20 Oktyabr 2020, Çərşənbə axşamı

Hələ kiçik yaşlarımızdan ətrafımızda hər kəsin dilindən “Vətən müqəddəsdir”, “Vətən anadır” kəlmələrini eşidərək böyüyürük. İlk addımımızı atdığımız bu torpağın üstündə yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir. Yaşa dolduqca dərk edirik ki, bu Vətən torpağı bizlərə uğrunda qurban gedənlərin əmanətidir. Zaman-zaman ərazi iddialarına, hücumlara, soyqırımlara məruz qalan bu torpaq uğrunda bu gün zəfər və şərəf tarixi yazılır, şanlı bir mübarizə gedir. O mübarizə ki hələ qundaqda ikən öz ata-baba yurdlarından didərgin düşən uşaqların öz torpaqlarına qayıtmaq mübarizəsidir. Bu mübarizə Azərbaycan xalqının 30 illik torpaq ayrılığına, yurd həsrətinə son qoymaqdadır. Elə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının Səfərbərlik şöbəsinin rəisi, polkovnik-leytenant Cəfər Hüseynovla söhbətimiz də bu mövzuda oldu. 

Ardını oxu...

Sülhsevər siyasəti ilə dünya ölkələrinə nümunə olan respublikamızda müstəqilliyimizin qorunması və mənfur ermənilərin elan olunmamış müharibə nəticəsində işğal etdikləri torpaqlarımızın geri qaytarılmasında  güclü Milli Ordunun yaradılması dövlət quruculuğunun prioritet istiqamətlərindən biri kimi müəyyən edilib, bu sahədə mühüm nailiyyətlər qazanılıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin uğurlu dövlətçilik siyasəti nəticəsində yaradılmış və hazırda ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə hərtərəfli inkişaf edən Milli Ordumuz regionun ən güclü ordusuna çevrilərək digər ölkələrin ordularına nümunə kimi göstərilir. 

Ardını oxu...

İnsanlar həyatlarının digər dövrünə nisbətən tənhalığı ahıl yaşda daha çox hiss edirlər. Ahıl insanlarsız isə həyatı təsəvvür etmək mümkün deyil. Onlar həyatı mənalandıran, ona rəng qatan, örnək verən, nümunə olan insanlardır.  Ahıl insan hər bir ailənin möhkəmliyi, mənası deməkdir, cəmiyyət üçün də əvəz­olunmazdır. Yaşlıların bilik və bacarıqlarından, həyat təcrübəsindən bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq baxımından çox zəruridir. Ahılların məşğulluğu, onların inkişaf prosesinə cəlb edilməsi həm də sosial-iqtisadi durumun yaxşılaşması deməkdir. Yaşlılar da cəmiyyətin bərabərhüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir.

Ardını oxu...

Zaman-zaman öz işğalçılıq planlarından əl çəkməyən erməni daşnakları 1990-cı ildə də Azərbaycanın bir çox bölgələrindən, o cümlədən Naxçıvan istiqamətindən öz mənfur arzularına çatmaq üçün cəhdlərə başlamışdılar. Elə bir vaxt  idi ki, əli silah tutan hər kəs ön cəbhəyə yollanırdı. İdris Məmmədov da bir qarış torpağımız düşmən işğalı altına keçməsin deyə, könüllü şəkildə ön cəbhəyə üz tutanlardan idi…

Bu gün şəhidin hələ sağlığında qələmə aldığı Vətən yanğılı şeirlərini oxuduqca, onun haqqında deyilənləri eşitdikcə, həqiqətən də, ürəyi Vətən eşqi ilə döyünən bir Vətən oğlunun göstərdiyi qəhrəmanlıq qarşısında baş əyirəm. Təəssüf ki, övlad itkisinə uzun müddət tab gətirə bilməyən İmgülsüm nənə və Ələsgər babanın qürurlu və nisgilli söhbətlərini dinləmək mənə nəsib olmayıb.
Yaxın günlərdə “Şərq qapısı” qəzetinin arxivini vərəqləyərkən 1992-ci il tarixli nömrəsində dərc olunan bir müsahibə diqqətimi çəkir. Şəhidin atası Ələsgər baba həmin illərdə qəzetimizə verdiyi müsahibədə deyir: “Ata kimi o günləri xatırlamaq mənim üçün çox ağırdır. Hərdən fikirləşirəm ki, yazıya pozu yoxdur. Doğrudan, çətin, ağır günlər idi. Ortada namus, qeyrət məsələsi dururdu. Belə bir vaxtda mən övladımı gözləyə idim, sən uşağını qoruya idin, bəs sərhədlərimizi o cür azğın düşmənlərdən kim qorumalı idi? Əgər o vaxtlar, doğrudan da, əli silah tutan igid oğullarımız olmasaydı, indi, bəlkə də, vəziyyət tamam dəyişərdi. Belə halda qurban da verilməli, qan da tökülməli idi. Bircə təskinliyim ondadır ki, İdris dünyasını dəyişəndən sonra hamının əzizinə, övladına çevrildi, bir də ki bu yolda canını fəda edənlər, şəhid olanlar elə hamımızın əzizi, övladı deyilmi?”

Ardını oxu...

Şahbuz rayonu təbiət mənzərələri, min bir dərdə dərman olan  bulaqları, fauna və florası ilə hər zaman muxtar respublikamızın seçilən bölgələrindən biri olub. Keçili kəndində də bütün bunları görmək mümkündür. Hər dağında-dərəsində  ayrı bir gözəllik olan bu kəndə üz tutmağımızda  məqsədimiz adı dillərdə deyilən Çınqıllı bulağının  gözündən axıb  gələn, dərdlərə dərman olan təbii bulaq suyu haqqında yazı hazırlamaq idi. Lakin bu kəndin insanları ilə söhbət etdikdə onun təkcə Çınqıllısı ilə kifayətlənmək mümkünsüz oldu.

Keçili kəndi rayon mərkəzindən 20 kilometr şimalda, Zəngəzur silsiləsinin yamacında yerləşir. Muxtar respublikamızda daimi xarakter alan quruculuq tədbirləri nəticəsində bir zamanlar bərbad halda olan kənd yolu yerini qara örtüklü, hamar yollara verib. Yolboyu qayalıqların əhatəsində qərar tutan kəndlərimizə baxdıqca yaradılan şərait insanda qürur hissi doğurur.

Ardını oxu...

Əzəmətli, yaşıl örpəyə bürünən dağları, min bir dərdin şəfası olan dərman bitkiləri, Batabatı, Zorbulağı ilə məşhur olan Şahbuzun istənilən guşəsinə nəzər salanda, ən ucqar dağ kəndlərimizdə belə, yaradılan şərait diqqəti cəlb edir. Müasir məktəb, tibb məntəqəsi, təbiət gözəllikləri ilə insan əlinin yaratdığı cazibədarlığın harmoniyasının yaşandığı kəndlərimiz insanlarda qürur, dövlətimizə minnətdarlıq hissini artırır. Belə yurd yerlərimizdən biri də Şahbuz rayonunun Yuxarı Qışlaq kəndidir. 

Ardını oxu...

Tarixi, mədəniyyəti, təbiət gözəllikləri ilə məşhur olan qədim Naxçıvanımızın dadı dillər əzbəri olan meyvələri də vardır ki, onların sorağı uzaq diyarlardan gəlir. Azərbaycanımızın hər hansı bir guşəsinə yolumuz düşdükdə orada Naxçıvandan olduğumuzu bilənlər diyarımızın meyvələrinin mövsümdə təzə-tər istifadə ilə yanaşı, qurusunun da faydasından ağızdolusu danışır, bu meyvələrin dadı damaqda qalır, –   deyirlər. Bu düşüncələrlə də belə meyvələrin yetişdirildiyi ünvanlardan birinə –  muxtar respublikamızın ən böyük rayonu olan Şərura üz tuturam. Yolboyu salınan bağlara baxdıqca  qürur hissi  keçirirəm. Budur, Yuxarı Daşarx kəndinin ərazisində Bəxtiyar Əsədova məxsus olan bağda müxtəlif növ meyvə ağaclarına rast gəlmək mümkündür. Şaftalı ağaclarının çoxluq təşkil etməsi ilk anda diqqəti çəkir. Bağ sahibi ilə həmsöhbət oluram:

Ardını oxu...

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR