18 Yanvar 2019, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara ­alıram:
Şükür Fərəməz oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin­­ başçısı vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2018-ci il

“Apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli Sərəncamına əsasən Allahverdiyev Əli Kərim oğlu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Qurbanov Yusifəli Süleyman oğlu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ­İnzibati-İqtisadi Kollegiyasının sədri, Mirzəyev İlqar Məhərrəm oğlu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri və Quliyev Vüqar Kərim oğlu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri təyin edilmişlər.

* * *

“Bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli Sərəncamı ilə Muradov Hicran Xasay oğlu Naxçıvan Muxtar Respublikası İnzibati­-İqtisadi Məhkəməsinin sədri, Əliyev Zamiq Xudaverdi oğlu Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri, Məmmədov Mehrab Fərmayıl oğlu Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin sədri, Əhmədov Zülfüqar Əziz oğlu Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri, Haqverdiyev Tural Ziyat oğlu Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinin sədri, Zülfüqarov Hüseyn Nadir oğlu Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsinin sədri, Əliyev Mehdi Ədalət oğlu Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin sədri təyin edilmişlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Cavid Fəxrəddin oğlu Səfərov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 20 dekabr 2018-ci il

 

Şərur rayonu qədim tarixə malikdir. Min illər boyu əcdadlarımız bu torpaqda ardıcıl həyat sürmüş, zəngin mədəniyyət və dəyərlər sistemi formalaşdırmışlar. Bəşər sivilizasiyasının ilkin dövrünün yadigarları olan Oğlanqala, Qazma mağarası, Ovçular təpəsi və Qız qalası kimi qədim yaşayış yerlərində aparılan tədqiqatlar Naxçıvan tarixinin öyrənilməsində yeni mərhələ təşkil edir. Bu gün Şərur rayonunun tarixi sistemli şəkildə tədqiq və təbliğ olunur. Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi də bu tədbirlərin davamıdır.
Dekabrın 20-də Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Ali Məclisin Sədri muzeyin yeni binasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək demişdir: Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi ümummilli liderimiz Heydər Əliyevin 1980-ci ildə rayonlarda Tarix-Diyarşünaslıq Muzeylərinin yaradılması haqqında imzaladığı qərara əsasən yaradılıb. Ötən dövrdə muzeyin fondu eksponatlarla zənginləşdirilib. Muzeyin fondunda 7 mindən artıq eksponatın olması Şərur rayonunun qədim tarixə və zəngin mədəniyyətə malik olmasının göstəricisidir. Şərur rayonu ilk insan yaşayış məskənlərindəndir. Rayonda Qazma mağarası, Oğlanqala, Qız qalası, Maxta Kültəpəsi və digər tarixi yerlər bu ərazilərin ilk insan yaşayış məskəni olduğunu sübut edir. Bunun nəticəsidir ki, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində bütün tarixi inkişaf dövrlərinə aid eksponatlar mövcuddur.

Ardını oxu...

Dekabrın 20-də Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzil təqdim olunmuş, 1 Çernobıl əlilinə isə “NAZ- Lifan 320” markalı minik avtomobili verilmişdir.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3608458
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
44
72192
85598
131700
3608458

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter