20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

İyulun 5-də Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mənzillərdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, təmirli mənzillərdən 37-si birotaqlı, 107-si ikiotaqlı, 126-sı üçotaqlı, 36-sı isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 24 min kvadratmetrdir. Yeni yaşayış kompleksində hazırda Pirallahı rayonundakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar.
Sonra Laçın rayonu Bozlu tam orta məktəbindəki şəraitlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, bu təhsil ocağı 220 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən məktəbdə təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər.
Sonra dövlətimizin başçısı və birinci xanım məcburi köçkünlərlə görüşüblər.
Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC

İyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov aidiyyatı üzrə məlumat vermişlər.

Ardını oxu...

İyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Kəngərli Rayon Mərkəzi Xəstəxanasının baş tibb bacısı Ramidə Rüstəmova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edərək demişdir: “Naxçıvan Muxtar Respublikasının digər yaşayış məntəqələrində olduğu kimi, Kəngərli rayonunda da bütün sahələr inkişaf etdirilir. Görülən işlər səhiyyə xidmətinin də hərtərəfli təşkilinə imkan verir. Rayon mərkəzi xəstəxanası yenidən qurulmuş, müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. İcbari tibbi sığortanın tətbiqi də bu tədbirlərin davamı kimi həm səhiyyə işçiləri, həm də sakinlər tərəfindən minnətdarlıqla qarşılanır".
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, müasir infrastrukturun yaradılması əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəltmişdir. Kadr hazırlığının aparılması, səhiyyə müəssisələrində ən müasir tibbi avadanlıqların quraşdırılması, yeni texnologiyaların tətbiqi mürəkkəb cərrahi əməliyyatların, eləcə də bütün müayinə və müalicələrin muxtar respublikada aparılmasına imkan verir. Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir. Sədərək və Şərur rayonlarından sonra 2019-cu ilin yanvar ayından Kəngərli rayonunda da İcbari tibbi sığortanın tətbiqinə başlanılmış və işlər uğurla başa çatdırılmışdır. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, qarşıya qoyulan vəzifələrin icrasında daha səylə çalışacaqlarına söz vermişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də “Baker Hughes, a GE company” şirkətinin sədri, prezidenti və baş icraçı direktoru Lorenzo Simonellini qəbul edib.

Qəbula görə minnətdarlığını bildirən Lorenzo Simonelli Prezident İlham Əliyevlə görüşdən məmnun olduğunu vurğulayıb. O, Azərbaycanda böyük inkişaf proseslərinin şahidi olduğunu deyib və ölkəmizdə neft və qaz sənayesi, turizm, idman və digər sahələrdə əldə olunan nailiyyətlərin önəmini qeyd edib. Lorenzo Simonelli Azərbaycanda 1840-cı illərdə sənaye üsulu ilə ilk neft quyusunun qazıldığını vurğulayaraq təmsil etdiyi şirkətin Azərbaycanın neft və qaz sənayesinin inkişafına töhfə verməsindən məmnunluq hissi keçirdiklərini deyib.

Dövlətimizin başçısı “Baker Hughes, a GE company” şirkətinin Azərbaycanla neftayırma və digər sahələrdə əməkdaşlığının uğurlu nəticələrinin ölkəmizin enerji sektorunun modernləşməsinə töhfə verməsini yüksək qiymətləndirib. Azərbaycanda əldə olunan nailiyyətlərə toxunan Prezident İlham Əliyev ölkəmizin enerji, sənaye və digər sahələrdə böyük inkişaf əldə etməsinin əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı Lorenzo Simonellinin Azərbaycana səfərinin səmərəli keçəcəyinə əminliyini bildirib.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük İdarəsi üçün yeni kompleks inşa olunur.
İyulun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleksin inşası ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 18 hektar ərazidə inşa olunan kompleks yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və sürətli keçidin təmin olunması üçün nəzərdə tutulan VİP və CİP zallarından ibarət olacaqdır. Kompleksdə əsas tikinti işləri başa çatdırılıb. Gömrük nəzarəti və rəsmiləşdirilməsinin texnoloji sxeminə uyğun olaraq giriş-çıxış zolaqları bir-birindən ayrı nəzərdə tutulub. Üç zolaqla avtobus və minik nəqliyyat vasitələri, iki zolaqla yük nəqliyyat vasitələri hərəkət edəcəkdir. Bir zolaq isə sürətli keçid üçün istifadə olunacaqdır.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4277830
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
795
5856
30995
109188
4277830

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter