20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Noyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə görüşmüşdür.
Ali Məclisin Sədri İrfan Siddiqi Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik etmiş, səfirin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Böyük Britaniyanın ölkəmizdəki səfirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasında bir sıra layihələrin həyata keçirildiyini xatırladan Ali Məclisin Sədri bundan sonra da ikitərəfli əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən İrfan Siddiq Naxçıvan Muxtar Respublikasına səfərinin mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan qonaq diplomatik fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırmışdır.
Görüşdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi. Rusiya Federasiyasının Həştərxan Vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığa toxunan Aleksandr Jilkin son illər ticarət dövriyyəsinin 4 dəfə çoxaldığını vurğulayaraq bunun növbəti illərdə daha da artacağına ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı, bu əlaqələrin möhkəmlənməsinə Aleksandr Jilkinin verdiyi töhfəni yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan Vilayəti arasında dostluq əlaqələrinin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Həyata keçirilən birgə layihələrə toxunan dövlətimizin başçısı paytaxtımızda istifadəyə verilməsi nəzərdə tutulan “Həştərxan-Bakı” parkını dostluğumuzun yaxşı nümunəsi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə Aleksandr Jilkinin Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildiyini dedi və ordeni ona təqdim etdi.
Rusiya Federasiyası Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycanın yüksək ordenlərindən olan “Dostluq” ordeni ilə təltif olunduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Fransanın xarici ticarət naziri, ikitərəfli iqtisadi əməkdaşlıq komissiyasının həmsədri xanım Nikol Brikin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı əməkdaşlığın nəticələrinin yüksək səviyyədə olduğunu dedi. Prezident İlham Əliyev Fransa şirkətlərinin ölkəmizdəki fəaliyyətinin genişlənməsinin önəmini qeyd etdi. İkitərəfli iqtisadi əməkdaşlıq komissiyasının iclasına toxunan dövlətimizin başçısı iclasda müzakirə olunacaq məsələlərin ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.
Fransanın yeni hökumətinin ilk naziri kimi Azərbaycana səfər etdiyini vurğulayan xanım Nikol Brik strateji baxımdan xüsusi əhəmiyyətə malik olan Azərbaycanda Fransa şirkətlərinin fəaliyyətinin daha da genişləndirilməsində ölkəsinin maraqlı olduğunu dedi.
Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulandı, yeni sahələrin müəyyənləşdirilməsinin əhəmiyyəti qeyd olundu, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Təhsil xalqın intellektual potensialını formalaşdıran və elmi səviyyəsini yüksəldən mühüm sosial sahədir. Hər bir ölkənin inkişafı, ilk növbədə, qabaqcıl texnologiyalara əsaslanan təhsil sistemi ilə ölçülür. Çünki təhsil sahəsində əldə olunan nailiyyətlərin iqtisadi amilə çevrilməsi sosial-iqtisadi inkişafın təmin edilməsində əsas məsələdir. Son illər muxtar respublikada təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, yeni məktəb binaları tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, təhsil infrastrukturu yenilənmişdir.
Noyabrın 26-da Naxçıvan şəhərinin Əli­abad qəsəbəsində 16 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Ekmələddin İhsanoğlunu qəbul etmişdir.
Baş katib Ekmələddin İhsanoğlu yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, İslam Əməkdaşlıq Təşkilatını təmsil edən böyük müşahidə missiyasının seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırdı. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri olduğunu vurğulayan Ekmələddin İhsanoğlu təşkilatın layihələrinə Azərbaycanın verdiyi dəstəyin önəmini qeyd etdi.
Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

*  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də konqresmenlər – Vaşinqton ştatından demokrat Cim MakDermott, Virciniya ştatından demokrat Ceyms Moran, Missuri ştatından respublikaçı Billi Lonq, Nyu Cersi ştatından demokrat Donald Peyndən ibarət ABŞ nümayəndə heyətini qəbul etmişdir.

*  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” seçilmişdir. Noyabrın 24-də bu münasibətlə mərasim keçirilmişdir. Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

AzərTAc

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4277843
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
808
5856
31008
109201
4277843

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter