18 İyul 2019, Cümə axşamı

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

İyulun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə ­görüşmüşdür.
Ali Məclisin Sədri səfiri muxtar respublikada görməkdən məmnunluğunu ifadə etmişdir.
Vladislav Kanevski Naxçıvana səfərə mühüm əhəmiyyət verdiklərini bildirmiş, göstərilən diqqətə görə minnətdarlıq etmişdir. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdən danışan səfir Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafını bu baxımdan mühüm amil kimi dəyərləndirmiş, qarşıdakı dövrdə səylərini artıracağını bildirmişdir.
Ali Məclisin Sədri blokada şəraitində yaşamasına baxmayaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikasında tələbatın yerli istehsal hesabına ödənildiyini və ərzaq təhlükəsizliyinin təmin olunduğunu diqqətə çatdırmışdır. Naxçıvan Muxtar Respublikası ilə Ukrayna arasında iqtisadi-ticarət əlaqələrinin həcminin artan dinamika ilə davam etdiyini bildirən Ali Məclisin Sədri ali və ümumtəhsil məktəbləri arasındakı qarşılıqlı əməkdaşlıqdan danışmış, əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Hörmətli deputatlar və sessiya iştirakçıları!
Bu il ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 50 ili tamam olur. Dahi şəxsiyyətin ölkəmizə birinci ­rəhbərliyi dövründə mühüm işlər görülmüş, 1969-cu ilin 14 iyulu Azərbaycanın inkişaf və tərəqqi tarixinə çevrilmişdir. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən ulu öndər ölkəmizə ikinci rəhbərliyi dövründə isə Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını və milli inkişaf konsepsiyasını yaratmış, xalqımız Milli Qurtuluşa nail olmuş, dövlətçiliyimiz və müstəqilliyimiz qorunub saxlanılmışdır.
Əsası ümummilli liderimiz tərəfindən qoyulmuş inkişaf strategiyası bu gün Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. “Ailə təsərrüfatları ili” olan 2019-cu ilin birinci yarısında da muxtar respublikada daxili imkanlardan səmərəli istifadə olunmuş, iqtisadi inkişaf təmin edilmiş, yeni istehsal və xidmət sahələri yaradılmış, iş yerləri açılmışdır. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi qeyd edilmiş, dövlət proqramlarının uğurlu icrası, mövcud potensialdan səmərəli istifadə iqtisadiyyatı şaxələndirmiş, bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:
Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası gəlirlər
üzrə 86 794 879 manat, xərclər üzrə 354 466 625 manat məbləğində olmaqla təsdiq edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 28 iyun 2019-cu il

İyunun 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilmişdir.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir.
1. 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

Ardını oxu...

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına burada aparılmış yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilərək bildirilib ki, 11 hektar ərazini əhatə edən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tikinti, təmir və yenidənqurma işləri 2018-ci ilin fevral ayında başlanıb. Hərbi Liseyin ərazisində qərargah binası, kursant yataqxanası, tibb məntəqəsi, hamam-­camaşırxana-qazanxana kompleksi inşa edilib, eləcə də mövcud binalar əsaslı təmir olunub və qurğular yerləşdirilib. Burada sahəsi 1800 kvadratmetr olan üçmərtəbəli yeni qərargah binası inşa olunub. Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, abadlıq tədbirləri görülüb. Binanın qarşısında Cəmşid Naxçıvanskinin büstü və ətrafında xatirə kompleksi yerləşir.
Sonra Prezident İlham Əliyev Hərbi Liseydəki Heydər Əliyev Muzeyi və dördmərtəbəli yataqxana korpusu ilə, Hərbi Liseyin klubunda, kursant yeməkxanasında və tədris korpusunda yaradılan şəraitlə tanış olub.
Prezident, Ali Baş Komandan İlham Əliyev 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarını və müəllimlərini təbrik edib.

AZƏRTAC

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4269863
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4462
6483
23028
101221
4269863

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter