstəqilliyimizin son 17 ilində Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə böyük uğurlar qazanılmışdır. İnkişaf və tərəqqi dövrü kimi səciyyələnən bu illər muxtar respublikamızın Şərqə açılan qapısı olan Culfa rayonunun həyatında da uğurlu sosial-iqtisadi inkişaf və yeni quruculuq dövrü kimi səciyyələnir. Rayonda həyata keçirilən genişmiqyaslı quruculuq işləri kənd yaşayış məntəqələrini də əhatə etmiş, insanların rahatlığına xidmət edən infrastruktur sahələri yaradılmış, əhalinin sosial-rifah halı yüksəldilmişdir.

            Bu tədbirlərin davamı olaraq, dekabrın 8-də Culfa rayonunun Milax, Ləkətağ və Boyəhməd kəndlərində yeni sosial obyektlər istifadəyə verilmiş, Çeşməbasar-Boyəhməd avtomobil yolunun açılışı olmuşdur.

Çeşməbasar-Boyəhməd avtomobil yolu yenidən qurulmuşdur

Dekabrın 8-də Çeşməbasar-Boyəhməd avtomobil yolu istifadəyə verilmişdir.

            Milax kənd sakini Fikrət Quliyev demişdir ki, son illər muxtar respublikamızın yol-nəqliyyat infrastrukturunda əsaslı dəyişikliklər baş vermiş, beynəlxalq əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur. Bu gün rayon mərkəzlərinin, kəndlərin küçə və yolları tamamilə abadlaşdırılır. Dövlətimizin diqqət və qayğısı ilə regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş aparılır.

Bu tədbirlər iqtisadiyyatımızın gündən-günə güclənməsini nümayiş etdirməklə yanaşı, dövlətimizin ölkənin istənilən yerində yaşayan vətəndaşlara göstərdiyi qayğı və diqqəti əks etdirir. Bu proses Culfa rayonunda da geniş vüsət almışdır. Müasir tələblərə cavab verən Çeşməbasar-Boyəhməd avtomobil yolu nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində görülən işlərin daha bir nümunəsidir. Fikrət Quliyev bildirmişdir ki, yol çəkilişi insanlara rahatlıq verməklə yanaşı, hər bir bölgənin inkişafını müəyyən edən əsas amillərdən biridir. Çünki yol olmadan hərtərəfli inkişafa nail olmaq mümkün deyil. İnsanların rahatlığı, sahibkarlıq imkanlarının genişləndirilməsi, müxtəlif turizm obyektlərinin tikintisi üçün müasir avtomobil yolunun mövcudluğu əsas məsələdir.

            Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni yolun istifadəyə verilməsi  münasibətilə sakinləri təbrik edərək demişdir ki, hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlayır. Azərbaycan Respublikası Prezidenti        2011-ci il sentyabrın 2-də “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamın icrası çərçivəsində Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolunun yenidənqurmadan sonra açılışı olmuşdur. Bu gün isə Çeşməbasar-Boyəhməd avtomobil yolu istifadəyə verilir. Çəkilən müasir yol kəndlərin inkişafına göstərilən dövlət qayğısının daha bir göstəricisidir. Bu yol Culfa rayonunun 17 kəndinin sakinlərinin rahatlığına xidmət edəcək, onların mənzil başına tez və rahat çatmasına səbəb olacaqdır.

            Sonra Ali Məclisin Sədri yolun açılışını bildirən lenti kəsmişdir.

            Yolun texniki göstəriciləri barədə məlumat verilmiş və bildirilmişdir ki, yolda tikinti işlərinə bu il başlanılmışdır. Uzunluğu 57,6 kilometr olan yolun hərəkət hissəsinin eni 7,2, yol yatağının eni isə 8,5 metrədək genişləndirilmişdir. İki hərəkət xəttindən ibarət olan yolun üzərində 4 körpü və 21 su keçidi inşa olunmuş, yolun müxtəlif hissələrində beton suaxıdıcı kanallar tikilmiş, keyfiyyətli asfalt örtük salınmış, yol cizgilənmiş və hərəkət qaydalarına uyğun işarələnmişdir.

            Yolun yaşayış məntəqələrindən keçən hissəsində 450 metr uzunluğunda hasar çəkilmiş, əsas yola birləşən köməkçi yollar təmir edilmişdir. Əsaslı yenidənqurma işlərindən sonra müasir tələblərə cavab verən yoldan ətraf kəndlərdə yaşayan 25 min sakin rahatlıqla istifadə edəcək, nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunacaq.

Müasir iş şəraiti dövlət qurumlarının fəaliyyətini gücləndirəcəkdir

Həmin gün Milax kəndində yeni kənd mərkəzi istifadəyə verilmişdir.

            Açılış mərasimində Milax kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Coşqun Kərimov çıxış edərək bildirmişdir ki, kənddə aparılan kompleks quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. İstifadəyə verilən kənd və xidmət mərkəzləri, aparılan abadlıq işləri kənd sakinlərinə göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Milax kəndində sakinlər, əsasən, kənd təsərrüfatı ilə məşğul olurlar. Dövlət tərəfindən yaradılan şərait, torpaq mülkiyyətçilərinə və fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi məhsul istehsalının artmasına, insanların yaşayış səviyyəsinin yüksəldilməsinə səbəb olmuşdur.

            Naxçıvan Muxtar Respublikası Ali     Məclisinin Sədri Vasif Talıbov Milax kəndinin muxtar respublikanın abad kəndləri sırasına qoşulması münasibətilə kənd sakinlərini təbrik edərək demişdir: “Bir neçə il bundan əvvəl kənddə yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Bu gün isə Milaxda kənd və xidmət mərkəzləri, əsaslı şəkildə yenidən qurulan avtomobil yolu istifadəyə verilir. Kənd tamamilə abadlaşdırılmış, sosial problemlər həll olunmuş, sakinlərin rahat yaşayışı təmin edilmişdir. İstifadəyə verilən yeni kənd mərkəzində dövlət qurumlarının fəaliyyəti yaxşılaşdırılmışdır. Eyni zamanda kənd mərkəzində yerləşən həkim ambulatoriyası üçün hərtərəfli şərait yaradılmış, rabitə evi istifadəyə verilmiş, poçt və telefon xidmətinin səviyyəsi yüksəldilmişdir. Kənddə tikilən yeni xidmət mərkəzində əhalinin gündə­lik məişət tələbatı ödənilməklə yanaşı,              5 nəfər də işlə təmin olunmuşdur. Bütün bunlar isə dövlətimizin kəndlərin inkişafına göstərdiyi qayğının daha bir nümunəsidir”.

            Ali Məclisin Sədri demişdir: “Kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi dövlət strukturlarının səmərəli fəaliyyəti baxımından da mühüm əhəmiyyət kəsb edir. Yaradılan yüksək iş və xidmət şəraiti kənd sakinlərinin problemlərinin vaxtlı-vaxtında həll olunmasına imkan verəcəkdir. Dövlət qurumlarının kollektivi, eləcə də kənd sakinləri yaradılanları, tikilənləri qorumalı, onlardan səmərəli istifadə  etməlidirlər”.

            Ali Məclisin Sədri demişdir ki, Milax muxtar respublikanın gözəl təbiətə, zəhmətkeş insanlara malik olan kənd yaşayış məntəqəsidir. Bu kənddə bütün sahələr inkişaf etdirilir. Milax kənd tam orta məktəbinin də nailiyyətləri qənaətləndiricidir. Bütün bunlar göstərilən dövlət qayğısı nəticəsində mümkün olmuşdur.

            Ali Məclisin Sədri sakinlərin bundan sonra da kəndin inkişafında, abadlaşmasında fəal iştirak edəcəklərinə əminliyini bildirmiş, açılışı bildirən lenti kəsmişdir.

            Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, həkim ambulatoriyası, rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kənd mədəniyyət evi işçiləri üçün hər cür şərait yaradılmış, 55 yerlik tədbirlər zalı istifadəyə verilmişdir.

            Rabitə evi binanın birinci mərtəbəsində yerləşir. Burada 384 nömrəlik yeni ATS-in quraşdırılması Milax və Teyvaz kənd­lərində əhaliyə yüksək səviyyədə rabitə xidmətinin göstərilməsinə imkan verəcəkdir. Rabitə evində yerləşən poçt bölməsində məktub, faks və teleqramların qəbulu və göndərişi, gündəlik qəzetlərin, danışıq və internet kartlarının satışı təşkil olunmuşdur.

            Kənd mərkəzində Milax, Teyvaz və Qazançı kəndlərini əhatə edən polis sahə məntəqəsi, Milax və Teyvaz kəndlərini əhatə edən baytarlıq məntəqəsi üçün də iş otaqları ayrılmışdır. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının iş otaqlarında da lazımi şərait vardır. Bildirilmişdir ki, ərazi ilk təşkilatının Milax kəndində 151 üzvü vardır.

            Muxtar respublikamızda fəaliyyət göstərən kitabxanalarda kitab fondlarının zənginləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Milax Kənd Mərkəzindəki kitabxanada 13 mindən artıq kitab vardır.

            Həkim ambulatoriyasına baxış zamanı bildirilmişdir ki, ambulatoriya üçün kənd mərkəzinin binasında iş otaqları ayrılmışdır. Burada doğuş, peyvənd və manipulyasiya otaqları vardır. Ambulatoriyaya müxtəlif dərman preparatları, peyvəndləri saxlamaq üçün soyuducu, təcili yardım və peyvənd çantaları, eləcə də digər tibbi avadanlıqlar verilmişdir.

            Bildirilmişdir ki, Culfa rayonunda səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər dövlətimizin insan sağlamlığına, səhiyyənin inkişafına verdiyi önəmin ifadəsidir. Milax kəndində həkim ambulatoriyasının istifadəyə verilməsi kənd sakinlərinə göstərilən səhiyyə xidmətinin səviyyəsini xeyli yaxşılaşdıracaqdır.

            Kənd mərkəzini istiliklə təmin etmək üçün fərdi qazanxana quraşdırılmışdır. Binanın həyətində abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

Milax kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir

Bu il Milax kəndində aparılan kompleks quruculuq işləri çərçivəsində yeni xidmət mərkəzi tikilmişdir.

            Ali Məclisin Sədri xidmət mərkəzinin açılışını bildirən lenti kəsmişdir.

            Məlumat verilmişdir ki, bu mərkəzdə tələbata uyğun olan təsərrüfat və ərzaq mallarının satışı üçün 2 mağaza yerləşir. Mağazalarda ərzaq məhsullarının, gündəlik tələbat mallarının, eyni zamanda kənd təsərrüfatı alətlərinin və elektrik avadanlıqlarının satışı təşkil olunub. Mərkəzdə bərbərxana və qadın gözəllik salonu, ət satışı yeri də vardır.

            Xidmət mərkəzində yaradılan müasir şərait dövlətimizin kənd əhalisinə göstərdiyi qayğının daha bir nümunəsidir. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.

Ləkətağ kəndində yeni məktəb binası tikilmişdir

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində məktəb binalarının tikintisi və yenidən qurulması üstün istiqamət təşkil edir. Culfa rayonunda bu istiqamətdə həyata keçirilən tədbirlər bu il də davam etdirilmiş, Ləkətağ kənd tam orta məktəbi üçün yeni bina tikilmişdir.

            Dekabrın 8-də Ləkətağ kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.

            Naxçıvan Muxtar Respublikası Ali     Məclisinin Sədri Vasif Talıbov Ləkətağ kəndində yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər      Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi təhsilin vəziyyətindən asılıdır” fikrini xatırladaraq demişdir: “Ulu öndərimiz ölkəmizə rəhbərlik etdiyi dövrdə təhsilin inkişafını daim diqqət mərkəzində saxlamışdır. Bu gün istifadəyə verilən Ləkətağ kənd tam orta məktəbinin binası da ulu öndərimizin müəyyənləşdirdiyi təhsil strategiyasının ölkə başçısı tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur”.

            “Ölkənin inkişafı təhsilin səviyyəsindən, ölkənin gələcəyi isə məktəblərdə yetişdirilən vətənpərvər gənclərdən asılıdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün ucqar dağ kəndi olan Ləkətağda yeni məktəb binasının istifadəyə verilməsi mühüm əhəmiyyətə malikdir. Yeni məktəb binası tədrisin yüksək səviyyədə təşkilinə, intellektli və savadlı gənclərin yetişdirilməsinə imkan verəcəkdir. 144 yerlik məktəb           binasında 2-si elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kitabxana, idman zalı və müasir tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilir. Bütün bunlar məktəbin uğurlarının daha da artmasına imkan yaradacaqdır.

            Ali Məclisin Sədri təhsil ocağının nailiyyətlərinin qənaətləndirici olduğunu bildirərək demişdir ki, 2011-2012-ci tədris ilində məktəbi bitirən 6 məzundan 2-si ali məktəblərə, 2-si isə  orta ixtisas məktəbinə qəbul olmuşdur. Tələbə adını qazanan məzunlardan 1-i 500-700 intervalında bal toplamışdır.

            Qazanılan uğurlara görə məktəbin müəllimlərinə təşəkkürünü bildirən Ali Məclisin Sədri Ləkətağ kənd tam orta məktəbinin bundan sonra da muxtar respublikanın qabaqcıl təhsil ocaqları sırasında öz layiqli yerini tutacağına əminliyini bildirmiş, bu yolda kollektivə uğurlar arzulamışdır.

            Məktəbin müəllimi Əfsanə Ovçuyeva bildirmişdir ki, muxtar respublikada uğurla həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri, müxtəlif sahələrdə aparılan məqsədyönlü islahatlar təhsil sahəsini də əhatə edir. Təhsil quruculuğu Culfa rayonunda da uğurla həyata keçirilir, rayon mərkəzində və kəndlərdə yeni məktəb binaları tikilərək müəllim və şagirdlərin istifadəsinə verilir. Bu gün ucqar dağ kəndi olan Ləkətağda istifadəyə verilən məktəb binası kəndin quruculuq və inkişafının yeni bir səhifəsidir. Kollektiv adından minnətdarlıq edən Əfsanə Ovçuyeva bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəklərini, yüksək intellektli və vətənpərvər gənclər yetişdirəcəklərini bildirmişdir.

            Ali Məclisin Sədri Culfa rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərdən bir qrupuna kompyuter dəsti hədiyyə etmiş, açılışı bildirən rəmzi lenti kəsmişdir.

            Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası müasir memarlıq üslubunda inşa olunmuşdur. Burada müasir sinif otaqları, laboratoriyalar, hərbi kabinə və idman zalı yerləşir.

            Ali Məclisin Sədri siniflərdə dərs prosesi ilə maraqlanmış, birincilərin təhsil aldığı sinfə baxmışdır. Məlumat verilmişdir ki, bu tədris ilində məktəbin birinci sinfinə     7 şagird qəbul olunmuşdur.

            Qiymətli bilik xəzinəsi olan kitabxanalar cəmiyyətin mənəvi-intellektual potensialının artırılmasında, ədəbi-bədii, elmi-fəlsəfi irsin qorunub saxlanılmasında mühüm əhəmiyyətə malikdir. Məktəbdə yaradılmış zəngin kitabxana şagirdlərin elmin sirlərinə dərindən bələd olmalarına geniş imkanlar açmışdır. Burada 2500-dən çox kitab vardır. Kitabxanaya baxış zamanı şagirdlərin kitabxanalara cəlb olunmasının, bədii ədəbiyyatlardan istifadənin əhəmiyyəti qeyd olunmuşdur.

            Məktəbdə informasiya-kommunikasiya texnologiyaları ilə təminata xüsusi diqqət yetirilmiş, 8 kompyuter quraşdırılmış və onların internetə çıxışı təmin edilmişdir. Laboratoriya və kabinələrdə lazımi cihazlar, tədris vəsaitləri qoyulmuş, ilkin hərbi hazırlıq dərslərinin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. İdman zalındakı şərait bədən tərbiyəsi dərslərinin yüksək səviyyədə tədrisinə, ayrı-ayrı idman növləri üzrə yarışların təşkilinə imkan verəcəkdir.

            Qeyd olunmuşdur ki, ümumtəhsil məktəblərində pedaqoji kadrlara olan tələbatın ödənilməsi də diqqət mərkəzində saxlanılır, təhsil yarmarkalarında gənc müəllimlərə təyinatlar verilir.  Bu tədris ilində riyaziyyat və informatika, Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif müəllimliyi ixtisasları üzrə 3 müəllim Ləkətağ kənd tam orta məktəbinə təyinat almışdır.

            Məktəbin müəllimləri ilə səmimi söhbət zamanı Ali Məclisin Sədri təhsilin inkişafına, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə bundan sonra da lazımi diqqət və qayğının göstəriləcəyini bildirmişdir. Qeyd olunmuşdur ki, ümumtəhsil məktəblərində yaradılan şərait informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəyə imkan verir. Ona görə də şagirdlər dərs prosesində informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə etməli, öz bilik və bacarıqlarını artırmalıdırlar. Müəllimlər göstərilən yüksək diqqət və qayğının müqabilində daha da səylə çalışacaqlarına söz vermişlər.

            Məktəb binasının həyətində də geniş abadlıq işləri aparılmış, işıqlandırma sistemi quraşdırılmış, oturacaqlar qoyulmuş, ağac və gül kolları əkilmişdir.

Ləkətağ Kənd Mərkəzi istifadəyə verilmişdir

Bu il Culfa rayonunun kənd yaşayış məntəqələrində aparılan geniş quruculuq işləri çərçivəsində Ləkətağda yeni kənd mərkəzi də tikilmiş, dövlət qurumlarının fəaliyyəti yaxşılaşdırılmışdır.

            Dekabrın 8-də Ləkətağ Kənd Mərkəzi istifadəyə verilmişdir.

            Açılış tədbirində çıxış edən kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əsgər Əliyev bildirmişdir ki, Ləkətağ kəndində istifadəyə verilən yeni sosial obyektlər regionların sosial-iqtisadi inkişafına göstərilən yüksək diqqət və qayğının əyani ifadəsidir. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə göstərilən yüksək qayğıya görə minnətdarlığını bildirmiş, bundan sonra da səylə çalışacaqlarına, kənd əhalisinə nümunəvi xidmət göstərəcəklərinə söz vermişdir.

            Ali Məclisin Sədri Ləkətağ kəndində həyata keçirilən tədbirlərin insanların rahatlığına xidmət etdiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: “Bu gün dövlətimizin qayğısı ilə Milax, Ləkətağ, Boyəhməd və Teyvaz kəndlərinin yolları yenidən qurulmuş, asfalt örtük salınmışdır. İstifadəyə verilən müasir yol bu kəndlərdən rayon mərkəzinə və şəhərə gediş-gəlişin asanlaşmasına, insanların rahatlığına səbəb olmuşdur. Abadlaşdırılan yol kəndlərin inkişafında mühüm əhəmiyyətə malik olacaqdır. Çünki yol iqtisadiyyatdır, mədəniyyətdir. Kəndlərdə istehsal olunan məhsulların bazara rahat çıxarılmasında, eyni zamanda digər sosial infra­struktur sahələrinin inkişafında abad yolun mühüm əhəmiyyəti vardır”.

            Ali Məclisin Sədri demişdir: “Ləkətağda istifadəyə verilən kənd mərkəzi dövlət strukturlarının fəaliyyətini xeyli yaxşılaşdıracaq, yeni xidmət mərkəzi gündəlik məişət tələbatının ödənilməsinə imkan verəcəkdir. Yaxşı iş şəraiti isə kənddə əhaliyə göstərilən xidmətin səviyyəsini xeyli yüksəldəcəkdir. Ləkətağ kəndində aparılan abadlıq-quruculuq işləri ilə yanaşı, dövlətimiz tərəfindən digər tədbirlər də həyata keçirilmişdir. Kənd tamamilə qazlaşdırılmış, elektrik enerjisinin fasiləsiz verilişi təmin olunmuş, mənzillərə içməli su xətləri çəkilmişdir. Son illər kənd təsərrüfatının inkişafı məqsədilə sakinlərə güzəştli şərtlərlə kreditlər verilir, fərdi təsərrüfatlar genişləndirilir. Bu gün kənddə yaşayan 512 nəfər əhalinin 131-i dövlət büdcəsindən təqaüd, əməkhaqqı və müavinət alır. Bütün bunlar insanların daha sıx məskunlaşmasına, onların yüksək həyat standartları səviyyəsində yaşamasına xidmət edir. Sakinlər yaradılan şərait və göstərilən dövlət qayğısı müqabilində daha səylə çalışmalı, ölkəmizin iqtisadiyyatının inkişafına öz töhfələrini verməlidirlər”.

            Ali Məclisin Sədri bu yolda sakinlərə uğurlar arzulamış, kənddə sosial obyektlərin istifadəyə verilməsi münasibətilə bir daha onları təbrik etmişdir.

            Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur. Üç mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, kitabxana, baytarlıq və polis  sahə məntəqələri, feldşer-mama məntəqəsi, kənd mədəniyyət evi və 66 yerlik tədbirlər zalı yerləşir. Zalda ictimai-mədəni tədbirlərin keçirilməsi üçün lazımi şərait vardır.

            Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Ləkətağ və Boyəhməd kəndlərini əhatə edir. Binada nümayəndəliyin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

            Rabitə evində quraşdırılan 384 nömrəlik elektron ATS Ləkətağ və Boyəhməd kənd­lərində 116 abonentə xidmət göstərir. Burada yaradılan poçt bölməsində internet və danışıq kartlarının, qəzetlərin satışı həyata keçiriləcəkdir. Həmçinin rabitə evində sakinlərə bank xidmətinin  göstərilməsi də nəzərdə tutulub.

            Binada Yeni Azərbayan Partiyası Ləkətağ kənd ərazi ilk təşkilatı üçün də ayrıca iş otaqları ayrılmış, Ləkətağ və Boyəhməd kəndlərini əhatə edən baytarlıq və polis sahə məntəqələri üçün nümunəvi iş şəraiti yaradılmışdır. Mərkəzin birinci mərtəbəsində yaradılmış zəngin kitabxanada 9396 elmi və bədii ədəbiyyat vardır.

            Feldşer-mama məntəqəsinə baxış zamanı bildirilmişdir ki, əvvəllər taxta binada fəaliyyət göstərən məntəqə üçün kənd mərkəzində 3 iş otağı ayrılmış, lazımi tibbi şərait yaradılmışdır. Ali Məclisin Sədri əhalinin sağlamlığının lazımi səviyyədə qorunması, uşaqlar arasında peyvənd işinin və hamilə qadınlara patronaj xidmətinin vaxtlı-vaxtında həyata keçirilməsi barədə tapşırıqlar vermişdir.

            Binada fərdi qazanxana qurulmuş, həyətdə abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

Ləkətağda yeni xidmət mərkəzi fəaliyyətə başlamışdır

Həmin gün Ləkətağ kəndində yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.

            Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş, mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur.

 

            Məlumat verilmişdir ki, xidmət mərkəzi cari ildə kənddə aparılan quruculuq işləri çərçivəsində inşa edilmişdir. Bir mərtəbədən ibarət olan binada ərzaq və sənaye mallarının satışı üçün 2 mağaza, ət satışı yeri, bərbərxana və qadın gözəllik salonu vardır. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.

            Baxış zamanı bildirilmişdir ki, mağazalarda muxtar respublikamızda istehsal olunan ərzaq və sənaye məhsullarının satışına üstünlük verilməli, satılan məhsulların keyfiyyətinə ciddi diqqət yetirilməli, ticarət standartlarına uyğun olan məhsulların satışı təşkil olunmalıdır.

            Xidmət mərkəzinin həyətində abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

            Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, Ləkətağ kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi muxtar respublikada kəndlərin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. Bu həm də Azərbaycan dövlətinin inkişaf modelini özündə əks etdirir.

            Kənd ağsaqqalı Zeyqəm Novruzov sakinlərin xoş arzularını Ali Məclisin Sədrinə çatdıraraq demişdir ki, yenilik, müasirlik həm də rahat yaşayış, firavan həyat deməkdir. Bu gün Ləkətağ kəndində buna nail olunmuş, sakinlərin sosial-rifah halının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Bunlar ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsi, dövlətin kənd yaşayış məntəqələrinin yeniləşməsinə göstərdiyi qayğının, insanların rahatlığı istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlərin davamıdır.

 Muxtar respublikada aparılan quruculuq işləri Culfa rayonunun Boyəhməd kəndini də əhatə edib

  Muxtar respublikanın ucqar yaşayış məntəqələrindən biri də Boyəhməddir. Başıqarlı dağların əhatəsində yerləşən kənd gözəl təbiəti, təmiz havası və zəhmətkeş insanları ilə seçilir. Rayon mərkəzindən 64 kilometr aralıda yerləşməsinə baxmayaraq, bu kənddə insanlar sıx məskunlaşmışdır. Bu, bir tərəfdən onların torpağa bağlılığından irəli gəlirsə, digər tərəfdən dövlətin yaratdığı əlverişli şəraitdən asılıdır. Bu il aparılan quruculuq işləri kəndin simasını dəyişmiş, ucqar yaşayış məntəqəsi olan Boyəhməd öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.

            Dekabrın 8-də Boyəhməd Kənd Mərkəzinin açılışı olmuşdur.

            Açılış tədbirində çıxış edən Boyəhməd kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Balabəy Allahverdiyev kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirmişdir.

            Naxçıvan Muxtar Respublikası Ali       Məclisinin Sədri Vasif Talıbov Boyəhməddə yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və kənd sakinlərini təbrik edərək demişdir: “Muxtar respublikamızda aparılan quruculuq işləri ucqar dağ kəndi olan Boyəhməd kəndini də əhatə etmişdir. Bu il kənddə yeni kənd mərkəzi tikilmiş, məktəb binası yenidən qurulmuş, kəndin Azərbaycan Vətən müharibəsi iştirakçısı olan sakininə yeni fərdi ev inşa olunmuş, feldşer-mama məntəqəsi üçün müasir şərait yaradılmışdır. Kəndin yolu da müasir standartlar səviyyəsində qurulmuş, asfalt örtük salınmış, rayon mərkəzi ilə əlaqə xeyli yaxşılaşmışdır. Bu kənddə həyata keçirilən tikinti-quruculuq işləri, ilk növbədə, sakinlərin rahat yaşayışına, onların sıx məskunlaşmasına imkan verir. Kənddə görülən işlər bu gün dövlətimizin sosial-iqtisadi inkişaf xəttinin, regionların inkişafına göstərdiyi yüksək diqqət və qayğının ifadəsidir”.

            Ali Məclisin Sədri sakinləri bir daha təbrik etmiş, açılışı bildirən lenti kəsmiş və kənd mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.

            İki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndə üçün iş otağı, kitabxana, mədəniyyət evi və feldşer-mama məntəqəsi yerləşir.

            Kənd mərkəzində yerləşən kitabxanada 7695 kitab vardır. Baxış zamanı qeyd olunmuşdur ki, kənd kitabxanalarının fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməli, oxucuların kitabxanalara cəlb edilməsi, onların mütaliə maraqlarının artırılması, müxtəlif səpgili maarifləndirici tədbirlərin keçirilməsi bundan sonra da davam etdirilməli, kitabxana-oxucu əlaqələri gücləndirilməlidir.

            Boyəhməd Kənd Mərkəzinin binasında 46 yerlik tədbirlər zalı istifadəyə verilmişdir. Bu da kənddə müxtəlif səpgili mədəni-kütləvi tədbirlərin keçirilməsinə imkan verəcəkdir.

            Bildirilmişdir ki, səhiyyənin inkişafına muxtar respublikamızda da xüsusi diqqət göstərilir, şəhər, rayon və kəndlərimizdə ən müasir səhiyyə ocaqları tikilərək istifadəyə verilir, sakinlərə nümunəvi tibbi xidmətin təşkili üçün lazımi şərait yaradılır. Kənd mərkəzinin birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün də 2 otaq ayrılmış, lazımi şərait yaradılmışdır.

            Yeni yaradılan mağaza və bərbərxanada sakinlərə lazımi səviyyədə xidmət göstərmək üçün hərtərəfli şərait vardır.

            Binada fərdi qazanxana quraşdırılmış, həyətdə geniş abadlıq işləri aparılmışdır.

Muxtar respublikanın ucqar yaşayış məntəqələrindən biri də Boyəhməddir. Başıqarlı dağların əhatəsində yerləşən kənd gözəl təbiəti, təmiz havası və zəhmətkeş insanları ilə seçilir. Rayon mərkəzindən 64 kilometr aralıda yerləşməsinə baxmayaraq, bu kənddə insanlar sıx məskunlaşmışdır. Bu, bir tərəfdən onların torpağa bağlılığından irəli gəlirsə, digər tərəfdən dövlətin yaratdığı əlverişli şəraitdən asılıdır. Bu il aparılan quruculuq işləri kəndin simasını dəyişmiş, ucqar yaşayış məntəqəsi olan Boyəhməd öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.

            Dekabrın 8-də Boyəhməd Kənd Mərkəzinin açılışı olmuşdur.

            Açılış tədbirində çıxış edən Boyəhməd kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Balabəy Allahverdiyev kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirmişdir.

            Naxçıvan Muxtar Respublikası Ali       Məclisinin Sədri Vasif Talıbov Boyəhməddə yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və kənd sakinlərini təbrik edərək demişdir: “Muxtar respublikamızda aparılan quruculuq işləri ucqar dağ kəndi olan Boyəhməd kəndini də əhatə etmişdir. Bu il kənddə yeni kənd mərkəzi tikilmiş, məktəb binası yenidən qurulmuş, kəndin Azərbaycan Vətən müharibəsi iştirakçısı olan sakininə yeni fərdi ev inşa olunmuş, feldşer-mama məntəqəsi üçün müasir şərait yaradılmışdır. Kəndin yolu da müasir standartlar səviyyəsində qurulmuş, asfalt örtük salınmış, rayon mərkəzi ilə əlaqə xeyli yaxşılaşmışdır. Bu kənddə həyata keçirilən tikinti-quruculuq işləri, ilk növbədə, sakinlərin rahat yaşayışına, onların sıx məskunlaşmasına imkan verir. Kənddə görülən işlər bu gün dövlətimizin sosial-iqtisadi inkişaf xəttinin, regionların inkişafına göstərdiyi yüksək diqqət və qayğının ifadəsidir”.

            Ali Məclisin Sədri sakinləri bir daha təbrik etmiş, açılışı bildirən lenti kəsmiş və kənd mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.

            İki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndə üçün iş otağı, kitabxana, mədəniyyət evi və feldşer-mama məntəqəsi yerləşir.

            Kənd mərkəzində yerləşən kitabxanada 7695 kitab vardır. Baxış zamanı qeyd olunmuşdur ki, kənd kitabxanalarının fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməli, oxucuların kitabxanalara cəlb edilməsi, onların mütaliə maraqlarının artırılması, müxtəlif səpgili maarifləndirici tədbirlərin keçirilməsi bundan sonra da davam etdirilməli, kitabxana-oxucu əlaqələri gücləndirilməlidir.

            Boyəhməd Kənd Mərkəzinin binasında 46 yerlik tədbirlər zalı istifadəyə verilmişdir. Bu da kənddə müxtəlif səpgili mədəni-kütləvi tədbirlərin keçirilməsinə imkan verəcəkdir.

            Bildirilmişdir ki, səhiyyənin inkişafına muxtar respublikamızda da xüsusi diqqət göstərilir, şəhər, rayon və kəndlərimizdə ən müasir səhiyyə ocaqları tikilərək istifadəyə verilir, sakinlərə nümunəvi tibbi xidmətin təşkili üçün lazımi şərait yaradılır. Kənd mərkəzinin birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün də 2 otaq ayrılmış, lazımi şərait yaradılmışdır.

            Yeni yaradılan mağaza və bərbərxanada sakinlərə lazımi səviyyədə xidmət göstərmək üçün hərtərəfli şərait vardır.

            Binada fərdi qazanxana quraşdırılmış, həyətdə geniş abadlıq işləri aparılmışdır.

Boyəhməd kənd tam orta məktəbində nümunəvi şərait yaradılıb

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif  Talıbov Boyəhməd kənd tam orta məktəbinə gəlmiş, təhsil ocağının  əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

            Məktəbin müəllimi Heydərəli Novruzov Boyəhməd kənd tam orta məktəbində yaradılan yüksək şəraiti muxtar respublikada uğurla həyata keçirilən təhsil islahatlarının davamı kimi dəyərləndirmiş, kollektiv adından minnətdarlığını bildirmişdir.

            Ali Məclisin Sədri demişdir ki, yenidən qurulan Boyəhməd kənd tam orta məktəbi müasir təhsil ocağına çevrilmişdir. Məktəbdə yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron lövhəli siniflərin və zəngin kitabxananın yaradılması, elektron dərsliklərlə təminat tədrisin keyfiyyətinin yüksəlməsinə imkan verir. Bu şəraitin yaradılmasında əsas məqsəd ondan ibarətdir ki, məktəbdə intellektli, vətənpərvər  gənclər yetişdirilsin.

            Məktəbin nailiyyətlərinin qənaətbəxş olduğunu bildirən Ali Məclisin Sədri demişdir ki, bu il 7 məzundan 2-si ali məktəblərə, 3-ü kolleclərə qəbul olunub. Bu göstəricilər pedaqoji kollektivin səyinin, çəkdiyi zəhmətin nəticəsidir. Kollektiv yaradılan hərtərəfli şəraitin müqabilində bundan sonra da səylə çalışmalı, ölkəmiz üçün təhsilli, vətənpərvər kadrların yetişdirilməsinə öz töhfəsini verməlidir.

            Ali Məclisin Sədri qazanılan uğurlara görə kollektivə təşəkkürünü bildirmiş, məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.

            Məlumat verilmişdir ki, məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya laboratoriyası, hərbi kabinə, kom­pyuter otağı və kitabxana istifadəyə verilmişdir.

            Kimya-biologiya laboratoriyasında və hərbi kabinədə müvafiq fənlərin tədrisi üçün lazımi şərait yaradılmış, sınaq-təcrübə cihazları qoyulmuş, məlumat stendləri asılmışdır. Məktəbin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına da diqqət yetirilmiş, 4 kompyuter quraşdırılmış və internetə qoşulmuşdur.

*   *   *

            Milax, Ləkətağ və Boyəhməd kəndlərində bir sıra abadlıq işləri də görülmüşdür. Belə ki, Ləkətağ kəndində 2760 metr uzunluğunda müxtəlif dia­metr­li borularla içməli su xətti çəkilmiş, 50 metr uzunluğunda kaptaj tikilmiş, 77 evə içməli su verilmişdir. Bundan başqa, kəndlərdə, ümumilikdə, 260 metr uzunluğunda müxtəlif dia­metr­li qaz xətlərinin yeri dəyişdirilmiş,  660 metr yeni qaz xətti, 3500 metr elektrik xətti və 3500 metr fiberoptik rabitə xətti çəkilmişdir.

Sosial qayğıya ehtiyacı olan vətəndaşlar üçün fərdi yaşayış evləri tikilmişdir

Muxtar respublikamızın hərtərəfli sosial-iqtisadi inkişafı, ilk növbədə, insanların rahat yaşayışına və rifah halının yüksəldilməsinə xidmət edir. Artıq muxtar respublikada insanların yüksək həyat standartları səviyyəsində yaşayışı icra olunan sosial siyasətin başlıca istiqamətidir. Sosial qayğıya ehtiyacı olan vətəndaşlar üçün fərdi yaşayış evlərinin tikilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

            Bu il Culfa rayonunun Gülüstan kənd sakini, birinci qrup əlil Arif Zamanov üçün üçotaqlı, Boyəhməd kənd sakini, üçüncü qrup Vətən müharibəsi əlili Vüqar Yunisov üçün ikiotaqlı fərdi yaşayış evləri tikilmişdir.

            Dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov evlərin orderlərini təqdim etmiş, onlara yeni mənzillərində xoş günlər arzulamışdır.

            Mənzillərdə hər cür məişət şəraiti yaradılmış, həyətlərdə abadlıq işləri aparılmış, içməli su xətti çəkilmişdir.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3045056
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
817
5665
22288
96387
3045056

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter