16 Fevral 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı belə geniş tərkibdə nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycanla Almaniya arasında əməkdaşlığın və tərəfdaşlığın yaxşı göstəricisi kimi ­dəyərləndirərək ölkələrimizin və biznes dairələrinin əlaqələrimizin genişləndirilməsi üçün qarşılıqlı maraq göstərməsindən məmnunluğunu ifadə edib. Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu söyləyib.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən energetika, neft-kimya, qeyri-neft sektoru, təhsil, peşə təhsili və digər sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, alman şirkətlərinin Azərbaycandakı sənaye zonalarına maraq göstərdikləri qeyd olunub, onların Sumqayıt Kimya Sənaye Parkında iştirakına dair məsələlər müzakirə edilib.

AZƏRTAC

Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb.

Səfir Vey Cinhua ölkələrimiz arasındakı dostluq münasibətlərinin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib, ulu öndərin vətəni Naxçıvana səfərinin əhəmiyyətini vurğulayıb. Çin-Azərbaycan əlaqələrinə diqqəti çəkən səfir Naxçıvan şəhərində yeni uşaq bağçasının qurulmasındakı əməkdaşlığı ikitərəfli münasibətlərə töhfə kimi dəyərləndirib. Vey Cinhua ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına verdiyi dəstəyə görə Ali Məclisin Sədri Vasif Talıbova minnətdarlıq edib.

Ali Məclisin Sədri bir neçə gündən sonra Çində yeni ilin qarşılanacağını bildirib və bu münasibətlə səfiri təbrik edib, Azərbaycan-Çin əlaqələrinin genişləndiyini, bunun tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığın nümunə səviyyəsində olduğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasındakı əlaqələrdən, xüsusilə "Huawei" şirkəti tərəfindən yeni texnologiyaların tətbiqi sahəsində həyata keçirilən layihələrdən danışan Ali Məclisin Sədri Naxçıvan şəhərində yeni uşaq bağçasının qurulmasında Çinin ölkəmizdəki səfirliyinin dəstəyini qeyd edib və əməkdaşlığın müxtəlif sahələrdə inkişafının vacibliyini vurğulayıb.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Yanvarın 31-də Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua açılışı bildirən lenti kəsmişlər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik və quruculuq yolu Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərinin siması tamamilə dəyişilmişdir. Həyata keçirilən tədbirlər sırasında uşaq və gənclərin sağlam böyüməsi, onların təhsili və tərbiyəsi xüsusi yer tutur. Yeni məktəb binalarının, idman obyektlərinin, səhiyyə müəssisələrinin və müasir uşaq bağçalarının istifadəyə verilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu gün istifadəyə verilən 2 nömrəli uşaq bağçası da gələcəyimiz olan uşaqlara göstərilən qayğının daha bir ifadəsidir. Mirsənani Seyidov demişdir: Yeni uşaq bağçasının körpələr qrupunun mebel və avadanlıqlarla təmin olunmasında Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi də öz dəstəyini göstərmişdir. Bu dəstəyə görə cənab səfirə minnətdarlığımızı bildiririk. Ali Məclis Sədrinin “Uşaqlara qayğı göstərmək, onları himayə etmək gələcəyimizə hesablanmış tədbirlərdir. Ona görə də məktəbəqədər tərbiyə müəssisələrində uşaqların tərbiyəsi, onlara ilkin biliklərin dərindən öyrədilməsi, məktəbə hazırlanması və əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır”,- fikirlərini diqqətə çatdıran Mirsənani Seyidov uşaqlarımızın sağlam böyüməsinə göstərdiyi yüksək qayğıya və yeni uşaq bağçasının istifadəyə verilməsinə görə Naxçıvan şəhər ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Ardını oxu...

Muxtar respublikada hava nəqliyyatı müasir tələblər səviyyəsində qurulmuşdur. Bu sahədə xidmətin hərtərəfli təşkili daim diqqətdə saxlanılır. Turizm bölgəsi olan Şahbuz rayonunda yeni aviakassanın istifadəyə verilməsi də mühüm əhəmiyyətə malikdir.
Yanvarın 30-da Şahbuz şəhərində yeni Aviakassanın açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli çıxış edərək demişdir ki, Naxçıvan Beynəlxalq Hava Limanında böyük quruculuq işləri aparılmış, uçuşların təhlükəsizliyi təmin olunmuş, mövcud xidmət potensialı daha da artmışdır. Hava limanında sərnişin və yükdaşımaları müasir səviyyəyə çatdırılmışdır. Müasir memarlıq üslubunda tikilən Şahbuz Şəhər Aviakassası da bu sahədə görülən işlərin davamıdır. Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğıya görə mülki aviasiya işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Ardını oxu...

Qədim tariximizin, milli dəyərlərimizin və mədəni irsimizin qorunub yaşadıldığı yaşayış məntəqələrindən biri də Şahbuz rayonudur. Özünəməxsus adət-ənənələri, folklor nümunələri, musiqi mədəniyyəti və aşıq sənəti Şahbuz rayonunda tarixən mədəniyyətin inkişafına səbəb olmuşdur. Son illər rayonda aparılan quruculuq işləri mədəniyyət müəssisələrini də əhatə etmiş, mədəniyyət kollektivlərinin fəaliyyəti üçün geniş imkanlar açmışdır.
Yanvarın 30-da Şahbuz Rayon Mədəniyyət Sarayı istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin­­ Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək demişdir ki, bu gün muxtar respublikamızda mədəniyyətin inkişafı təmin edilmişdir. Son illər mədəniyyət müəssisələri üçün yeni binaların istifadəyə verilməsi, mədəni irsimizin qorunması, yeni muzeylərin, uşaq musiqi və incəsənət məktəblərinin yaradılması, kənd mərkəzlərində kitabxana və mədəniyyət evləri üçün binaların istifadəyə verilməsi, eləcə də xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin bərpası və öyrənilməsi, elmi konfransların keçirilməsi, görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı verilən fərman və sərəncamlar mədəniyyətimizin inkişafına mühüm töhfədir. Şahbuz Rayon Mədəniyyət Sarayı üçün yeni binanın inşası da mədəniyyətə göstərilən böyük qayğının bariz nümunəsidir. Natəvan Qədimova mədəniyyətə və incəsənətə göstərdiyi diqqət və qayğıya görə muxtar respublikanın mədəniyyət işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmiş, yaradılan şəraitə və göstərilən qayğıya əməli işlə cavab verəcəklərinə söz vermişdir.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3698800
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1051
2209
14698
39892
3698800

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter