19 Sentyabr 2020, Şənbə

Vətən... qüdrətinə sığındığım, qanımla, canımla uğrunda fəda olmağı gözə aldığım yurd yerim. Torpağına, daşına, isti qucağına sarılan, sarıldıqca doğmalaşan ana qədər əziz məskənim. Dünyaya yenicə göz açan körpə kimi saf, təmiz qəlbi ilə Azərbaycan adlı məmləkətdə böyüyən, böyüdükcə nəhəngləşən diyarım. Nəhəngləşdikcə şeirlərə, mahnılara, hekayələrə, dastanlara çevrilən iftixar mənbəyim. Gücüylə, qüdrətiylə coşqun duyğularıyla sərhədləri aşan cənnətməkanım. Gerçək sevgim, eşqinə, sevgisinə, keçmişinə, bu gününə sahib çıxan müqəddəs and yerim – Ana yurdum, Ana Vətənim. Hər zaman adının ucalığı ilə uzaq ellərdə dalğalanan, dalğalandıqca məğrur olan üçrəngli bayrağımın məbəd yeri – doğma Vətənim...

Ardını oxu...

Sədərək döyüşlərinin “el qızı” oçerk

1988-ci ilin ortaları idi. Şərurun isti yay günləri bir-birini əvəzləyirdi. Qeybəliyevlərin ailəsində səhər süfrəsi ətrafında 6 övlad, Adil və Nəzifə xanım əyləşmişdilər. Az sonra Adil tapşırıq üzrə maşın təmiri üçün Bakıya yollanacaqdı. İki övladını da özü ilə aparacağına söz vermişdi. Nəzifə bu gün Adilin getməyinə razı deyildi. Eşitmişdi ki, yollar təhlükəlidir. “Bəlkə, başqa vaxt gedəsən, bu gün nəsə ürəyimə yaxşı şeylər gəlmir”,  – desə də, Adil onu toxtatmağa çalışırdı.

Nəzifə səhər yeməyindən sonra ailə üzvlərini bağrına basıb həsrət dolu baxışlarla onları yolun sonuna qədər gözləri ilə izlədi. “UAZ” markalı maşın gözdən itsə də, evə girməyə ona nələrsə maneə olurdu. Sanki əvvəlcədən pis xəbərlər alacağını hiss etmişdi. Ürəyinə qarışıq fikirlər gəlirdi. Qəribə hadisələr, səhnələr canlanırdı gözlərinin önündə. “Lənət şeytana”, – deyib, ağlına gələn pis fikirləri özündən uzaqlaşdırmağa çalışsa da, gözlərindən ixtiyarsız axan göz yaşlarına hakim ola bilmirdi. Başını ev işləri ilə qatmağa başladı. Çünki nə vaxt fikirli olsa, ev işləri görmək onu bir qədər fikirdən uzaqlaşdırırdı. Amma bir tərəfdən də gözü telefon aparatında qalmışdı. Sanki pis xəbər bu saat gələcəkdi. İki günü necə başa vurdu, özü də bilmədi.

Ardını oxu...

Sədərək döyüşlərinin “el qızı” oçerk

1988-ci ilin ortaları idi. Şərurun isti yay günləri bir-birini əvəzləyirdi. Qeybəliyevlərin ailəsində səhər süfrəsi ətrafında 6 övlad, Adil və Nəzifə xanım əyləşmişdilər. Az sonra Adil tapşırıq üzrə maşın təmiri üçün Bakıya yollanacaqdı. İki övladını da özü ilə aparacağına söz vermişdi. Nəzifə bu gün Adilin getməyinə razı deyildi. Eşitmişdi ki, yollar təhlükəlidir. “Bəlkə, başqa vaxt gedəsən, bu gün nəsə ürəyimə yaxşı şeylər gəlmir”,  – desə də, Adil onu toxtatmağa çalışırdı.

Nəzifə səhər yeməyindən sonra ailə üzvlərini bağrına basıb həsrət dolu baxışlarla onları yolun sonuna qədər gözləri ilə izlədi. “UAZ” markalı maşın gözdən itsə də, evə girməyə ona nələrsə maneə olurdu. Sanki əvvəlcədən pis xəbərlər alacağını hiss etmişdi. Ürəyinə qarışıq fikirlər gəlirdi. Qəribə hadisələr, səhnələr canlanırdı gözlərinin önündə. “Lənət şeytana”, – deyib, ağlına gələn pis fikirləri özündən uzaqlaşdırmağa çalışsa da, gözlərindən ixtiyarsız axan göz yaşlarına hakim ola bilmirdi. Başını ev işləri ilə qatmağa başladı. Çünki nə vaxt fikirli olsa, ev işləri görmək onu bir qədər fikirdən uzaqlaşdırırdı. Amma bir tərəfdən də gözü telefon aparatında qalmışdı. Sanki pis xəbər bu saat gələcəkdi. İki günü necə başa vurdu, özü də bilmədi.

Ardını oxu...

Çay süfrə mədəniyyəti ...

Milli dəyərlərimiz içərisində özünəməxsus yer tutan ənənələrdən biri qonaqpərvərlikdir. Gələn qonağı qarşılamaq, ona ilk olaraq çay təklif etmək isə hörmət əlaməti kimi artıq bir adətə çevrilib. Hər hansı bir qonaqlıq çay ilə başlayıb, elə onunla da qurtarır. Şərq və Qafqaz xalqlarının süfrə mədəniyyəti ilə tanış olarkən qonaq qarşılama zamanı çay süfrə mədəniyyətinin xüsusi rolu olduğunu görürük. 

Çayın məcməyidə qonağa təqdim edilməsi təkcə hörmət əlamətilə məhdudlaşmır. Çay dünyada sudan sonra ən çox istehlak edilən içki növüdür. 5 minillik tarixi olan çayın yaranmasını böyük Çin imperatoru Shen Nunginin adı ilə əlaqələndirirlər. Əfsanəyə görə, xidmətçilərindən biri bağçada su qaynadarkən yarpaqlardan biri suyun içinə düşərək ətrafa gözəl ətir saçır. İmperator yarpaq düşmüş sudan içir və aldığı dadı çox bəyənir. O gündən sonra çay Çin ərazisində, daha sonra isə bütün dünyada əvəzolunmaz içkiyə çevrilir.
Çay bitkisi ilk dəfə Qafqazda XIX əsrin 40-cı illərində əkilib. Təcrübələr uğurlu olduğundan onun artırılması işlərinə 1876-cı illərdən başlanılıb. Güman olunur ki, Azərbaycanda 1892-1898-ci illərdə təcrübə üçün gətirilən sortlar Lənkəran, Car- Balakən rayonlarında sınaqdan çıxıb, çayın ölkəmizdə kütləvi şəkildə istehsalına 1937-ci ildən başlanılıb, qısa zamanda bir çox bölgələrdə çay süfrə mədəniyyəti formalaşaraq inkişaf edib. Tarixi mənbələrdən, adət-ənənələrimizi əks etdirən etnoqrafik nümunələrdən də aydın olur ki, çaydanlarda və mis samovarlarda çay qaynadaraq içmə vərdişi milli mədəniyyətimizin bir hissəsini təşkil edib.

Ardını oxu...

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi fəaliyyətini
çoxşaxəli istiqamətlər üzrə qurub

Yaradıcılıq mərkəzi dedikdə gözlərimiz önündə istedadlı uşaqların bir araya gəlib öz məharətini göstərmələri canlanır. Uşaqların maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin üzə çıxarılmasında, onların yaradıcılıq qabiliyyətlərinin inkişafında, fiziki cəhətdən sağlam böyümələrində, fərdi yaradıcılıq potensiallarının ortaya qoyulmasında məktəbdənkənar müəssisələrin fəaliyyəti əlverişli hesab edilir.

Ardını oxu...

Sirli-sehrli dünyanın ecazkar gözəlliklərini səsi, ahəngi ilə dilə gətirən telli, simli, sözlü tar! Tellərindən qopan  nəfəsində Vətən eşqi, yurd sevgisi, torpaq həsrəti, oba nisgili, millətinin ağrı-acıları daha çox duyulur. Milli-mənəvi dəyərləri, adət-ənənələri miras saxlayan, illərin yadigarını yaşadan, ata-babalarımızın əmanətini gələcək nəsillərə çatdırmaqla daxili dünyamızı zənginləşdirirsən. Hər mizrabında  ürək döyüntüləri, dərin hisslər var. O hisslər ki hər toxunuşunda ruhumuz qidalanır... Tar milli musiqi alətlərinin ən qədimi, segahın əsiri, kamançanın sirdaşı, bir də duyğuları ən yanıqlı şəkildə dilə gətirəndir. Musiqi alətlərinin şahı hesab edilən tarın  adı ilk dəfə XI əsrdə yaşamış Baba Tahir və Qətran Təbrizinin şeirlərində çəkilib. 

Ardını oxu...

(Esse)

Əzəl gündən elimizdə, obamızda, tariximizdə yaddaşımızda, mənliyimizdə, kimliyimizdə, dünənimizdə, bu günümüzdə səslənən, qəlbimizi ovsunlayan, varlığımızı sübut edən bir kəlmə var yer üzündə – Ana dilim. O dilim ki atdığımız hər addımda, aldığımız hər nəfəsdə duyuruq varlığını, hərarətini. Onun adı ilə səhərlərə gözümüzü açıb, onun qüdrətilə qaranlıq gecələrlə sağollaşırıq. O dilim ki beşik başında körpələrin ilk eşitdiyi şirin ana laylasının məlahətli səsidir. Elə qəlbimizi kövrəldən, ruhumuzu dinləndirən həmin məlahətli, harmoniyalı, nəvazişli, qayğılı səsin vəhdətində bütünləşirik, birlik oluruq, dilin qüdrətindən güc alırıq, yumruq oluruq. Gücümüzə güc qatan ana dilim hərflərdə, sətirlərdə, sözlərdə, cümlələrdə, şeirlərdə yaranıb-yaşayıb, müqəddəs milli dəyərlərimizin libasına bürünərək bizi təmsil edir. Bir sözlə, o dilim ki rəngarəng poeziya, şirin layla, ecazkar mahnı dilidir. Himnimizin məğrur, vüqarlı dilidir. O dilim ki dosta məhəbbət, düşmənə nifrət dilidir. Qardaşlıq, mübarizlik, qəhrəmanlıq dilidir. Ana qədər müqəddəs ocağın istisindən ilhamlanıb dünyanı qucaqlayan ana dilimdir...

O dilim ki illərə meydan oxuyan çətin sınaqlardan süzülə-süzülə uzun və qətiyyətli məsafələr qət edərək keşməkeşli yol keçib, nüfuzlu ədiblərin təbliği ilə cilalanıb formalaşaraq kamil qrammatik quruluşa, zəngin söz boğçasına malik şəkildə bu günümüzə gəlib çatıbdır. Orta əsrlərdə Nəsimi, Füzuli, Xətai kimi sənətkarlar, daha sonrakı əsrlərdə Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, müasir dövrdə isə Bəxtiyar Vahabzadə bu ənənənin görkəmli nümayəndələrindəndir. Onlar öz əsərləri ilə dilə yeni-yeni sözlər gətirib, dilimizin zənginliyindən lazımınca istifadə edərək unudulmaqda olan bədii ifadələrimizi, söz xəzinəmizi mühafizə ediblər.
Ana dilinin inkişafında əməyi keçən publisistləri xatırlayarkən görkəmli dramaturq, publisist Cəlil Məmmədquluzadəni xüsusi vurğulamaq gərəkdir. Çünki “Molla Nəsrəddin” jurnalının əsas mövzularından biri məhz ana dilinin saflığı problemi idi. Cəlil Məmmədquluzadə yaradıcılığında ortaq türk ədəbi dili, ana dilinin saflığı, əlifba məsələsi aparıcı mövzular idi. Dahi yazıçı sözün təsir imkanlarını, rolunu, əhəmiyyətini yüksək qiymətləndirirdi. Böyük demokrat, ədib yazırdı: “Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır”. “Anamın kitabı” tragikomediyasında da ana dili məsələsi aktual mövzu kimi səciyyəvidir. Belə ki, rus dilinə meyilli Rüstəm bəy, fars dilinə meyilli Mirzə Məhəmmədəli, türk dilinə meyilli Səməd Vahid obrazlarının timsalında ədib XX əsrin əvvəllərində ziyalıların ana dilinə düşmən kəsilməsini, biganəliyini “başqasının ləhcəsinin şirinliyini” ürək ağrısı ilə təsvir edib.

Ardını oxu...

İşıqların iki saatdan bir yanan vaxtları idi. Soyuq, həm də vahiməli qış gecələri canımıza qorxu, vəlvələ salmışdı. Pəncərəni donduran buz parçaları da iki gün idi ki, şəklini dəyişdirməmişdi. Çovğun arabir qapının ağzında ipə atılan balaca xalçanı var gücü ilə yellədirdi. Evimizin ağbirçəyi, 86 yaşlı nənəm pəncərənin qarşısında dayanmışdı. Ev soyumasın deyə, qapını da aça bilmirdi. Diqqətli baxışlarla köhnə xalçasını gözündən qoymurdu. Ailə üzvlərinin söhbətlərinə məhəl qoymadan nəzərləri xalçada qalmışdı. Ürəyindən keçən fikirləri, qorxuları gözləri danışırdı: sanki külək o köhnə xalçanı aparacaq, o da bizi daha qapıda qarşılamayacaqdı...

Ardını oxu...

“İxrac ili”ndə bu potensial daha da yüksəlməkdədir 

Müasirliyə qovuşmuş qədim diyarımızda fəaliyyət göstərən torpaq mülkiyyətçilərinin, ailə təsərrüfatlarının, sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsullar dükan-bazarlarımızda yaradılmış bolluğu daha da artırıb, süfrələrimizi bir qədər də zənginləşdirib. Həmin məhsulların rəqabətədavamlı və ixracyönümlü olması onların muxtar respublikadan kənara çıxarılmasına imkan verib. Bu imkanlardan səmərəli istifadə edilməsi diqqət mərkəzində saxlanılıb.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, keçirilən beynəlxalq tədbirlərdə muxtar respublikanın məhsul istehsalçılarının iştirakının təmin edilməsi və ixrac üçün potensial və perspektivli sayılan dövlətlərdə sərgilərin, forumların təşkili əsas prioritetlərdəndir. Son illərin statistikasına nəzər yetirsək, muxtar respublikadan 1000 nəfərdən çox nümayəndənin 200-dən çox yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etdiyini və uğur qazandığını görərik. Təkcə 2017-2018-ci illərdə “Caspian European Club”un ölkəmizin iqtisadi regionları üzrə 18 parametrlə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq 1-ci yerə layiq görülməsi də son illərin uğurlu iqtisadi göstəricilərinə ən bariz nümunədir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, son onilliklərdə muxtar respublikada sosial-iqtisadi, elmi-mədəni, quruculuq-abadlıq, sənaye və kənd təsərrüfatı, nəqliyyat və rabitə, infrastruktur və turizm, eyni zamanda ordu quruculuğu sahələrində, məhsul istehsalının artımı və əhalinin həyat şəraitinin yüksəldilməsində böyük irəliləyişlər əldə edilib, bir sözlə, Naxçıvan Azərbaycanımızın ən qabaqcıl, inkişaf etmiş nümunəvi diyarına çevrilib.

Ardını oxu...

Ailə kiçik bir dövlətdir qənaətini hər eşidəndə onun dövlətlə eyni statusa qoyulması mənə inandırıcı gəlmirdi. Ancaq zaman keçdikcə ailəni, nəinki kiçik, hətta böyük dövlət kimi də qəbul etdim. Təhlilə çəksək, ailə ilə dövlətin bənzər istiqamətləri olduğunu görərik. Ailənin başçısı ata evin idarə edəni, böyüyü, ailənin xoş gün-güzəranını düşünən, gecə-gündüz çalışaraq qazandığı əməkhaqqının son qəpiyinə kimi ailəsi üçün xərcləyən missiyasındadır. Ailənin ikinci statuslu nümayəndəsi hesab olunan ana evi qurub-yaradan, uşaqların qayğısına qalan, onları böyüdüb gözəl tərbiyə edən, təhsilləri ilə maraqlanan müqəddəs varlıqdır. Övladlar isə böyüklərinə itaət edib, onların buyurduğu yolla gedərək ailə başçılarına hörmət qoyan, firavan gələcək üçün çalışanlardır.

Ardını oxu...

Bu günə kimi dünyada mövcud olan fərqli, müxtəlif incəsənət növlərinin bəziləri unudulmuş, bəziləri dəyişilmiş, bəziləri isə öz ömrünü yaşamaqda, insanların zövqünü oxşamaqdadır.
Haqqında söz açacağımız Ebru sənətinin də əvvəlcə unudulduğunu, sonra isə yenidən yaşadılmağa başladığını deyə bilərik. Bu sənət növü hazırda muxtar respublikamızda maraqdoğuran sahələrdən birinə çevrilib. Diyarımızda istedadlı uşaqların əl işlərindən ibarət sənət nümunələrinin kataloqu ilə tanış olarkən ön səhifələrdə yer alan bu sənət nümunələri çox füsunkar görünüşü ilə marağıma səbəb oldu. Gözəl əl işlərilə kataloqun bəzəyi olan bu nümunələri yaradan Zəhra Xəlilovanı tanımaq və sizə də tanıtmaq istədim. Elə bu səbəbdən bu istedadlı balamızın Ebru sənətinə yiyələndiyi Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə yollandım. Ebru sənəti dərnəyinin rəhbəri Ramilə Bağırovaya gəlişimin səbəbini söylədim və bu sənət növü həm də Zəhranın yaradıcılıq istedadı ilə bağlı öyrənmək istədiyim sualları ona ünvanladım. Müsahibimin dediklərindən:

Ardını oxu...

Mətbuat azadlığından sui-istifadə hallarına qarşı düzgün ictimai rəy
formalaşdırmaqla mübarizə aparaq

İnformasiya texnologiyaları yenilikləri ilə zəngin olan 20-ci əsr və xüsusilə də 20 ilini arxada qoyduğumuz 21-ci əsr digər sahələrdə olduğu kimi, media, kütləvi informasiya vasitələri sahəsində də öz sözünü deməkdə, öz diktəsini etməkdədir. İstəsək də, istəməsək də bu, belədir. Dövrün reallığı və tələbi kimi media, kütləvi informasiya vasitələri sistemində də informasiya-kommunaktiv xarakterli texnoloji yeniliklər tətbiq olunmaqdadır. Bu yeniliklərdən biri də internetdir. İnternet informasiya təminatı baxımından son illərin ən çox üz tutulan və ən çox tələbat duyulan sahəsinə çevrilib. Yazını hazırlayarkən dövrün bu yeniliyinin faydaları haqqında xeyli düşündüm. Ancaq bu, ayrı bir mövzudur. Mən internetdə mətbuat azadlığından sui-istifadə hallarının geniş yayılması və buna qarşı mübarizə üsullarından danışmaq istərdim. 

Əvvəla, mətbuat azadlığından sui-istifadə metodu olması ilə seçilən dezinformasiyalardan söz açmaq istəyirəm. İlk əvvəl “dezinformasiya” sözünün mənası, törətdiyi fəsadlar, nəticələr haqqında danışmaq istəyirəm. Dezinformasiya fərdləri və cəmiyyətləri yanlış istiqamətləndirmək məqsədilə saxta, təhrif olunmuş məlumat vermək deməkdir. İnsanları ilk baxışdan cəlb etməklə onları inandırmağın, daha doğrusu, aldatmağın ən təsirli yoludur. Daha doğrusu, əks-təbliğat gücünə malik, zahirən obyektiv görünən, inandırıcı üsuldur. Həqiqətləri gizlədərək əks məlumat verməkdir. Dünyada seçilən, bütün sahələri əhatə edən ideoloji müharibə metodudur. Yaxın tarixə nəzər salsaq, Azərbaycanın əzəli torpaqları barədə ATƏT, BMT və digər beynəlxalq təşkilatlarda yalan bəyanatlarla çıxış edən ermənilər tarixi faktları olmadan saxta keçmiş yazaraq qlobal dünya siyasətini inandırmaq missiyasını həyata keçiriblər.
Çox təəssüf ki, ölkəmizin, eləcə də muxtar respublikamızın iqtisadiyyatı, hərbi imkanları barədə bəzən dünya mediasında müxtəlif, həqiqətə uyğun olmayan məlumatlarla rastlaşırıq. Qərəzli şəkildə illərdir, hər hansı sübuta əsaslanmadan, mənbəyə istinad edilmədən yayılan belə dezinformasiyalar, təbii ki, mənfur ermənilərdən gəlir. Guya bizim quyuya daş atırlar. Bilmirlər ki, quyuya atdıqları daş elə bizim torpaqların daşıdır. Əsrlərdir torpağımıza göz dikən, musiqimizi, mədəniyyətimizi, mətbəximizi oğurlayan bu xainlər dezinformasiya imkanlarından da utanmazca istifadə etməyi bacarırlar.
Ermənilər tarixən Naxçıvanla bağlı çirkin niyyətlərindən əl çəkməyib, müxtəlif təşkilat və cəmiyyətlər yaradıb, mətbu orqanlarında bu diyarla bağlı saxta, heç bir elmi əsası olmayan, obyektivlikdən uzaq olan yazılar dərc etdiriblər. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 18 mart 2020-ci il tarixdə “Şərq qapısı” qəzetində dərc olunan yazısında ərazi iddialarında olan erməniləri ciddi ifşa edir: “Naxçıvan tarixin heç bir mərhələsində ermənilərə aid olmamışdır. Ona görə ki, ermənilər bu regionun yerli – aborigen əhalisi olmamışlar, onlar Cənubi Qafqaza gəlmədirlər, yaşadıqları indiki Ermənistan ərazisi qədim və tarixi Azərbaycan torpaqlarıdır. Bununla bağlı V.İşxanyan göstərmişdir ki, “ermənilərin həqiqi vətəni Kiçik Asiyadır, Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzilliklər ərzində səpələniblər”. Azərbaycan türkləri bu ərazilərin ən qədim sakinləri, aborigen əhalisi olmuşdur. Qədim erməni mənbələrinin heç birində Naxçıvan bölgəsində ermənilərin yaşaması haqqında məlumat yoxdur”.
Həmçinin akademik diqqətə çatdırır: “Erməni “tədqiqatçıları” “Naxçıvan XIX əsrin əvvəllərində də Ermənistanın tərkibində olmuşdur” kimi yanlış və qeyri-obyektiv fikirlər söyləyirlər. Qeyd etməliyik ki, həmin dövrdə Ermənistan dövləti yox, “erməni vilayəti” (1828-1840) olmuşdur, bu isə Azərbaycan ölkəsinin bölgələri olan İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılmışdır. Orada yaşayan əhalinin tərkibində müsəlmanlar mütləq əksəriyyət təşkil edirdilər”.
Əvvəldə də qeyd etdiyimiz kimi, dezinformasiya, əslində, ideoloji müharibə hesab edilir. Mənfur düşmənlərimiz öz xislətlərindən əl götürməyib bu müharibəni davam etdirsələr də, işin iç üzünü açacaq məqamlar da meydana çıxır. Bəzən internetdə göstərdikləri o cəsarəti beynəlxalq tədbirlərdə nümayiş etdirə bilmirlər. Dəfələrlə gerçək iddia etdikləri saxta məlumatların üzlərinə sillə kimi vurulmasına baxmayaraq, çirkin yollarından əl çəkmirlər. Necə ki, bu ilin əvvəllərində keçirilən Davos Forumunda bizimlə yanaşı, dünya ölkələri də erməni biabırçılığının şahidi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı qeyri-rəsmi görüş zamanı iki siyasətçinin dialoqu dünya mediası tərəfindən dəyərləndirildi. Ölkə başçımızın səlis və dərinməzmunlu siyasi nitqi alqışlarla qarşılandı. Əks tərəfin isə Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması ilə bağlı gerçəklikləri istəmədən dilə gətirməsi və cəmiyyətə olduğu kimi çatdırılması yalançının yaddaşı məsələsini ortaya qoydu.
Heç usanmadan öz çirkin niyyətlərini həyata keçirmək istəyən düşmənlərimiz dezinformasiya müharibəsini öz milli mentalitetlərinə və dövlət siyasətinə uyğun şəkildə davam etdirməkdədirlər. Bu hallara sosial mediada daha çox rast gəlirik. Buna təxribat xarakterli informasiyaları misal göstərə bilərik. Ermənilərin müxtəlif yollarla yaydıqları dezinformasiyalar çarəsizliklərini göstərməkdən başqa bir şey deyil. Dünyanın inkişaf etmiş ölkələrini aldadan bu yadellilərə vicdansız deməkdən başqa bir söz tapmaq çətindir. Təkcə bir faktı qeyd edək ki, 2018-ci ilin Günnüt zəfərindən sonra Ermənistan saytlarında gördüyümüz yalan məlumatlar yenə hər birimizdə ikrah hissi yaratdı. Öncə məlumatı yada salaq. Ermənistan silahlı qüvvələri 5-ci korpusunun komandanı, polkovnik Andranik Piloyanın erməni mediasına verdiyi məlumatdan belə başa düşülür ki, dövlət sərhədlərini guya təminat səbəbindən tərk etmişlər. Həqiqətdə isə xalqımız bu tarixi günün sevincini hələ də dünənki kimi xatırlayır. Əsgərlərimizin inadlı mübarizəsi onları yaman qorxuya salmışdı. Görünən odur ki, o günün hələ də təsirindən azad ola bilmirlər. Dezinformasiyalarına davam edirlər.
Ermənistan Azərbaycanın mədəni irs nümunələri ilə bağlı “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlər etsə də, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə təşəbbüs və tapşırığı ilə “Köçəri” və “Tənzərə” yallılarının AMEA Naxçıvan Bölməsi tərəfindən araşdırılması nəticəsində uğursuz cəhdlərin qarşısı alınmış, 2018-ci ilin 26 noyabr-1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul olunmuş qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir.


Təəssüf hissi ilə qeyd edək ki, həqiqətə uyğun olmayan belə informasiyalar təkcə düşmən dezinformasiyaları ilə məhdudlaşmır. Bu məqamda ölkəmizdə fəaliyyət göstərən, mətbuat azadlığından sui-istifadə edən internet “fenomenlərindən” də söz açmaq yerinə düşər. Acınacaqlı haldır ki, əsasən də mənbəsiz qurumlar sosial şəbəkələrin verdiyi geniş imkanlardan “yararlanaraq” təbliğatlar aparırlar. Dez­informasiya siyasəti güdən belə hallar yerli əhali tərəfindən haqlı olaraq narazılıqla qarşılanır. Bu, Naxçıvanda yaşayıb gerçəklikləri görən yerli əhalinin “Görünən dağa nə bələdçi” ifadəsinə misal olaraq bəzi əsassız və saxta məlumatlara qarşı təbii əks-reaksiyası idi.

Ardını oxu...

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR