23 Mart 2019, Şənbə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

 Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi…

More...
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Birləşmiş Ərəb Əmirliklərinin enerji və…

More...
Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib

Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ISESCO-nun baş direktoru Əbdüləziz Osman…

More...
Mənəvi dəyərlərimizə böyük qayğı

Mənəvi dəyərlərimizə böyük qayğı

 Naxçıvanda yeni məscid inşa olunur…

More...
Naxçıvanda Novruz bayramı münasibətilə  ümumxalq şənliyi keçirilib

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Ölkə Prezidenti cənab İlham Əliyev Novruz bayramı…

More...
Mənzillər təqdim olunub

Mənzillər təqdim olunub

Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində…

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.
Prev Next

Bayram şənliyi unudulmaz anlarla davam edir

23-03-2019

Bayram şənliyi unudulmaz anlarla davam edir

İnsanları birlik, bərabərlik ruhuna kökləyən, yüksək mənəvi-əxlaqi keyfiyyətlər aşılayan Novruz bayramı hər il olduğu kimi bu ildə muxtar respublikamızda yüksək səviyyədə qeyd olunur. Artıq bir neçə gündür ki, qədim şəhərimizdə...

Ardını oxu..

“Novruz qatarı” xoş ovqat, əsl bayram əhval-ruhiyy…

22-03-2019

“Novruz qatarı” xoş ovqat, əsl bayram əhval-ruhiyyəsi bəxş edib

 Fəal tələbə gənclər ekskursiya zamanı Azərbaycanın incisi Ordubadla daha yaxından tanış olublar Martın 21-də Naxçıvan Muxtar Respublikası Gənclər Fondu  və Naxçıvan Dəmir Yolları Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramı...

Ardını oxu..

Naxçıvanda təşkil olunan bayram şənlikləri burada …

22-03-2019

Naxçıvanda təşkil olunan bayram şənlikləri burada iştirak edən qonaqlarda xoş təəssüratlar oyadıb

 Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində martın 19-dan başlayan Novruz şənliklərində yüzlərlə muxtar respublika sakini, xarici vətəndaşlar və turistlər iştirak edirlər. Biz də bu bayram şənliklərində iştirak edən insanlarla həmsöhbət...

Ardını oxu..

Novruz bayramı muxtar respublikamızda yüksək əhva…

20-03-2019

Novruz bayramı muxtar respublikamızda  yüksək əhval-ruhiyyə ilə qeyd edilib

Şərur rayonu Mart ayının 19-da Şərur şəhərində də ümumrayon bayram şənliyi keçirilib. Əvvəlcədən baharı, Novruzu təmsil edən müxtəlif şüar və plakatlarla, üçrəngli bayrağımızla bəzədilmiş meydanda rayon Mədəniyyət Şöbəsi musiqi və teatr...

Ardını oxu..

Melioratorlar suvarma mövsümünə hazırdır

19-03-2019

Melioratorlar suvarma mövsümünə hazırdır

Muxtar respublikada su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması istiqamətində görülən işlərin əhatə dairəsi genişləndirilir. Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşları tərəfindən fevral ayında 250 metr yeni suvarma...

Ardını oxu..

“Milli-mənəvi dəyərlərimiz: Novruz bayramı” mövzu…

19-03-2019

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün keçilən interaktiv dərsdə AMEA Naxçıvan Bölməsinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Aytən...

Ardını oxu..

Beynəlxalq Poeziya Günü qeyd olunub

19-03-2019

C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, 1999-cu ildə YUNESKO-nun...

Ardını oxu..

Naxçıvan Azərbaycanda Avropa şəhərlərini xatırlad…

19-03-2019

Naxçıvan Azərbaycanda Avropa şəhərlərini  xatırladan məkandır

Diaspor.info saytının məlumatına görə, bu günlərdə Ukrayna Respublikasında yaşayan bir çox diaspor təşkilat rəhbərləri Azərbaycanda olublar. Onlardan bir neçəsi Azərbaycanın Şərq Qapısı sayılan, qədim tarixi ilə seçilən Naxçıvan Muxtar Respublikasına...

Ardını oxu..

Çanaqqala zəfərinin ildönümü qeyd olunub

19-03-2019

Çanaqqala zəfərinin ildönümü  qeyd olunub

Hər il martın 18-də türk xalqının müttəfiq dövlətlərin “Yenilməz Armada”sına qarşı ölüm-dirim savaşında qazandığı Çanaqqala zəfərinin ildönümü Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında qeyd olunur. Dünən Çanaqqala zəfərinin 104-cü ildönümü və...

Ardını oxu..

Tarixlərdə yaşayan ulu Naxçıvan

16-03-2019

Tarixlərdə yaşayan ulu Naxçıvan

Naxçıvan… Bu adı çəkərkən insanın ağlına gələn ilk düşüncə ululuq, müqəddəslik və qəhrəmanlıq məfhumlarıdır. Məhz bu amillər qədim Naxçıvan torpağının böyüklüyünü, nəhəngliyini tarixlər boyu sübuta yetirib. Əsrlərdən gələn həmin rəmz­lər,...

Ardını oxu..
Prev Next

İqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə …

20-03-2019

Bu günlərdə Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-İran biznes-forumu keçirilib. Tədbirdə hər iki tərəfdən turizm, sənaye, əczaçılıq, tikinti, ticarət, tekstil, maliyyə...

Ardını oxu..

Bu bayram da süfrələrimizdə bolluq olacaq

19-03-2019

Bu bayram da süfrələrimizdə  bolluq olacaq

Xalqımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən Novruz bayramının əsas atributlarından biri də bayram süfrəsidir. Bir neçə ildir ki, Naxçıvan şəhərindəki Mərkəzi bazarda təşkil olunan ənənəvi bayram yarmarkası...

Ardını oxu..

İstehlakçı hüquqları qorunur

15-03-2019

15 mart – Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü bütün dünyada olduğu kimi, ölkəmizdə də qeyd edilir. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli ­liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1995-ci...

Ardını oxu..

Elektron ticarət dövriyyəsinin artırılması günün t…

14-03-2019

Elektron ticarət dövriyyəsinin artırılması günün tələbidir

İqtisadiyyat inkişaf edib, texnoloji yeniliklər insan həyatına sürətlə tətbiq olunduqca rifahımızı artıran, eləcə də daha artıq inkişaf üçün yeni fürsətlər açan sahələrə də maraq çoxalır. Ənənəvi ticarətə alternativ olaraq sürətlə...

Ardını oxu..

510 daşınmaz əmlak dövlət qeydiyyatına alınıb

14-03-2019

Muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən fevral ayında da diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar...

Ardını oxu..

Operativ vergi nəzarəti tədbirləri görülür

14-03-2019

2019-cu ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılmışdır....

Ardını oxu..

Muxtar respublikada alternativ və bərpaolunan ene…

13-03-2019

Muxtar respublikada alternativ və bərpaolunan  enerji mənbələrindən istifadə imkanları artırılır

Naxçıvan Muxtar Respublikasının əlverişli iqlim şəraiti alternativ və bərpaolunan enerji növlərinin inkişafına möhkəm zəmin yaradır. Bu məqsədlə yeni texnoloji avadanlıqlar əsasında elektrik stansiyaları tikilib istifadəyə verilir. Hazırda Naxçıvanın ümumi enerji...

Ardını oxu..

Yeni inzibati binanın inşası davam etdirilir

13-03-2019

Yeni inzibati binanın inşası  davam etdirilir

Kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında baytarlıq sahəsinin oynadığı mühüm rol nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və tabeliyindəki qurumların iş şəraiti yaxşılaşdırılır. Ötən ilin aprel...

Ardını oxu..

Fevral ayında 467 abunəçi internetlə təmin olunub

13-03-2019

Muxtar respublikada yeni texnologiyaların tətbiqi, internet resurslarından istifadə imkanlarının genişləndirilməsi, internet və teleradio xidmətlərinin keyfiyyətlərinin yüksəldilməsi ilə əlaqədar tədbirlər uğurla davam etdirilir. Fevral ayında Şərur rayonunun Kərimbəyli Kənd Mərkəzinin...

Ardını oxu..

Zəhmət uğurun açarıdır

13-03-2019

Zəhmət uğurun açarıdır

Muxtar respublikada dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi və təkmilləşdirilməsi qadınların da sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına stimul verib. Hazırda sahibkar qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır, muxtar respublikamızın sosial-iqtisadi...

Ardını oxu..

Noyabrın 8-də Naxçıvan Dövlət Xalça Muzeyinin yenidənqurmadan sonra “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalının, “Naxçıvan xalçaları” sənədli filminin və muzeyin internet saytının təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təqdimat mərasimində çıxış edərək demişdir: “Mədəniyyət və incəsənət daim qayğı tələb edən sahədir. “Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür” deyən ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq milli-mədəni irsimizin qorunmasına xüsusi diqqət və qayğı göstərmişdir. Görülən tədbirlər nəticəsində xalq tətbiqi sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, xalçaçılıq sənəti öz yüksək qiymətini almışdır”.
“Xalçaçılıq tətbiqi sənətimizin elə bir sahəsidir ki, burada xalqımızın zəngin mənəvi aləmi, eləcə də həyat fəlsəfəsinə xas olan xüsusiyyətlər öz əksini tapmışdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, xalça toxumaq sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir. Bu ərazidə istehsal edilən iriölçülü, qalın toxunuşa malik xovlu və xovsuz xalçalardan məişətdə geniş istifadə edilmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir. Orta əsr müəllifləri Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar vermişlər. Bu da xarakterikdir ki, Naxçıvan xalçalarındakı həndəsi və nəbati formalı naxışlara, mifoloji cizgilərə bu ərazidəki tarix və mədəniyyət abidələrində də rast gəlinir.
Ali Məclisin Sədri demişdir: “Naxçıvan xalçaları Azərbaycan xalça sənətini ənənəvi naxışları və elementləri, özünəməxsus rəng çalarları ilə zənginləşdirmişdir. Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi üçün 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılaraq fəaliyyətə başlamış, 2010-cu ildə muzey yeni bina ilə təmin olunmuşdur. Muzeydə Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği sahəsində müəyyən tədbirlər görülmüşdür. Bununla yanaşı, bir sıra təşkilati tədbirlər də həyata keçirilmiş, Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Xalçaçılıq” üzrə peşə kursları açılmış, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi fəaliyyətə başlamış, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunması təşkil olunmuşdur.
Bu sahədə görülən işlərin davamı kimi, “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir. Cəmiyyət xalçaçılıq məktəbinin tədqiqi sahəsində təşəbbüskar olmuş, elmi və praktik əhəmiyyətli tədqiqatlar aparmış, Naxçıvan xalçaçılıq məktəbinə aid əldə etdiyi nadir xalçaları muzeyə hədiyyə etmişdir. Bundan əlavə, “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyəti apardığı elmi araşdırmaların nəticəsi olaraq, nəfis tərtibatlı “Naxçıvan xalçaçıları” kitabını və “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalını hazırlayaraq çap etdirmiş, “Naxçıvan xalçaları” sənədli filmini və Naxçıvan Dövlət Xalça Muzeyinin internet saytını hazırlamışdır. İctimaiyyətə təqdim olunan bu yaradıcılıq məhsulları Naxçıvan xalçaçılıq məktəbinin bərpası və yaşadılması sahəsində çox qiymətli töhfələrdir. Bunlar eyni zamanda “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinin və direktorunun fəal vətəndaş və ziyalı mövqelərinin bəhrələridir. Bütün bunlara görə professor Vidadi Muradova və onunla birlikdə Naxçıvan xalçaçılıq məktəbinə aid xalçaların toplanmasında, kitab və jurnalların, sənədli filmin, internet saytının yaradılmasında əməyi olanların hamısına təşəkkürümü bildirirəm”.
Ali Məclisin Sədri demişdir: “Naxçıvan xalçaları, sadəcə, xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir. Ona görə də bu nümunələrin öyrənilməsi, tədqiqat işlərinin davam etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Naxçıvan xalçaçılıq məktəbini elmi cəhətdən və sistemli şəkildə araşdırmalı, xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin bərpasına çalışmalı, Naxçıvan Dövlət Arxiv İdarəsi ilə birlikdə xalçaçılıq məktəbinə dair elmi nəşrlər hazırlamalıdır.
Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələr Naxçıvan xalçaçılıq məktəbinə aid yeni nəşrlərlə tanış edilməli, bu nəşrlər tədris planına salınmalı, Naxçıvan Dövlət Xalça Muzeyində açıq dərslər keçilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadi İnkişaf nazirlikləri xalçaçılıq kurslarının təşkilini bundan sonra da davam etdirməlidirlər. İqtisadi İnkişaf Nazirliyi xalçaçılıqda istifadə olunan xammalın, təbii boyaların istehsalı və tədarükü üçün müvafiq tədbirlər görməli, xalça sənəti ənənələrinin yayıldığı ərazilərdə xalça istehsalını dəstəkləməli, muxtar respublikadakı xalçatoxuyanlar üçün zəruri şərait yaratmalıdır”.
Ali Məclisin Sədri qeyd etmişdir ki, Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan xalçalarının təbliği sahəsindəki fəaliyyətini genişləndirməli, elmi əsaslarla yeni bələdçi mətnləri hazırlamalı, Naxçıvan Dövlət Xalça Muzeyinin internet saytındakı məlumatların yenilənməsini və elektron müraciətlərin cavablandırılmasını təmin etməlidir. Kütləvi informasiya vasitələrində Naxçıvan xalçaçılıq məktəbi haqqında elmi-kütləvi verilişlər, bu gün ictimaiyyətə təqdim olunan nəşrlər və muzeyin internet saytı barədə məlumatlar hazır­lanmalı, xalça nümunələri və onların işlənmə xüsusiyyətləri ətraflı izah olunmalıdır.
Ali Məclisin Sədri qədim ənənələrə malik olan Naxçıvan xalçaçılıq məktəbinin qorunub yaşadılması və zənginləşdirilməsinin tək bu gün üçün yox, həm də gələcək nəsillər üçün vacib olduğunu qeyd etmiş, aid təşkilatların və elmi müəssisələrin bu sahədə fəaliyyətlərini daha da gücləndirmələrinin vacibliyini bildirmiş, onlara işlərində uğurlar arzulamışdır.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev xalça sənətinin xalqımızın həyatı və məişəti ilə sıx bağlı olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, tariximiz qədər qədim olan xalçaçılıq və bununla bağlı sənət sahəsi Tunc dövründən başlayaraq inkişaf etmiş, daha da zənginləşərək bu günümüzə gəlib çatmışdır. Son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində mühüm addımlar atılmış, mədəni irsimizin qorunması məqsədilə əhəmiyyətli tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalçaçılıq sənətinin qorunmasına və inkişafına hərtərəfli şərait yaratmışdır. Həmçinin muxtar respublikada xalçaçılıq sənətinin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul vermişdir.
“Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, dekorativ-tətbiqi sənət üzrə professor Vidadi Muradov çıxış edərək demişdir ki, bu gün zəngin koloriti, təkrarsız naxışları və orijinal kompozisiyaları ilə seçilən Naxçıvan xalçaçılıq məktəbinin tarixinə əlamətdar səhifə kimi yazılır. “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılan araşdırmalar zamanı Naxçıvan xalça məktəbi, Naxçıvan xalçalarının texniki və bədii xüsusiyyətləri ayrı-ayrılıqda tədqiq və təhlil olunmuşdur. Naxçıvan xalçaları haqqında aparılan fundamental araşdırmalar xalqımızın milli dəyərlər xəzinəsinə mühüm töhfədir. Bugünkü təqdimat mərasimi də Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Vidadi Muradov Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Xalçaçı Həcər Hümbətova muxtar respublikada xalçaçılıq sənətinin qədim və mütərəqqi ənənələrinin yaşadılması, öyrənilməsi və təbliğinə göstərilən diqqət və qayğıya görə bu sahədə çalışan bütün xalçaçılar adından minnətdarlığını bildirmiş, Naxçıvan xalçaçılıq məktəbinin yeni nümunələrlə daha da zənginləşdirilməsi yolunda səylə çalışacaqlarını qeyd etmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 7 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı – xalçaçılıq sahəsinin inkişafındakı səmərəli xidmətlərinə görə Vidadi Muradova “Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi” fəxri adının döş nişanını və vəsiqəsini Vidadi Muradova təqdim etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışdır.
Dekorativ-tətbiqi sənət üzrə professor Vidadi Muradov əməyinə verilən bu cür yüksək qiymətə görə minnətdarlıq etmişdir.
Sonra Naxçıvan Dövlət Xalça Muzeyinin yeni internet saytı, “Naxçıvan xalçaçıları” kitabı, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı və “Naxçıvan xalçaları” sənədli filmi haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, muzeyin www.xalca.nakhchivan.az internet saytı üç dildə hazırlanmışdır. Sayt “eksponatlar”, “elektron kitabxana”, “fotoqalereya”, “virtual ekskursiya” və “əlaqə” bölmələrindən ibarətdir. Sayta daxil olan istifadəçilər “eksponatlar” bölməsində muzeyin fondunda saxlanılan xalçalar və xalçaçılıq məmulatlarının fotoşəkilləri, onların hansı dövrə və bölgəyə aid olması barədə məlumat ala bilərlər. “Elektron kitabxana” bölməsində müxtəlif dövrlərdə Azərbaycan xalçaçılıq sənəti ilə bağlı nəşr olunan elmi ədəbiyyatlar, jurnal və broşürlər yerləşdirilmişdir. Saytın xüsusi maraq doğuran bölmələrindən biri “virtual ekskursiya” bölməsidir ki, tamaşaçılar buradan Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasını virtual olaraq izləmə imkanına malikdirlər. Saytın “Naxçıvan tarixi”, “Naxçıvan xalçalarının xarakteristikası”, “Naxçıvan xalçaları” keçid bölmələrində isə müvafiq sahələr üzrə elmi məlumatlar vardır. “Əlaqə” bölməsində muzey ilə operativ əlaqə saxlamaq və məktub göndərmək mümkündür.
Yüksək poliqrafik keyfiyyətlə çap olunmuş “Naxçıvan xalçaçıları” kitabı muxtar respublika tətbiqi sənətinə ən qiymətli hədiyyədir. Kitabda Naxçıvan xalçalarının ümumi xarakteristikası, onlar haqqında məlumat və fotoşəkillər, şəxsi kolleksiyalarda saxlanılan Naxçıvan xalçaları təqdim olunmuşdur. Naxçıvan xalçalarının texniki və bədii xüsusiyyətlərinin ayrı-ayrılıqda təqdim və təhlil olunduğu kitabda həm də muxtar respublikanın müxtəlif bölgələrindən olan 254 xalçaçı haqqında məlumat yerləşdirilmişdir. Kitabın sonunda isə şəxsi kolleksiyalarda saxlanılan 44 ədəd xalça nümunələri, onların toxunma tarixi və yeri haqqında məlumat verilmişdir. “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalındakı məqalələrdə Naxçıvan xalçaçılıq məktəbi elmi şəkildə təhlil edilmişdir. “Naxçıvan xalçaları” sənədli filmində isə Naxçıvanda xalçaçılıq sənətinin inkişafının səciyyəvi cəhətlərindən və xalçatoxuma ənənələrindən söhbət açılır.
Sonda tədbir iştirakçıları yenidənqurmadan sonra Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilən eksponatlara baxmışlar.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Prev Next

Naxçıvanda Novruz Bayramı qeyd edilir

21-03-2019

Naxçıvanda Novruz Bayramı qeyd edilir

Xalqımızın qədim bayramı olan Novruz Naxçıvan Muxtar Respublikasında hər il xüsusi təntənə ilə keçirilir. Bu il isə Novruz bayramı "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində qeyd olunur. Bayram şənliyi martın 19-da saat...

Ardını oxu..

Əcnəbi tələbələr Novruz haqqında

20-03-2019

Əcnəbi tələbələr Novruz haqqında

Dünya xalqları arasında zəngin milli-mənəvi dəyərləri ilə seçilən xalqımız yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz şənlikləri, yas mərasimləri,...

Ardını oxu..

Pensiya və müavinətlər vaxtında ödənilib

20-03-2019

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu fevral ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb, bu məqsədlə tələb olunan vəsait fondun xəzinə hesabından yerli orqanların xəzinə hesablarına yönəldilib, pensiyaçıların...

Ardını oxu..

Ocağınız gur yansın!

19-03-2019

Ocağınız gur yansın!

Od çərşənbəsi mərasim, ayin, etiqad və  şənliklərin zənginliyi ilə seçilir Dünyanın yaranmasında iştirak edən təbiətin dörd ünsüründən biri olan od əski çağlardan türklərdə müqəddəs bilinən anlayışlardandır. Naxçıvan Muxtar Respublikasının bölgələrindən toplanmış...

Ardını oxu..

Ocağınız gur yansın!

19-03-2019

Ocağınız gur yansın!

Od çərşənbəsi mərasim, ayin, etiqad və  şənliklərin zənginliyi ilə seçilir Dünyanın yaranmasında iştirak edən təbiətin dörd ünsüründən biri olan od əski çağlardan türklərdə müqəddəs bilinən anlayışlardandır. Naxçıvan Muxtar Respublikasının bölgələrindən toplanmış...

Ardını oxu..

Naxçıvanda xalq yaradıcılığı sahələri yeni dövrün…

19-03-2019

Naxçıvanda xalq yaradıcılığı sahələri  yeni dövrünü yaşayır

Doğma diyarımız Naxçıvanda minilliklərboyu təşəkkül tapan adət-ənənələr, xalq yaradıcılığı örnəkləri, milli dəyərlər xalqımızın ən qiymətli sərvətidir. Naxçıvanlılar bu dəyərlərə həmişə böyük ehtiramla yanaşıb, onların qorunub-saxlanılmasını, təbliğini, gələcək nəsillərə ötürülməsini özlərinin...

Ardını oxu..

Seminar keçirilib

19-03-2019

Seminar keçirilib

Naxçıvan Dövlət Universitetində muxtar respublikanın ali təhsil ocaqlarında təhsil alan tələbələrin iştirakı ilə “İdeyadan biznesə” layihəsinin Naxçıvan turunun keçirilməsi ilə əlaqədar seminar olub. Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir...

Ardını oxu..

Bakı məktəbliləri Naxçıvan şəhərinin tarixi abidəl…

19-03-2019

Bakı məktəbliləri Naxçıvan şəhərinin tarixi abidələri, mədəniyyət,  təhsil və səhiyyə müəssisələri ilə tanış olublar

Martın 15-18-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Bakı şəhərindən olan məktəblilər Naxçıvan Muxtar Respublikasının tarixi abidələri, mədəniyyət, təhsil və səhiyyə müəssisələri ilə tanış olublar. Martın 18-də Naxçıvan şəhərindəki Gənclər...

Ardını oxu..

“Ölkəmizi tanıyaq” tur aksiyalarına start verilib

16-03-2019

“Ölkəmizi tanıyaq” tur aksiyalarına start verilib

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara martın 15-də Naxçıvan şəhərində də start verilib. Keçirilən sınaq...

Ardını oxu..

Hər bahar gələndə…

15-03-2019

Hər bahar gələndə…

 (oçerk) Hər bahar gələndə…  Təbiətin ilıq nəfəsini duyan kimi anası toprağın  qoynundan sıyrılıb çıxan yaşıl çəmən tarlaları, düzləri bu rəngə boyayanda, əlvan güllər-çiçəklərsə bu  yaşıla öz çalarları ilə başqa bir gözəllik ...

Ardını oxu..
Prev Next

Atıcılıq Federasiyasının iclası keçirilib

19-03-2019

Atıcılıq Federasiyasının iclası keçirilib

Dünən Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının iclası keçirilib. Yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti və federasiyanın yeni sədrinin seçilməsi olub. Tədbiri giriş sözü...

Ardını oxu..

İdmançılar tibbi müayinəsi davam etdirilir

16-03-2019

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları idmançılarının Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında tibbi müayinədən keçirilməsinə...

Ardını oxu..

Hərbi-idman oyunu keçirilib

15-03-2019

Hərbi-idman oyunu keçirilib

Naxçıvan Atıcılıq Mərkəzində, “Naxçıvan” Mərkəzi Təlim Mərkəzində və “N” hərbi hissənin idman şəhərciyində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi-idman oyunu keçirilib. Əvvəlcə Naxçıvan Muxtar Respublikasının...

Ardını oxu..

“Şahin” hərbi-idman oyununda qalib komandalar müəyyənləşib

13-03-2019

“Şahin” hərbi-idman oyununda qalib  komandalar müəyyənləşib

Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyunu keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Əlahiddə Ümumqoşun Ordu, Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət...

Ardını oxu..

Şəhər birinciliyi başa çatıb

07-03-2019

Şəhər birinciliyi başa çatıb

Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan şəhər tam orta məktəblərinin oğlan idmançıları arasında velosiped idman yarışı üzrə şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası, Naxçıvan Şəhər...

Ardını oxu..

Muxtar respublikamızda qızların idmana cəlbinə xüsusi diqqət yetirilir

06-03-2019

 Muxtar respublikamızda qızların idmana cəlbinə   xüsusi diqqət yetirilir

Onlar idmanın müxtəlif sahələrində böyük uğurlar qazanırlar İdman sağlamlığı qorumaq, fiziki, mənəvi cəhətdən güclü olmaq üçün əsas vasitələrdən biridir. Buna görə də muxtar respublikamızda qızların da idmana cəlbinə xüsusi diqqət yetirilir....

Ardını oxu..

Cüdo üzrə muxtar respublika birinciliyinə yekun vurulub

06-03-2019

Cüdo üzrə muxtar respublika birinciliyinə  yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmələr arasında keçirilən cüdo üzrə muxtar respublika birinciliyi başa çatıb. Naxçıvan Muxtar Respublikası...

Ardını oxu..

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbirlər keçirilib

05-03-2019

5 mart – Bədən Tərbiyəsi və İdman Günü  münasibətilə tədbirlər keçirilib

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyinə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər...

Ardını oxu..

Kikboksinq birinciliyinə yekun vurulub

02-03-2019

Kikboksinq birinciliyinə yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yeniyetmələr (2005-2006-cı illər) arasında kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası...

Ardını oxu..

Cüdoçularımızdan daha 3 medal

02-03-2019

Cüdoçularımızdan daha 3 medal

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri daha bir uğura imza atıblar. Belə ki, Bakı şəhərində usta cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib. İdmançımız Elnur Mirzəliyev 60 kiloqram çəki dərəcəsində gümüş medal...

Ardını oxu..