20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Noyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Avtandil Beridze ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı əlaqələrin qədim tarixə və dərin köklərə malik olduğunu qeyd etmiş, hazırda bu əlaqələrin yeni strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, hər iki muxtar respublikanın turizm, təhsil, səhiyyə, iqtisadi-ticarət və nəqliyyat sahələrindəki münasibətləri məmnunluq doğurur.
Əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini bildirən Ali Məclisin Sədri ötən il Acarıstan Muxtar Respublikasında səfərdə olduğunu xatırlatmış, Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədrini Naxçıvan Muxtar Respublikasına rəsmi səfərə dəvət etmişdir.
Göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə Ali Məclisin Sədrinə təşəkkür edən Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Avtandil Beridze demişdir ki, Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında qurulan əlaqələr uğurlu inkişaf yolu keçərək yeni mərhələyə yüksəlmişdir. Qonaq tarixən dostluq və qarşılıqlı əməkdaşlıq səviyyəsində inkişaf edən münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür.
Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında xüsusi xidmətlərə görə Süleyman Dəmirəl Azərbaycan dövlətinin yüksək ordeni olan “Şərəf” ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev “Şərəf” ordenini Süleyman Dəmirələ təqdim etmişdir.

*    *    *

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl birgə nahar etmişlər.

AzərTAc

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu işə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun açılış mərasimində iştirak etmişlər.
Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilmişdir.
Forumun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putindir.
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak edir. Onlar arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər vardır. İki gün ərzində forumda səkkiz sahə üzrə dəyirmi masalar təşkil ediləcəkdir.
Forumun rəsmi açılışında Prezident İlham Əliyev çıxış etmişdir.

AzərTAc

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə:
    İsmayılov Həsən Əhməd oğlu – “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı;
    Bayramov Bəhruz Surxay oğlu
    Novruzov Vəli Zihralı oğlu – “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı;
    Abbasov Xeyrulla Abbas oğlu
    Həsənov Fikrət Əyyub oğlu
    Hüseynov Əli Abdulla oğlu
    Kazımov Əziz Məmməd oğlu
    Qaybalıyev Məhəmməd İman oğlu
    Məmmədov Əfqan Xəlil oğlu
    Nağıyev Bahadur Kamil oğlu
    Rəhimova Ərkinaz Sadıx qızı
    Rzayev Niyaz Qurban oğlu
    Zeynalov İlqar Arif oğlu −  “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.   

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 31 oktyabr 2013-cü il

Culfa rayonunun Teyvaz kəndində kompleks quruculuq işləri aparılmışdır

Muxtar respublika iqtisadiyyatının sürətli inkişafı, şəhər və kəndlərin simasının nəzərəçarpacaq dərəcədə yeniləşməsi bir məqsədə – əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Kəndlərdə müasir infra­strukturun yaradılması – yeni məktəb binalarının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyalarının tikilməsi, abad yolların salınması isə yaşayış məntəqələrinin inkişafına səbəb olmuşdur. Bu inkişaf və tərəqqi Culfa rayonunun kəndlərini də əhatə etmişdir.
Oktyabrın 31-də Culfa rayonunun Teyvaz kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Teyvaz kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur

Təhsilin inkişafı dövlətin və xalqın etibarlı gələcəyinin təminatıdır. Müasir tədris infra­strukturu isə bu inkişafı şərtləndirən amildir. Bu mənada muxtar respublikamızda məktəb binalarının tikintisinə xüsusi diqqət yetirilir.
Oktyabrın 31-də Culfa rayonunun Teyvaz kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Məktəbin direktoru Əsgər Abbasov çıxış edərək demişdir ki, muxtar respublikada təhsil sahəsində aparılan quruculuq işləri Culfa rayonunu da əhatə etmişdir. Bu gün rayonun ucqar dağ kəndi olan Teyvazda yeni məktəb binası istifadəyə verilir. Məktəb binasında yaradılan şərait kollektivi daha yaxşı işləməyə ruhlandırır, təhsilin keyfiyyətini yüksəltməyə, qarşıya qoyulan vəzifələrin daha məsuliyyətli yerinə yetirilməsinə sövq edir. Əsgər Abbasov yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4277829
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
794
5856
30994
109187
4277829

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter