23 Aprel 2019, Çərşənbə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II hissənin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində “Naxçıvan şəhər Ticarət və Xidmət Departamenti” publik hüquqi şəxsi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin və bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 9 mart 2019-cu il

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə şəhərin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus yeni inşa olunmuş evə gəliblər. Prezident İlham Əliyev və birinci xanım evdə yaradılan şəraitlə tanış olublar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salman Mümtaz küçəsinin sakinləri ilə söhbət ediblər, onları narahat edən məsələləri dinləyiblər.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Surə Namidar qızı Seyid Naxçıvan Muxtar RespublikasıAli MəclisiAparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 7 mart 2019-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 mart 2019-cu il tarixli Sərəncamı iləAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 27-ci ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə bir qrup hərbi qulluqçu təltif edilmişdir. Təltif olunanlar arasında Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçusu da vardır.

Seyidov Orxan Mir Qafar oğlu – kapitan

“Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 mart 2019-cu il tarixli Sərəncamı ilə polkovnik Niftaliyev Səlim Cəfər oğluna general-mayor ali hərbi rütbəsi verilmişdir.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3883370
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
436
4106
4542
73761
3883370

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter