23 Aprel 2019, Çərşənbə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

“Bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 avqust tarixli Sərəncamı ilə Muradov Hicran Xasay oğlu Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin sədri və Bəylərli Səxavət Şahhüseyn oğlu Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri təyin edilmişlər.
“Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 avqust tarixli Sərəncamı ilə Novruzov Səxavət Hüseyn oğlu Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və Bağırov Allahverdi Əsəd oğlu Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin hakimi təyin edilmişlər.

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfərə gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə Kürdəmir şəhərinin mərkəzindəki Heydər Parkında xalqımızın ümummilli liderinin abidəsi önünə gül dəstəsi qoydu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Külüllü su mənbəyindən Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı Kürdəmir şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basdı.
Həmin gün Kürdəmir Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev binada yaradılmış şəraitlə tanış olmuşdur.
Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirə səfəri çərçivəsində heyvandarlıq və süd kompleksi ilə tanış olmuşdur.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 6 avqust tarixli sərəncamları ilə 2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində müvəffəqiyyət qazanan ümumtəhsil məktəbləri və müəllimlər mükafatlandırılmışlar. Həmin ümumtəhsil məktəbləri və müəllimlər arasında muxtar respublikamızda fəaliyyət göstərən məktəblər və müəllimlər də var.

“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışlar:

              Naxçıvan şəhəri 10 nömrəli tam orta məktəb

              Ordubad şəhəri 3 nömrəli tam orta məktəb

              Şərur şəhəri 1 nömrəli tam orta məktəb

“Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışlar:

              Axundova Vəfa Tahar qızı
              Məmmədzadə Dilrubə Tapdıq qızı
              Quliyev Yunis Allahqulu oğlu
              Seyidov Rza Hüseyn oğlu
              Seyidova Rəsmiyyə Bəbir qızı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempelin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir xanım Haydrun Tempel etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edən Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempel Prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı. O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini dedi.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Azərbaycanla Almaniyanın uzun illər fəal əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev bu əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd etdi. İkitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyən dövlətimizin başçısı xanım Haydrun Tempelin bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Görüşdə Avropa İttifaqı, Cənub dəhlizi, qeyri-neft sektoru, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ekoloji problemlərin həllinə qayğı ilə yanaşaraq demişdir: “Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda ölkənin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür... Neft-qaz tükənən sərvətdir. Ancaq təbiət, ətraf mühit daimi sərvətdir”.
Bu gün Naxçıvan Muxtar Respublikasında ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Keçirilən iməciliklər zamanı yeni yaşıllıq zolaqları salınır, əkilən hər bir ağaca vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilir. Təkcə 2013-cü ilin birinci yarısında muxtar respublikada 230 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmışdır.
Avqustun 3-də muxtar respublikada növbəti iməciliklər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığında salınmış 8 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.
Ötən iməciliklər zamanı ərazidə 5 mindən artıq meyvə tingləri əkilmiş, damcılı suvarma sistemi qurulmuşdur. İməcilik iştirakçıları ağaclara aqrotexniki quluq göstərmiş, suvarma işləri aparmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3883048
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
114
4106
4220
73439
3883048

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter